Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Azərbaycan Sülhməramlı Qüvvələri
Azərbaycan Sülhməramlı Qüvvələri (ing. Azerbaijani peacekeeping forces) və ya Bakı N vahidi (ing. Baku N unit) — Azərbaycan Quru Qoşunlarının əsas sülhməramlı hərbi vahidi. 1999-cu ilin sentyabr ayından başlayaraq Azərbaycan Silahlı Qüvvələri Kosovoda, Əfqanıstanda və İraqda Beynəlxalq Sülhməramlı Ordu tərkibində sülhməramlı fəaliyyət aparıblar. Azərbaycan Silahlı Qüvvələri tərkibində Azərbaycanın Sülhməramlı ordusu 1997-ci ildə yaranmış, sonradan Azərbaycan sülhməramlı bölməsi adı altında birləşmişdir. == Fəaliyyət == === Kosovo === 17 fevral 2008-ci ildə Kosovo parlamenti müstəqillik elan etdikdən sonra, 26 fevral 2008-ci ildə Azərbaycanın Prezidenti İlham Əliyev Kosovadan Azərbaycanın sülhməramlı bölməsinin çıxarılması ilə bağlı Milli Məclisə müraciət etdi. Müraciətə Milli Məclis tərəfindən 4 mart 2008 tarixdə baxıldı və 87 səslə (3 səs əleyhinə, 2 səs bitərəf) qəbul edildi. Azərbaycan sülhməramlı bölməsi 34 hərbçidən ibarət idi ki, bunlardan da biri zabit, biri çavuş və 32-si əsgər idi. Azərbaycan sülhməramlı bölməsi Kosovada Türkiyə sülhməramlı qoşunlarının tərkibində xidmət edirdi. Azərbaycan hərbçiləri Kosovada 18 kəndə nəzarət edirdilər.
Azərbaycan sülhməramlı əməliyyatlarda

BMT Sülhməramlı Qüvvələri
1948-ci ildə qurulmuş birləşmiş millətlər təşkilatının dünyanın müxtəlif qaynar nöqtələrində baş verən münaqişələrin qabağını almaq və ya qısa-müddətli həll yolu gətirmək üçün tərkibində olan hərbi-silahlı qüvvələrdir. Şablon olaraq insanların beynində birləşmiş millətlər və tabeçiliyində olan qüvvələrin heç bir işə yaramadığı və sülh üçün effektiv mübarizə aparmadığı fikri olsa da, hazırda BMT sülhməramlı qüvvələri Kosovo, Əfqanıstan, Haiti, Kipr, Livan, Suriya, Cənubi Sudan və Şimali Sudan Mali,və s. dünyanın onlarca qaynar münaqişə nöqtəsində vəziyyət tənzimləməklə məşğuldurlar. Məsəl üçün əgər BMT suriyanın qolan təpələrinə nəzarət etməsə idi indi o ərazilər uğrunda suriya ilə israil arasında münaqişə daha da gərginləşərdi və israil beynəlxalq hüquq normalarına məhəl qoymayıb qolan təpələrini öz ərazisinə ilhaq etdiyi üçün onu beynəlxalq aləmə öz ərazisi kimi tanıtmağa nail ola bilərdi.
Qarabağda Rusiya sülhməramlılarının ölümü
Qarabağda Rusiya sülhməramlılarının ölümü — 20 sentyabr 2023-cü ildə Qarabağda yerləşən Canyataq kəndi yaxınlığında Azərbaycan Silahlı Qüvvələrinin əsgərlərinin hücumu nəticəsində 5 Rusiya sülhməramlısının həlak olması. Həlak olanlar arasında sülhməramlı kontingentin komandirinin müavini, birinci dərəcəli kapitan İvan Kovqan var idi. Hadisə Qarabağda toqquşmalar və Azərbaycanın əməliyyatları zamanı baş tutmuşdur. == Zəmin == İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri 5 il müddətinə atəşkəs bəyanatı imzalamışdılar. Bu sazişə əsasən, regionda təhlükəsizliyin təmin edilməsi üçün Qarabağ ərazisində Rusiya sülhməramlı kontingenti yerləşdirilməli idi. Azərbaycan və Ermənistan arasında münasibətlər 2022-ci ildə, avqustda baş verən toqquşmalardan və Xankəndi–Laçın yolunda aksiyalardan sonra kəskin şəkildə gərginləşmişdir. Azərbaycan Silahlı Qüvvələri 19 sentyabr 2023-cü ildə Qarabağda hərbi əməliyyata başlamışdır. == Hadisələr == 20 sentyabr 2023-cü il tarixində Canyataq kəndi yaxınlığındakı müşahidə məntəqəsindən qayıdarkən 5 Rusiya sülhməramlısının olduğu avtomobil atıcı silahlardan atəşə tutulmuşdur. Maşında olan hərbçilərin hamısı həlak olmuşdur. == Reaksiyalar == İlkin olaraq Azərbaycan və Ermənistan tərəfləri baş verənlərlə bağlı şərh verməmişdilər.