Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Boyakarlıq
Rəngkarlıq - Təsviri sənətin bir qoludur. Rəngkarlıq qədim dövrlərə dayanan sənətdir. == Azərbaycan rəngkarlıq sənəti == Azərbaycan rəngkarlığı təsviri incəsənətin qədim və zəngin tarixə malik olan əsas növlərindən biridir. İlk rəngkarlıq nümunələri hələ ibtidai icma quruluşu dövründə meydana gəlmişdi. Rəngkarlıq sənəti bədii-estetik cəhətinə görə monumental rəngkarlıq, teatr-dekorativ rəngkarlıq, dəzgah rəngkarlığı, miniatür rəngkarlıq növlərinə bölünür. Dəzgah boyakarlığına aid əsərlər molbert üzərinə bənd edilmiş kətan, taxta lövhə, karton və divar üzərində yağlı boya ilə çəkilir, məzmununa və funksiyasına görə müstəqil səciyyə daşıyır. Azərbaycan coğrafi mövqe etibarı ilə şərqə daha çox yaxın olduğuna görə miniatur sənəti burda daha çox inkişaf etmişdir. Zaman keçdikçə, dövlətlər arasında əlaqələr genişləndikcə rəngkarlıq bura da gəlmişdir. Azərbaycan rəngkarlarından dövr etibarı ilə Əzim Əzimzadə, Bəhruz Kəngərli, Mikayıl Abdullayev, Böyükağa Mirzəzadə, Vəcihə Səmədova, Davud Kazımov, Tahir Salahov, Fərman Qulamov və bir çox rəssamın adını çəkmək olar. Adlarını sadaladığımız rəssamlar rəngkarlığın əsasən klassik dəzgah, monumental janrlarında əsərlər yaratmışlar.
Monumental boyakarlıq
Monumental boyakarlıq və ya muralizm — memarlıqla bağlı olan, lakin müstəqil ideya məzmunu və bədii ifadə vasitələrinə malik iri boyakarlıq əsərləri. Monumental boyakarlığa süjetli pannolar, mozaika və ya freskalardan ibarət divar rəsmləri daxildir. == Tarixi == Monumental boyakarlıq Qədim Misir, Çin, Hindistan, Yunanıstan və Roma incəsənətində mühüm yer tutmuşdur. Bizans və Qədim Rus incəsənətində təsviri sənətin ən geniş yayılmış növü monumental boyakarlıq olmuşdur. Monumental boyakarlığın çiçəklənmə dövrü XIV–XVI əsrlərə təsadüf edir. İtaliyada Renessans dövrünün görkəmli rəssamlarının (Cotto, Rafael, Leonardo da Vinçi, Mikelancelo, Veronoze və b.) yaradıcılığında özünün yüksək inkişaf səviyyəsinə çatmışdı. Monumental boyakarlıq orta əsrlərdə Şərq ölkələrində də geniş yayılmışdı (Hindistanda Acanta, Orta Asiyada Pəncikənd və s.). Kapitalizm dövründə, xüsusilə XIX–XX əsrin əvvəllərində monumental boyakarlıq tənəzzülə uğramışdır. Müasir dövrdə monumental boyakarlıq Avropanın və Latın Amerikasının bir çox ölkəsində (xüsusilə Meksikada Dieqo Rivera, Xose Klemente Orosko, Xose David Alfaro Sikeyros və başqalarının yaradıcılığında) geniş yayılmışdır. == Azərbaycanda == İslam dininin məhdudlaşdırıcı təsirinə baxmayaraq, Azərbaycanda da monumental boyakarlıq əsərləri yaradılmışdı (Şəki xanları sarayının divar rəsmləri və s.).