Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Surtsey
Surtsey (isl. Surtsey) — İslandiyanın cənubi sahili yaxınında vulkanik bir adadır. Adı İsland dilində "Surturun adası" deməkdir. 63,30° ş.e, 20,62° q.u koordinatlarında yerləşən ada İslandiyanın ən cənub torpaq parçasıdır. Ada yaradan sualtı vulkan püskürməsindən 1 həftə əvvəl Reykyavikdə bir müşahidəçi kiçik tərpəntilər qeydə allr. İki gün öncə isə dənizin temperaturunun qalxdığl məlum oldu. Həmçinin İslandiyanın 80 km uzaqlığında olan Vik ada-kəndindəin sakinləri hidrogen-sulfat qoxusu almışdılar. 14 noyabr 1963-cü ildə yerli vaxtla 07:15-də İslandiyanın cənubunda "İsleifur II" gəmisinin aşpazı qara duman gördü. Gəminin kapitanı əvvəlcə bunun yanan balıqçı gəmisi olduğunu düşündü və buna görə gəmini ora sürdü. Lakin çatanda bunun sualtı vulkan püskürməsi olduğu anlaşıldı.
Surrey
Surrey və ya Sarrey (ing. Surrey [ˈsʌri]) — Cənubi İngiltərədə qraflıq, Cənub-Şərqi İngiltərə regionunun bir hissəi, "Ev qraflığı" (Home Counties) adlandırılan qraflıqlardan biri. İnzibati mərkəzi Kinqston-apon-Tems olsa da, qraflığın tarixi şəhəri Gilford sayılır. Əhalisi — 1 098 300 (2007-ci ilin hesablamaları).
Şuştər
Şuştər — İranın Xuzistan ostanının şəhərlərindən biri və Şuştər şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 94,124 nəfər və 21,511 ailədən ibarət idi.
Andrea Şuster
Astrey (mifologiya)
Astrey (yun. Ἀστραῖος; lat. Astraeus) yunan mifologiyasında bir personaj, Hesiod "Teoqoniyasına" və Psevdo-Apollodora görə ikinci nəsil titan, Krios və Evribiyanın oğlu. Higin onu Geya və Tartarın oğlu – nəhəng hesab edir. Titan ilahə Eosun əri, dörd külək tanrısının: Evr (cənub-şərq küləyi), Zefir (qərb küləyi), Not (cənub küləyi), Boreyin (şimal küləyi) atası. == İstinadlar == == Mənbə == Hans von Geisau: Astraios. In: Pauly-Wissowa#Der Kleine Pauly (KlP)|Der Kleine Pauly. Lexikon der Antike in fünf Bänden. Band 1, München 1964, Sp. 660.
Bill Şuster
Bill Şuster ing. William Shuster (an.ol. 10 yanvar, 1960-cı il) — ABŞ Konqresinin 2001-ci ildən üzvüdür. Respublikaçılar Partiyasının üzvüdür. Keçmiş konqresmen Bud Şusterin oğludur. ABŞ Konqresində Azərbaycan üzrə işçi qrupun həmsədridir. 2012-ci il 20 yanvar tarixində Bill Şuster Azərbaycanda 1990-cı ilin Qanlı Yanvarla bağlı bəyanatla çıxış edib == Mənbə == Vikianbarda Bill Şuster ilə əlaqəli mediafayllar var.
Morqan Şuster
Vilyam Morqan Şuster (ing. William Morgan Shuster; 23 fevral 1877, Vaşinqton – 26 may 1960, Nyu-York, Nyu-York ştatı) — ABŞ iqtisadçısı, İranda Məşrutə hərəkatında iştirak etmiş mülki şəxs. 1911-ci ilin may ayında Morqan Şuster köməkçiləri ilə İrana gəlir. Rəsmən o, dövlət xəzinəsində baş xəzinədar vəzifəsini tutmalı və maliyyə işi ilə məşğul olmalı idi. 12 iyun 1911-ci ildə İran Milli Məclisi Morqan Şusterin qanun layihəsini təsdiq etdi. Az müddətdən sonra İranın bütün maliyyə işləri Morqan Şusterin nəzarəti altında idi. Həzrəti İmam Rzanın Məşhəd şəhərindəki türbəsi işgalçi Rusiya qoşununun top atəşinə hədəf oldu. Rusların bu cinayeti, Amerikalı Morqan Şuster tərəfindən İran baş xəzinədarlığı özəl jandarma gücünün təşkil edilməsi ardından gerçəkləşdi. Amerikalı birinin İranda belə bir məsuliyyətə gətirtilməsini xoş qarşılamayan Rusiya dövləti İran şahlığına ültimatium verdikdən sonra ordu Məşhəd şəhərində İmam Rza türbəsini topa tutdu.
Şuştər şəhristanı
Şuştər şəhristanı — İranın Xuzistan ostanının şəhristanlarından biri. Şəhristanın inzibati mərkəzi Şuştər şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 182,282 nəfər və 37,656 ailədən ibarət idi.
Şüştər (dəqiqləşdirmə)
Şuştər — İranın Xuzistan ostanının şəhərlərindən biri və Şuştər şəhristanının mərkəzidir. Şuştər şəhristanı — İranın Xuzistan ostanının şəhristanlarından biri. Şüştər — Azərbaycan musiqisində 1) əsas yeddi musiqi ladlarından (məqamlarından) biri, 2) əsas yeddi muğam dəstgahlarından biri.
