Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Revival
Revival amerikalı reper Eminemin 9-cu albomudur və 15 dekabr 2017-ci il tarixində buraxılmışdır. Albomunun yazılmasında Beyonce, Ed Şiran, Pink kimi məşhur ifaçılar iştirak etmişdir.
Vestal bakirəsi
Vestal bakirəsi (lat. virgo vestalis) — Qədim Romada yüksək hörmət və ehtirama sahib ilahə Vesta rahibəsi. O, toxunulmaz sayılırdı. Buna görə də çoxları öz vəsiyyətnamələrini ona saxlamaq üçün etibar edirdilər. Vestal bakirəsinə qarşı hər hansı təhqir ölümlə cəzalandırılırdı. Vestal bakirəsi ata himayəsindən azad olunaraq, öz mülkünə sahib olmaq hüququ qazanırdı. Vestal bakirəsi qətil yerinə təsadüfən yetişdikdə məhkumu əhv etmək hüququna malik idi. Bu zaman onun təsadüfən hadisə üzərinə çıxdığını and içərək təsdiqləməsi kifayət idi. Onu 1 nəfər liktor mühafizəçisi olurdu. == Şərtlər == Qız uşağı altı yaşdan az və ondan çox olmamaqla; Namizədin nitq və cismani qüsuru olmamaqla; Valideynlərinin hər ikisinin həyatda olması; Bir qədər emansipasiyalaşmış olmalı; Valideynlərindən heç biri qul olmamalı eyni zamanda Roma sakini — Patrisilər olmalıdır.
Rektal prolaps
Rektal prolaps — Düz bağırsağın anusdan xaricə çıxmasıdır. Rektal prolaps anal sfinkter əzələlərinin zəifləməsi ilə əlaqədar inkişaf edir. Düz bağırsağın sallanması cərrahi xəstəliklərin 0,2–0,9%-ni, ptoktoloji xəstəliklərin isə 3–5%-ni təşkil edir. Qadınlarda kişilərə nisbətən 6 dəfə çox rast gəlir (80%). Adətən 4 yaşa qədər uşaqlarda müşahidə olunur.
Rektal qanaxma
Rektal qanaxma — Anal kanaldan öz-özünə qan gəlməsi, defekasiya və ya gücənmə zamanı qan xaric olunması hadisəsidir. Yoğun bağırsağın anal kanala yaxın sol hissəsindən qanaxmalar açıq və parlaq qırmızı rəngli olur. Yoğun bağırsağın sağ yarısından qanaxma tünd rəngdə, mədə və onikibarmaq bağırsaqdan qanaxmalar isə qara rəngdə, qəhvə çöküntüsünə bənzər (melena) olur.
Şahzadə Albert (genital pirsinq)
Pirsinq Şahzadə Albert — kişi genital pirsinqin ən çox yayılmış növündən biri. == Tarix və mədəniyyət == Genital dəlik yaradılma ənənəsi Duq Malloyun Bədənin və genitaliyaların pirsinqi haqda məlumatı yayılması ilə ciddi şəkildə təhrif olunmuşdu. Onun məlumatlarında çox sayda şəhər əfsanələri vardır; məsələn Şahzadə Albert geyimi altında özünün cinsiyyət orqanının böyük ölçülərini gizlətmək üçün eyniadlı pirsinq növünü icad etmişdi. Quptalar dövrünə aid Kamasutrada penisin pülük nahiyyəsinə keçirilən biz və digər alətlərin seksual hisslərin artırılmasına səbəb olduğu haqda məlumatlar vardır. Borneo adasında yaşayan Dayaki xalqı öz seksual coşğunluğunu azalmaqla penis başını deşirlər. == Quraşdırılma və sağalma == Deşilmə penisin pülük nahiyyəsindən uretraya kimi edilir. Əsasən bu növ pirsinqlər tez sağalır — bəzi hallarda isə deşik edildikdən sonra 2–3 gün müddətində sidik ifrazı zamanı qanaxma müşahidə oluna bilər. == Şahzadə Əsası == Əsa deyilən bəzək əşyası içi boş boru şəklindədir və ucunda açılabilən qapaqdan ibarətdir.
Qlayds del Estal
Qlayds del Estal (isp. Gladys del Estal Ferreño) - Kompüter proqramçısı və ekoloji aktivist. İspaniyanın San Sebastian şəhərində yaşayan Qlayds Del Estal 1979-cu ildə Basklar ölkəsində tikilməsi planlaşdırılan Lemoniz AES-nin tikintisinə qarşı keçirilən etiraz nümayişlərində iştirak edərkən hökumət qüvvələrinə bağlı Quardia mülki polisləri tərəfindən güllələnərək öldürülmüşdür. Hadisə 1979-cu ilin 3 iyun tarixində İspaniyanın Navarra bölgəsinin Tudela şəhərinə keçirilən nümayiş zamanı baş vermişdir. Qlayds del Estalın ölümü ETA təşkilatının Lemoniz AES-inə qarşı olan hücumlarının çoxalmasına və hökumətin nüvə enerjisi siyasəti ilə bağlı mövqeyini müəyyən qədər də olsa dəyişdirməsinə səbəb olmuşdur. Qlayds del Estal İspaniya, Kataloniya və Basklar ölkəsində ekoloji aktivistlərin əsas simvolu olaraq qəbul edilməkdədir.
Reşit Gürzap
Reşit Gürzap(23 aprel 1912, Konstantinopol – 9 iyul 1990 və ya 8 iyul 1990, İstanbul)-Türk aktyor və səs aktyoru. == Həyatı və karyerası == O, 1912-ci il aprelin 23-də Kadıköy Cevizlikdeki Şifa küçəsindəki evində Vanlı Rəşit Paşazadə Akif bəy və Tunisli Aliye Xanımın övladı olaraq dünyaya gəlib. O, teatr aktyorlarının və yazıçıların getdiyi ailədə böyüyüb. Kadıköy orta məktəbi və liseydən sonra Ali Dəniz Ticarət Məktəbində oxuyub. İlk teatr işinə həvəskar kimi başlayıb. 1928-ci ildə girdiyi Kadıköy Süreyya Operettasında bir müddət çalışdı. 1934-cü ildə İstanbul Şəhər Teatrına daxil olur. İlk oyununu "Deli Dolu" operettasında "David" rolu ilə oynayıb. O, uzun illər Şəhər Operettasında "Lüküs Həyat", "Saz Caz", "Leblebici Horhor", "Sən Dul", "Yarasa" operettalarında iştirak edib. O, yerli və xarici komediyalarda oynadığı rollarla uğur və şöhrət qazanıb.