Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ortalama öldürücü doza
LD50 və ya ortalama öldürücü doza və ya DL50 (qədim yunancada δόσις , latınca lētālisdən LD50 , ingilis dilində lethal dose) eksperiment üzvlərinin yarısının ölümünə səbəb olan maddənin orta öldürücü dozudur. Zəhərli və öldürücü toksik maddələr arasında geniş istifadə olunur. Adətən vahid sınaq obyekti üçün vahid maddə kütləsini təyin edir. Tətqiq olunan obyektin heç bir antidot, xüsusi ehtiyat tədbirləri və ağırlaşdırıcı amillər qəbul edilmədən tipik vəziyyətdə və normal şəraitdə olması nəzərdə tutulur. Bəzi hallarda LC50 (ingilis dilində lethal concentration, öldürücü konsentrasiya ) və ya LCt50 ( ingilis dilində lethal concentration and time, oldürücü konsentrasiya və təsir müddəti ) abreviaturları ilə də qarşılaşılır. Onlar adətən zəhərli qazlar üçün istifadə olunur, bu da qazın havadakı öldürücü konsentrasiyasını və təsir müddətini göstərir. LD50 adətən test nümunəsinin vahid kütləsinə düşən maddənin miqdarını ifadə edir, əsasən hər kiloqram kütləyə milliqramlarla, lakin bəzi hallarda maddənin toksikliyindən asılı olaraq , kiloqram bədən kütləsinə düşən maddə nanoqramlarla ( məsələn,botulinum toksini, polonium və onun birləşmələri kimi) , mikroqramlarla (aktiv zəhərləyici maddələr VX ,tetraetil qurğuşun) və ya qramlarla hesablanır. Beləliklə , bu , müxtəlif ölçülü heyvanlar üçün müxtəlif maddələrin nisbi toksikliyini müqayisə etməyə imkan verir( lakin, toksiklik təkcə bədən kütləsindən asılı deyildir). 50% -lik ölüm nisbətinin seçilməsi bizə baş verə biləcək qeyri-müəyyənliklərdən qaçmağa və keçiriləcək eksperimentlərin şərtlərini sadələşdirməyə imkan verir. Bu o deməkdir ki, LD50 bütün fərdlər üçün öldürücü doza deyildir, bəzilərinin daha aşağı doza ölümünə səbəb olduğu halda , digərləri LD50 –dən daha yuxarı dozalarda sağ qala bilər.
Susdurucu atəş
Susdurucu atəş (ing. Supressive fire) — hərb elmində, düşmənə atəş açıb, onu qısa döyüş qabiliyyətini məhrum etmək, döyüşdə meydanının görüntüsünə mane, koordinasiya və idarəedilmə dağınıqlığı hədəfi ilə istifadə olunan taktiki fənd.