Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Rozetta daşı
Rəşid daşı və ya Rozetta daşı (ər. [Həcərur-Raşid ]- حجر رشيد‏, fr. la pierre de Rosette, ing. Rosetta Stone) – 1799-cu ildə Napoleon Bonapartın Misir ekspedisiyası zamanı İsgəndəriyyədən bir qədər aralı yerləşən Rəşid (Rozetta) şəhəri yaxınlığında tapılmış üç dildə (qədim yunan, demotik Misir və heroqlifik Misir) yazıya malik daş yazı abidəsidir. Qədim yunan dili dilçilərə məlum olduğundan demotik və heroqlifik Misir yazısını onunla uzlaşdırmaqla bir çox Misir yazılarının açılmasında ondan açar kimi istifadə olunmuşdur. 1802-ci ildən Rəşid daşı Britaniya muzeyində saxlanılmaqdadır. == Daş kitabənin ölçüsü == Hündürlüyü: 114,4 sm; Eni: 72,3 sm; Qalınlığı: 27,9 sm; Kütləsi: 762 kq.Tünd boz rəngli bu qranit kitabə e.ə. 196-cı ilə məxsusdur. Daş kitabə zədəli halda günümüzə gəlib çatdığından heroqlif mətnin 2/3-si itirilmişdir. == Tapılması == 1799-cu ildə Napolean Bonapart Misir uğrunda gedən müharibədə türklərlə və ingilislərlə döyüşə girəcəkdir.
Kozetta
Kozetta Viktor Hüqonun 1862-ci ildə yazdığı Səfillər romanında uydurulmuş personajdır. Onun doğum adı Eufrasiyadır, lakin əsərdə bu ada qısa yer verilir. Yazıçı, atası tərəfindən tərk edilmiş dul ananın yetim övladı olaraq ona heç vaxt soyad vermir. Romanın gedişatında o, səhvən Ursule, Lark və ya Madmozel Lanoire kimi tanınır.
Rozella
Rozella (lat. Hibiscus sabdariffa) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinin hibiskus cinsinə aid bitki növü. Bitki qabığı fibra istehsalı üçün və infuziya kimi istifadə edilir. Köhnə dünyanın tropik bölgələrində bitir. == Sinonimləri == Abelmoschus cruentus (Bertol.) Walp. Furcaria sabdariffa Ulbr. Hibiscus cruentus Bertol. Hibiscus fraternus L. Hibiscus palmatilobus Baill. Sabdariffa rubra Kostel.
Valentina Rovetta
Valentina Rovetta (24 iyul 1980) — İtaliyanı təmsil edən bədii gimnast. == Karyerası == Valentina Rovetta İtaliyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 7-ci pillənin sahibi olub.
Elephantulus rozeti
Şimali Afrika atlanqaçı (lat. Elephantulus rozeti) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin atlanqaçlar dəstəsinin atlanqaçlar fəsiləsinin uzunqulaq atlanqaç cinsinə aid heyvan növü.
Rozika Şvimmer
Rozika Şvimmer (tam adı: Rozika Şvimmer, mac. Rosika "Rózsa" Bédy-Schwimmer; 11 sentyabr 1877, Budapeşt – 3 avqust 1948, Nyu-York, Nyu-York ştatı) — macar pasifist, feminist və qadınlara seçki hüququnun verilməsi uğrunda mübarizə aparan şəxs. O, ilk dünya federalistlərindən və dünyada ilk qadın səfirlərdən biridir. 1918-ci ildə Macarıstanın İsveçrədə səfiri olmuşdur. == Həyatı == Rozika Şvimmer Avstriya-Macarıstanın Budapeşt şəhərində yəhudi ailəsində anadan olmuşdur. O, musiqi və xarici dillər üzrə təhsil almağa başlasa da, 1896-cı ildə ailəsinin maliyyə vəziyyəti pisləşdiyindən mühasib işləməyə başlamışdır. == Siyasi fəaliyyəti == 1897-ci ildə Macar Qadın Katibləri Assosiasiyasını yaratmış, 1904-cü ildə isə Evgeniya Mişkolçi Meller kimi digər görkəmli feministlərlə birlikdə Macar Feminist Assosiasiyasının (mac. Feministák Egyesülete (FE)) əsasını qoymuşdur. O, Macar Milli Qadınlar Şurasının yaradılmasına yardım etmiş və Macarıstan Sülh Cəmiyyətində idarə heyətinin üzvü olmuşdur. 1909-cu ildə Daxili İşlər naziri onu uşaq rifahı üzrə idarə heyətinə təyin etdi.1913-cü ildə Qadınlara seçki hüququnun verilməsi üzrə Beynəlxalq Alyansın (ing.