Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ağbulaq (Sübhanverdi)
Ağbulaq — İrəvan xanlığının Aqin mahalında kənd adı. == Toponim == Ağbulaq — İrəvan xanlığının Aqin mahalında kənd adı. Digər adı Sübhanverdi. 1886-cı ilə aid məlumata görə əhalisi azərbaycanlılardan və ermənilərdən ibarət idi. 1919-cu ildə azərbaycanlılar qovulmuşdur. 1947-ci kənd ermənicə Lyusaxpur adlandırılmışdır. XIX əsrdə Qafqazda mövcud olmuş 24 Ağbulaq toponimindən biridir. Sübhanverdilər adlı oymağın Ağbulaq adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Ağbulaq Azərbaycan dilində ağ içməli su, axan su, yağış və qar sularından qidalanan su və bulaq sözlərindən ibarətdir. == Həmçinin bax == Ağbulaq (Göyçə) Azərbaycan == Ədəbiyyat == Budaqov B. Ə. Azərbaycan toponimlərinin problemləri.
Suvanverdi
Suvanverdi, Lusaxpyur — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Ağin (Ani) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 26 km məsafədə, Arpaçayın yaxınlığında yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Sübhanverdi kimi, Qafqazın 5 verstlik xəritəsində Suvanverdi formasında qeyd edilmişdir. Toponim Sübhanverdi şəxs adı əsasında formalaşmışdır. Antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 3.ll.1947-ci il fərmanı ilə kəndin adı dəyişdirilərək Lusaxpyur qoyulmuşdur.