Səkinəxanım məscidi
Səkinəxanım məscidi — 1854-cü ildə Azərbaycanın Quba şəhərində tikilmiş tarixi-memarlıq abidəsi.
Məscid Abbasqulu ağa Bakıxanovun xatirəsini əbədiləşdirmək məqsədilə həyat yoldaşı Səkinə xanım Bakıxanovanın şəxsi vəsaiti hesabına tikilib.
Abidə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.
Səkinə xanım məscidi Azərbaycan yazıçısı və tarixçisi Abbasqulu ağa Bakıxanovun xatirəsini əbədiləşdirmək üçün həyat yoldaşı Səkinə xanım Bakıxanova tərəfindən tikdirilmişdir. Səkinə xanım Bakıxanova 1853-cü ildə dünyasını dəyişib. Məscidin tikintisi onun ölümündən sonra 1854-cü ildə bitib.
Sovet işğalından sonra rəsmi sürətdə 1928-ci ildən dinlə mübarizəyə başladılar. Həmin ilin dekabrında Azərbaycan KP MK-i bir çox məscid, kilsə və sinaqoqları maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verdi. Əgər 1917-ci ildə Azərbaycanda 3.000 məscid var idisə 1927-ci ildə bu rəqəm 1.700, 1933-cü ildə isə 17 idi.
İşğaldan sonra 1930-cu illərdə dinə qarşı aparılan mübarizə tədbirləri çərçivəsində məscid bağlanmış ətrafındakı mədrəsə və köməkçi binalar sökülərək dağıdılmışdır.