Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Barbara Vussou
Barbara Vussou (28 mart 1961, Münxen) — Alman aktrisa.
Demis Russos
Demis Russos (yun. Ντέμης Ρούσος, əsl adı Artemios Venturis Russos, yun. Αρτέμιος Βεντούρης Ρούσος; 15 iyun 1946, İsgəndəriyyə, Misir – 25 yanvar 2015, Afina, Yunanıstan) — yunan müğənnisi. == Həyatı == 15 iyun 1946-cı ildə Misirin İsgəndəriyyə şəhərində yunan əsilli ailədə dünyaya gəlmiş, 1956-cı il Süveyş böhranından sonra ailəsi ilə birlikdə Yunanıstana köçmüşdür. Russos 1963-cü ildə Vangelis və Lukas Sideras ilə birlikdə "Aphrodite's Child" qrupunun əsasını qoymuşdur. 1968-ci ildə Yunanıstandakı hərbi çevrilişdən sonra qrup üzvləri Parisə köçdülər və burada özlərinin "Rain & Tears" mahnısı ilə məşhurluq qazandılar. 1971-ci ildə Russos qrupu tərk etdi və solo karyerasına başladı, amma keçmiş qrup üzvü Vangelislə əməkdaşlığını davam etdirdi və bu əməkdaşlığın nəticəsi olaraq 1977-ci ildə "Magic together" albomunu çıxardı. Onların ən məşhur birgə işi isə Oskar mükafatına layiq görülmüş "Alovlu döyüş arabaları" ("Chariots of Fire") filminin musiqisi — "Race to the End" və onun ispan dilindəki versiyası "Tu Libertad" oldu. Russos həmçinin Vangelisin 1982-ci ildə Filip Dikin əsəri əsasında çəkilmiş "Ülgücün üzəri ilə qaçan" ("Blade Runner") filminə yazdığı "Tales of the Future" mahnısını da səsləndirmişdir. 1974-cü ildə Russos "Forever & Ever" albomu ilə uğur qazandı.
Anri Russo
Anri Jülyen Felis Russo (fr. Henri Julien Félix Rousseau, Le Douanier ləqəbi ilə "Gömrükçü"; 21 may 1844[…], Laval – 2 sentyabr 1910[…], Paris[…]) — Fransız sənətkar, naif incəsənətinin və ya primitivizmin ən məşhur nümayəndələrindən biri. == Bioqrafiya == Anri Russo 21 may 1844-cü ildə Laval (Mayen) şəhərində anadan olmuşdur. Orduda vəzifəsini yerinə yetirdikdən sonra Fransanın gömrük anlayışına gələn bir işə başladı. Rəssamlıqla yetkinlik yaşına çatmadan, müvafiq təhsil almadan məşğul olurdu. 1886-cı ildə Russo ilk dəfə "Müstəqil sərgiyə" qatılaraq işini ictimaiyyətə təqdim edir. Fransanın bədii cəmiyyətində onun ömrü boyu, o, rəngkarlıq zənginliyi və orijinal sahələri (Russo tez-tez onun həyatında heç görmədim ki, ekzotik junqle çəksin) üçün yüksək qiymətləndirilmişdir. Rəssam ayağını yaraladıktan sonra 2 sentyabr 1910-cu ildə Paris Necker xəstəxanasında (Fr.) gangrenadan öldü. Anri Russo qəbirüstündə baş-relief Rumıniya mənşəli tanınmış heykəltaraş Konstantin Brunkuşi tərəfindən hazırlanıb. == Qalereya == Bəzi işləri == Biblioqrafiya == Henri Rousseau dit Le Douanier, par André Salmon, Ed.
Con Russo
Con A. Russo (ing. John A. Russo; 1939) — ABŞ aktyoru, yazıçısı və rejissorudur. Ən uğurlu filmi "Yaşayan ölülərin gecəsi" adlı filmdir. Russo "Yaşayan ölülər" ilə əlaqədar çəkilən bir çox filmlərdə iştirak etmişdir. == Həyatı == Con Russo 1939-cu il tarixində anadan olmuşdur. 1968-ci ildə "Yaşayan ölülərin gecəsi" adlı filmdə zombi iştırakçılarından biri kimi iştirak etmişdir. Bu filmin ssenarisini Con Romero ilə birlikdə yazmışdır. Həmçinin, Romeronun "Canlı ölünün qayıdışı" adlı filminə parodiya kitabının müəllifidir.
Jak Russo
Jak Russo (fr. Jacques Rousseau; 1683, Cenevrə, Cenevrə kantonu – 1753, İsfahan) — cenevrəli saatsaz, Fransa krallığının Səfəvi sarayındakı diplomatı və Şah Sultan Hüseynin zərgəri. == Həyatı == 1683-cü ildə Cenevrədə dünyaya gəlmişdir. O, 1708-ci ildə Fransa kralı XIV Lüdovik tərəfindən Səfəvi imperiyasına diplomatik missiyanın tərkibində göndərilmişdir. O, Səfəvi imperiyasına gəldikdən sonra imperator Şah Sultan Hüseynin zərgəri olmuşdur. Bununla eyni zamanda onun əmisinin oğlu İsaak Russo da İstanbulda Osmanlı imperatoru III Əhmədin (1705–1711) zərgər və saatsazı olaraq çalışmaqda idi. İsaak Russo tanınmış fransalı filosof və maarifçi Jan Jak Russonun atasıdır. Jak Russo Reine de l’Estoile ilə evlənmiş və onların Jan-François Russo adlı oğulları 1738-ci ildə İsfahanda dünyaya gəlmişdir. Atası kimi Jan-François Russo da Fransanın bölgədəki diplomatı kimi çalışmış və İranlı Russo kimi tanınmışdır. Onun oğlu Jan-Babtist Russo da Fransanın ilk şərqşünaslarından biri olmuşdur.
