QALAMAQ

QALAMAQ – KEÇİRMƏK Fəcrin soyuq tonqalı yananda; Mən də tonqal qaladım gah dağda, gah aranda (Ə.Cəmil); İşığı keçirib yerinə girdi.

QALAMAQ – SÖNDÜRMƏK Tellinin axşam gətirdiyi südlə şam etmiş, axırda sobasını yenidən qalayıb yatağına uzanmışdı (S.Hüseyn); Muzdur üfləyib çırağı söndürdü (M.İbrahimov).

QALAQLAMAQ
QALDIRMAQ
OBASTAN VİKİ
Tonqal qalamaq
Tonqal qalamaq — Novruz bayramının adət ənənələrindən biri. Çərşənbələrdə (və Novruz axşamında) tonqal qalanması, göyə yanar fişənglər, tarixən üskü — lopa atılması, bayram süfrəsi düzəldilməsi Azərbaycanda qədim el adətidir. Tonqal qalamaq, oddan atdanmaq, başı üzərinde lopa-üskü fırlayıb göyə atmaq əski mifik dünyagörüşlə bağlı məsələdir. İşığın, günəşin gücünə inanan qədim insan odun-alovun köməyi ilə yad-yabançi ruhları, soyuq, qaranlıq, xəstəlik gətirən, yaşayışa sıxıntı verən pis — şər qüvvələri qovub uzaqlaşdırmağın mümkünlüyünə inanırdı. Burada bütün məqamlarda od — Günəşin rəmzi kimi düşünülürdü. Çillədən-qışdan çıxmaq üçün tonqal, od yandırılması əslində dolayısı ilə həm də Günəşin-yazın çağrılması mərasimidir. Bu aktın icrası zamanı tonqalın üstündən atılarkən: söylənməsi də əski təsəvvürlə, çillədən, qışın ağrı-acısından qurtulmaq üçün oda — mikrogünəşə bir xilaskar kimi yanaşılması qənaəti ilə bağlıdır. Əsasən də yetkinlik yaşına çatan gənc qızlar kənardan onun dediklərini eşitməsinlər deyə ürəyində bu nəğməni oxuyarlar. Od yaşamaq, yaşatmaq rəmzidir. Yazılı mənbələrə istinadən demək olar ki, Novruz bayramı eradan əvvəl 505-ci ildə yaranmışdır.
Azərbaycanda tonqal qalamaq adəti
Tonqal qalamaq — Novruz bayramının adət ənənələrindən biri. == Haqqında == Çərşənbələrdə (və Novruz axşamında) tonqal qalanması, göyə yanar fişənglər, tarixən üskü — lopa atılması, bayram süfrəsi düzəldilməsi Azərbaycanda qədim el adətidir. Tonqal qalamaq, oddan atdanmaq, başı üzərinde lopa-üskü fırlayıb göyə atmaq əski mifik dünyagörüşlə bağlı məsələdir. İşığın, günəşin gücünə inanan qədim insan odun-alovun köməyi ilə yad-yabançi ruhları, soyuq, qaranlıq, xəstəlik gətirən, yaşayışa sıxıntı verən pis — şər qüvvələri qovub uzaqlaşdırmağın mümkünlüyünə inanırdı. Burada bütün məqamlarda od — Günəşin rəmzi kimi düşünülürdü. Çillədən-qışdan çıxmaq üçün tonqal, od yandırılması əslində dolayısı ilə həm də Günəşin-yazın çağrılması mərasimidir. Bu aktın icrası zamanı tonqalın üstündən atılarkən: söylənməsi də əski təsəvvürlə, çillədən, qışın ağrı-acısından qurtulmaq üçün oda — mikrogünəşə bir xilaskar kimi yanaşılması qənaəti ilə bağlıdır. Əsasən də yetkinlik yaşına çatan gənc qızlar kənardan onun dediklərini eşitməsinlər deyə ürəyində bu nəğməni oxuyarlar. Od yaşamaq, yaşatmaq rəmzidir. == Tarixi qaynaqlarda Novruz == Yazılı mənbələrə istinadən demək olar ki, Novruz bayramı eradan əvvəl 505-ci ildə yaranmışdır.

Значение слова в других словарях