Şüştər (musiqi)
Şüştər – 1) Azərbaycan musiqisində yeddi ladlarından (məqamlarından) biri, 2) əsas Azərbaycan muğam dəstgahlarından biri. Şifahi ənənəli professional Azərbaycan musiqisində “Şüştər” yeddi əsas muğamdan beşincisi hesab edilir. Azərbaycanın görkəmli bəstəkarı Üzeyir Hacıbəyov “Şüştər”in dinləyicidə kədər-qəm hissləri yaratdığını qeyd edirdi. Təbii ki, bu da xalqın ağır, keşməkeşli bir həyat yolu keçməsi ilə bağlıdır. XIX əsrin sonlarında bu muğam dəstgahı Əmiri, Şüştər, Şüştərək, Şüştər, Sarənc, Məsnəvi, Mənəvi, Əfşarı, Heydəri, Osman-Gərayi, Qara kürd, Mani, Keşişoğlu kimi 13 şöbə və guşəni özündə birləşdirirdi. Hazırda geniş yayılmış və xanəndələrimizin repertuarında özünə layiqli yer tutmuş “Ovşarı”, “Heydəri”, “Mani” kimi vokal-instrumental zərbi muğamlar vaxtilə “Şüştər”in daxilində instrumental zərbi muğam kimi çalınırdı. Bütün muğam, şöbə və guşə adlarının yaranma tarixi dörd qismə bölünür: 1. Say adları 2. a) yer, məkan adları; b) xalq, tayfa, qəbilə adları. 3.
Şüştər (muğam)
Şüştər – 1) Azərbaycan musiqisində yeddi ladlarından (məqamlarından) biri, 2) əsas Azərbaycan muğam dəstgahlarından biri. Şifahi ənənəli professional Azərbaycan musiqisində “Şüştər” yeddi əsas muğamdan beşincisi hesab edilir. Azərbaycanın görkəmli bəstəkarı Üzeyir Hacıbəyov “Şüştər”in dinləyicidə kədər-qəm hissləri yaratdığını qeyd edirdi. Təbii ki, bu da xalqın ağır, keşməkeşli bir həyat yolu keçməsi ilə bağlıdır. XIX əsrin sonlarında bu muğam dəstgahı Əmiri, Şüştər, Şüştərək, Şüştər, Sarənc, Məsnəvi, Mənəvi, Əfşarı, Heydəri, Osman-Gərayi, Qara kürd, Mani, Keşişoğlu kimi 13 şöbə və guşəni özündə birləşdirirdi. Hazırda geniş yayılmış və xanəndələrimizin repertuarında özünə layiqli yer tutmuş “Ovşarı”, “Heydəri”, “Mani” kimi vokal-instrumental zərbi muğamlar vaxtilə “Şüştər”in daxilində instrumental zərbi muğam kimi çalınırdı. Bütün muğam, şöbə və guşə adlarının yaranma tarixi dörd qismə bölünür: 1. Say adları 2. a) yer, məkan adları; b) xalq, tayfa, qəbilə adları. 3.
Surrey Universiteti
Surrey Universiteti — İngiltərənin Surrey qraflığının Guildford şəhərində ictimai tədqiqat universiteti. Universitet 1966-cı ildə Robbins Hesabatının tövsiyələrinə uyğun olaraq bir sıra digər qurumlarla birlikdə kral nizamnaməsi almışdı. Universitetin rektoru Kent hersoqu şahzadə Edvarddır. Universitetdəki hazırkı və fəxri akademiklərə Kral Cəmiyyətinin 10 təqaüdçüsü, Kral Mühəndislik Akademiyasının 21 üzvü, Britaniya Akademiyasının 1 üzvü və Sosial Elmlər Akademiyasının 6 üzvü daxildir. 1901-ci ildə İnstitutda Maşınqayırma və İnşaat, Elektrik Mühəndisliyi, Kimya və digər peşələr, Fizika və Təbiət Elmləri, Riyaziyyat, Dillər, Ticarət fənləri, Musiqi, İqtisadiyyat, İncəsənət və Elm fənləri daxil olmaqla xüsusi fənlər tədris olunmuşdur. Həmçinin universitetdə peşə imtahanlarına hazırlıq üçün dərslər təklif olunurdu. İnstitut Elm və Texnologiya fənlərinə diqqət yetirirdi və təxminən 1920-ci ildən London Universitetinin tələbələrinə burada dərs deyilirdi. 1956-cı ildə institut "Qabaqcıl Texnologiyalar Kolleci" adını alan ilk institutlardan biri oldu və Battersi Texnologiya Kolleci adlandırıldı. Surrey Universiteti 1966-cı ildə universitet statusu almışdır. 1970-ci ildə universitet Londondan Guildforda köçürüldü.
Şüştər Tarixi Su Sistemi
Şüştər Tarixi Su Sistemi (Farsca: سازههای آبی شوشتر) — kompleks bir suvarma sisteminə sahib Sasani dövründən qalma ada şəhəridir. İranın Xuzistan əyalətindədir. 2009-cu ildə UNESCO tərəfindən Dünya Mirası elan edilmiş və Birləşmiş Millətlər Təşkilatının siyahısında İranın 10-cu mirası olmuşdur. Eramızın 3-cü əsrində Sasanilərin rəhbərliyi altında bir Roma işçi qüvvəsi tərəfindən inşa edilmiş, ən şərqdə yerləşən Roma körpüsü və Roma bəndiydi və İranda bənd və körpünü birləşdirən ilk tikilidir. Tikili UNESCO tərəfindən "yaradıcı dahi şəxsiyyətin şah əsəri" kimi təsvir edilmişdir.