Rene Russo
Rene Russo (ing. Rene Russo, 17 fevral 1954) —ABŞ aktrisası. Məşhur aktrisa və model Rene Russo 1954-cü ildə ABŞ-nin Kaliforniya ştatında dünyaya gəlib. 16 yaşından başlayaraq podiumlarda görünməyə başlayıb. Bu dövrdən etibarən nüfuzlu moda brendlərinin siması kimi jurnal səhifələrində yer alması Renenin gələcək karyerasının stimulu olub. Uca boya, ideal bədən quruluşuna və cazibədar sifət cizgilərinə malik olan gənc qız öz dövründə amerikan gözəlliyinin etalonu hesab edilirdi. Eyni zamanda, özünümüdafiə üçün seçdiyi üsullar, müstəqil olaraq sözünü demək bacarığı Reneni 20-ci əsr qadınlarının da gözündə ucaldıb. O, heç vaxt incə və zərif rollar oynamayıb. Renenin qəhrəmanları güclü xarakteri, möhkəm iradəsi ilə seçilib. Baxmayaraq ki, 80-ci illərin sonu-90-cı illərin əvvəllərində "silahlı qadın" obrazı kinosevərləri valeh etmirdi, amma, aktrisa üçün öz istedadının nümayişinə bu tendensiya mane olmurdu.
Russo-Balt
Rusiya avtomobil markası Russo-Balt (alm: Russisch-Baltischen Waggonfabrik; ru: Rusско-Балтийский вагонный завод, RBVZ) Rus-Baltik vaqon fabrikində istehsal edilmişdir. İlk avtomobillər 1909-cu ilin yayında “Russo-Balt” markası adı altında istehsal edildi. İstehsalat fabriki olan Russo-Baltik Vaqon Zavodu Riqada yerləşirdi. Layihə sahibi Belçika mühəndisi Julien Potteratdır. Model rusiyalı mütəxəssislər İvan Fryazinov və Dmitri Bondarev ilə iş birliyində hazırlanmışdır. Markanın avtomobilləri bütün dünyaya nüfuzlu yarışlarda qazandıqları qələbələrlə tanıdıldı. Məsələn: Sankt-Peterburq - 1912 və 1913-cü illərdə Monte Carlo yarışı. Vezuvi zirvəsinə qalxan ilk avtomobildir. Avtomobilin dayanıqlığı ilə bağlı gülünc hadisə: avtomobil yarışında sürücü pistə girdi; pist məhv edildi, avtomobil demək olar ki, bütöv qaldı. Zavod 7 ildə 500-ə yaxın avtomobil istehsal etmişdir.
Jan Jak Russo
Jan Jak Russo (fr. Jean-Jacques Rousseau; 28 iyun 1712[…], Cenevrə, Cenevrə Respublikası[d] – 2 iyul 1778[…], Ermenonvil[d], Fransa krallığı) — Fransız filosofu, yazıçı, bəstəkar. XVIII əsr Fransada "Maarifçilik" hərəkatının ən görkəmli nümayəndəsi, Ensiklopediyanın yaradıcılarından biri. 1789–1794-cü ildə Fransa Burjua inqilabı zamanı onun əsərləri Yakobinlərin əsas ideya dayağı olmuşdur. == Həyatı == 1712-ci il iyunun 28-də Cenevrə şəhərində anadan olmuşdur. Russo anadan olduqdan 2–3 gün sonra anası vəfat etmişdir. Russonun 10 yaşı olarkən XVI-cı əsrdə Fransadan qaçıb İsveçrəyə sığınan, bir Fransız Prostestant ailəsindən gələn, Russonun doğumundan əvvəl 6 il boyunca İstanbulda saray saatsazlığı etmiş olan atası onu əmisi Bernarın himayəsinə vermişdir. Kilsə təhsili almışdır. Sınaq müddətindən sonra oymaçı ustası yanında şagird kimi fəaliyyət göstərmiş və bu sənətə yiyələnmişdir. 1728-ci ildə ustanın yanından qaçmış və yeni tanış olduğu xanım Varansın himayəsi altında Turin seminariyasına qəbul olunmuşdur.
Jan-Jak Russo
Jan Jak Russo (fr. Jean-Jacques Rousseau; 28 iyun 1712[…], Cenevrə, Cenevrə Respublikası[d] – 2 iyul 1778[…], Ermenonvil[d], Fransa krallığı) — Fransız filosofu, yazıçı, bəstəkar. XVIII əsr Fransada "Maarifçilik" hərəkatının ən görkəmli nümayəndəsi, Ensiklopediyanın yaradıcılarından biri. 1789–1794-cü ildə Fransa Burjua inqilabı zamanı onun əsərləri Yakobinlərin əsas ideya dayağı olmuşdur. == Həyatı == 1712-ci il iyunun 28-də Cenevrə şəhərində anadan olmuşdur. Russo anadan olduqdan 2–3 gün sonra anası vəfat etmişdir. Russonun 10 yaşı olarkən XVI-cı əsrdə Fransadan qaçıb İsveçrəyə sığınan, bir Fransız Prostestant ailəsindən gələn, Russonun doğumundan əvvəl 6 il boyunca İstanbulda saray saatsazlığı etmiş olan atası onu əmisi Bernarın himayəsinə vermişdir. Kilsə təhsili almışdır. Sınaq müddətindən sonra oymaçı ustası yanında şagird kimi fəaliyyət göstərmiş və bu sənətə yiyələnmişdir. 1728-ci ildə ustanın yanından qaçmış və yeni tanış olduğu xanım Varansın himayəsi altında Turin seminariyasına qəbul olunmuşdur.