Şiralı Vüqar oğlu Səlimov (1 yanvar 2000, Sor Sor, Kürdəmir rayonu – 6 noyabr 2020, Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Şiralı Səlimov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 yanvar 2000(2000-01-01) |
Doğum yeri | |
Vəfat tarixi | 6 noyabr 2020(2020-11-06) (20 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2018—2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Cəbrayılın azad edilməsi • Füzulinin azad edilməsi • Zəngilanın azad edilməsi • Qubadlının azad edilməsi • Şuşanın azad edilməsi |
Təltifləri |
Şiralı Səlimov 2000-ci il yanvarın 1-də Kürdəmir rayonunun Sor Sor kəndində Vüqar və Həbibə Səlimovların ailəsində anadan olub.[1]
Şiralı Səlimov 2018-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub.
Azərbaycan Ordusunun əsgəri olan Şiralı Səlimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Şiralı Səlimov noyabrın 6-da Şuşanın azad edilməsi zamanı şəhid olub. Kürdəmir rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şialı Səlimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]