Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mirvari sırğalı qız
Mirvari sırğalı qız (hl: Het meisje met de parel) — holland rəssamı Yan Vermeerin dünyaca məşhur tablosudur. Əsər Yan Vermeerin şah əsəri hesab olunur. Adından da göründüyü kimi, əsərin əsas motivini mirvari sırğa təşkil edir. Tablo hal-hazırda Hollandiyanın Haaqa şəhərindəki Mauritshuis rəsm qalereyasında saxlanılır. Bu əsəri bəzən "Qüzey Mona Lozası" və ya "Holland Mona Lizası" da adlandırırlar. Demək olar ki, Vermeerin əsərləri haqqında o qədər də geniş məlumat bizə gəlib çatmamışdır və bu məşhur əsər də istisna deyil. Belə ki, əsər "IVMeer" şəklində imzalanmış lakin heç bir tarix göstərilməmişdir. 1994-cü ildə rəsmin sonuncu bərpasından sonra rəsimdəki incə rəngli kombinasiya və qızın tamaşaçıya baxışının yaxınlığı çox artırılmışdır. Dörd il Vermerin nadir əsərlərinin hissə-hissə xaricə satılmasına mane olmağa çalışmış Victor de Stuersin məsləhəti ilə A.A. des Tombe 1881-ci ildə (bu dövrlər olduqca çətin dövrlər idi) tablolardan birini Haaqada keçirilən auksionda iki gilder 3 sentə aldımış və varisi olmadığından o, bu və aldığı başqa əsərləri 1902-ci ildə Mauritshuisa bağışlamışdı. 1937-ci ildə Vermerin əsərlərindən olduğu güman edilən, olduqca oxşar bir rəsm "Gülən qız" kolleksiyaçı Andrew W. Mellon tərəfindən Vaşinqtondakı Milli İncəsənət Qalereyasına bağışlanmışdır.
Mirvari sırğalı qız (dəqiqləşdirmə)
Mirvari sırğalı qız — Yan Vermeerin 1665-ci ildə çəkdiyi rəsm əsəri. Mirvari sırğalı qız (film) — 2003-cü ildə çəkilmiş film.
Qarğalıq
Qarğalıq (Masallı) — Azərbaycanın Masallı rayonunda kənd. Qarğalıq (Xaçmaz) — Azərbaycanın Xaçmaz rayonunda kənd. Qarğalıq (Naxçıvan) — Naxçıvan MR-də Naxçıvan şəhərində qəsəbədir.
Qarğalıq (Masallı)
Qarğalıq — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Əhalinin sayı 1705 nəfərdir. Qarğalıq oykonimi coğrafi obyekt adı olmaqla qədim türk tayfalarından birinin adı olan qarqaikarqa və qədim türk dilli abidələrdə bir sıra mənalarla yanaşı, həm də -/* şəkilçisinin sinonimi kimi mənsubluq, aidlik mənasında işlənmiş -hq şəkilçisindən ibarət olub “qarğa tayfasına məxsus (kənd)” mənasını daşıyır. Karqa etnonimi mənbələrin birində qaraqalpaklann bir qolunun adı kimi qeyd edilir. Bu ada Qərbi Sibir, qırğız və özbək xalqlarının arasında da rast gəlinir. Keçən əsrdə Tatarıstanda Karqalı, Şimali Qazaxıstanda Karqalı, Krımda Karqalıq toponimləri qeydə alınmışdır.
Qarğalıq (Naxçıvan)
Qarağalıq — Naxçıvan MR-də Naxçıvan şəhərində qəsəbədir. Qəsəbə Araz çayının sahilində, şəhər mərkəzindən cənub-qərbində 7 km məsafədə yerləşir. Culfa - Uluxanlı dəmir yolu xəttinin (1908) tikintisi zamanı yaradılıb. Hazırda stansiya kimi də istifadə olunur. Qarğalıq qəsəbəsinin adı qarğa(türk qəbiləsindən birı) və -lıq şəkilçisinin komponentlərindən yaranmış, mənası "Qarğa qəbiləsinə mənsub yer" deməkdir. Qarğa etnonimi həmçinin başqa türk xalqalrında da Azərbaycandakı kimi işlənməkdədir. Məsələn, qaraqalpaq tayfalarından birinin adı kimi də qeyd olunur. Bu ada qırğızlar və özbəklər arasında, əlavə olaraq Qərbi Sibiri də türk xalqları arasında çox rast gəlinir. Krımda, Şimali Qazaxıstan, Tatarıstanda da Qarğalı toponimlərinə çox rast gəlinir.
Qarğalıq (Xaçmaz)
Qarğalıq — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd.
Lobel asırqalı
Lobel asırqalı (lat. Veratrum lobelianum) — melantkimilər fəsiləsinin asırqal cinsinə aid bitki növü.
Şirnalı Talıbov
Şiralı Səlimov
Şiralı Vüqar oğlu Səlimov (1 yanvar 2000, Sor Sor, Kürdəmir rayonu – 6 noyabr 2020, Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Şiralı Səlimov 2000-ci il yanvarın 1-də Kürdəmir rayonunun Sor Sor kəndində Vüqar və Həbibə Səlimovların ailəsində anadan olub. Şiralı Səlimov 2018-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun əsgəri olan Şiralı Səlimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Şiralı Səlimov noyabrın 6-da Şuşanın azad edilməsi zamanı şəhid olub. Kürdəmir rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şialı Səlimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Milyonçu Mirxalıq Abdullayevin evi
Milyonçu Mirxalıq Abdullayevin evi- 1913-cü ildə inşa olunub. Tikintidə istifadə edilən daşlar Qarabağ dağlarından kəsilib…Sovet hakimiyyətinin ilk illərindən Mirxalıq Abdullayevdən alınaraq 1989-cu ilə kimi Salyan kənd təsərrüfatı texnikumunun binası kimi istifadə olunub. "Milyonçu Mirxalıq Abdullayevin evi". salyan.ucoz.ru. İstifadə tarixi: 18 may 2021.