Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Səpələnmiş ölümlər arasında
Səpələnmiş ölümlər arasında (ing. In Between Dying) – 2020-ci il istehsalı Azərbaycan dram filmi. Azərbaycan, Meksika və ABŞ-nin birgə istehsalı ilə çəkilən filmin rejissoru Hilal Baydarov, bəstəkarı Kənan Rüstəmlidir. 2020-ci ildə 77-ci Venesiya Film Festivalında nümayiş etdirilərək Qızıl Şir mükafatına namizəd olan ilk Azərbaycan istehsalı film olmuşdur. 2020-ci ilin noyabrında isə Yaponiyada keçirilən Tokyo Filmex film festivalında "Ən yaxşı film" nominasiyasında qalib olmuşdur. == Məzmun == Film Davud adlı gəncin məhəbbət hekayəsindən bəhs edir. Yanlış anlaşılan, narahat həyatına məna və sevgi gətirəcəyinə inanaraq əsl ailəsini axtaran Davud günlərin birində ard-arda gözlənilməz qəzalar yaşayır. Bu qəzalar hər dəfə ölümlə nəticələndiyi zaman gözəgörünməz xatirələr və narahatlıqlar üzə çıxır. == Rollarda == == İstehsal == Rejissor Hilal Baydarov bildirmişdir ki, filmi çəkərkən filmin ssenarisi ilə yaxından tanış deyildi, çünki rejissora görə "nə çəkdiyini bilirsənsə, çəkməyin mənası yoxdur". O, həmçinin film üçün Buddanın hekayəsində də təsirləndiyini əlavə etmişdir.
Səpələnmiş ölümlər arasında (film, 2020)

Qarabağ münaqişəsi zamanı zədələnmiş Azərbaycan tikililərinin siyahısı
Qarabağ münaqişəsi zamanı dağıdılmış tarix-memarlıq abidələri və muzeylərin siyahısı — Qarabağ, eyni zamanda onun ətrafında yerləşən Azərbaycan ərazilərində Birinci və İkinci Qarabağ müharibələri zamanı qismən və ya tamamilə dağıdılmış talan edilmiş və ya hər hansı bir şəkildə zərər çəkmiş tarix-memarlıq abidələrini əks etdirən siyahı. Siyahının hazırlanması zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli qərarı ilə təsdiq edilmiş dövlət qeydiyyatına alınmış daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısından istifadə edilmişdir. Tarix və memarlıq abidələri qeydiyyata alınma prinsipinə uyğun olaraq, dünya, ölkə və yerli əhəmiyyətliyinə görə üç başlıqda göstərilmişdir. Cədvəllərdə abidələrinin sıralanma nömrəsi, adı, ünvanı ilə yanaşı qısa təsvir bölməsində tarixi və müvafiq mənbələr əsasında dağıdılması haqqında məlumatlar, mümkün şəkli (dağıdıldıqdan sonra və ya əvvəl) və dəqiq koordinantları qeyd edilmişdir. Eyni zamanda, siyahıya müharibələr zamanı yuxarıda qeyd edilmiş ərazilərdə dağıdılmış və ya ziyan görmüş monumental-heykəltəraşlıq nümunələri və muzeylər də daxil edilmişdir. == Zəmin == Erməni komandiri Arkadi Ter-Tadevosyanın dediyinə görə, 1992-ci ildə Şuşa işğal edildikdən sonra şəhər yaxınlıqdakı Xankəndindən olan ermənilər tərəfindən talan və məhv edilmişdir. Ter-Tadevosyan demişdir ki, Qarabağ erməniləri azərbaycanlıların geri dönməməsi üçün evləri yandırmışdır. 2002-ci ildə, şəhərin erməni qüvvələri tərəfindən işğal edilməsindən on il sonra, şəhərin təxminən 80%-i xarabalıq halında idi. Ermənilər Şuşadan olan üç azərbaycanlı musiqiçi və şairin tarixi büstlərini də söküb satmışdır.Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) araşdırma missiyası 2005-ci ildə Füzuli şəhərinə səyahət etmiş və şəhərin xarabalıq olduğunu bildirmişdir.Ağdam şəhəri erməni qüvvələrinin hücum əməliyyatı əsnasında və sonrasında dağıdılmışdır. Ermənilər geridə qoyulan xarabalıqları belə yağmalamışdır.
Rayleigh səpələnməsi
Şaxələnmiş dovşanalması
Şaxələnmiş dovşanalması (lat. Cotoneaster divaricatus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü. == Təbii yayılması == Yarpaqlı koldur. Çində yayılmışdır. == Botaniki təsviri == Düz dayanan, çox sıx çətirşəkilli, enli, hündürlüyü 2-2,5 m, çətirinin diametri 4-5 m-dək olan bitkidir. Budaqları qırmızımtıl-qonur, zoğları çoxsaylı, enli, şaxələnmiş, nazikdir. Yarpaqların uzunluğu 0,8-2 sm, yumurtavari və ya ellipsvari, əsasən ucu biz, üstü parlaq tünd yaşıl, çılpaq, alt tərəfi göyümtül, payızda tünd narıncı və ya narıncı-qırmızı-qonurdur. Maydan iyunadək çiçəkləyir. Çiçəkləri xırda, ağ, çəhrayı çalarlı, ətirli, çox vaxt 3 ədəd qalxanvari dəstələrdə yerləşir. Ləçəkləri düz dayanan, xırda, əks yumurtavaridir.
Reyli səpələnməsi
On doqquzuncu əsr İngilis fiziki Lord Rayleigh'in (John William Strutt) adını daşıyan Rayleigh səpələnməsi (/ ˈreɪli / RAY-lee), şüalanmanın dalğa uzunluğundan xeyli kiçik hissəciklər tərəfindən işığın və ya digər elektromaqnit şüaların əsasən elastik bir şəkildə səpələnməsidir. Səpələnmə hissəciyinin rezonans tezliyindən (normal dispersiya rejimi) xeyli aşağı olan işıq tezlikləri üçün səpələnmə miqdarı dalğa uzunluğunun dördüncü gücü ilə tərs mütənasibdir. Rayleigh səpələnməsi hissəciklərin elektrik polarizasiyasından qaynaqlanır. Bir işıq dalğasının salınan elektrik sahəsi bir hissəcik içindəki yüklərə təsir göstərir və eyni tezlikdə hərəkət etmələrinə səbəb olur. Bu səbəbdən hissəcik, şüalanmasını dağınıq bir işıq olaraq gördüyümüz kiçik bir radiasiya dipoluna çevrilir. Hissəciklər ayrı atom və ya molekul ola bilər; işığın şəffaf qatı və mayelərdən keçdiyi zaman baş verə bilər, ancaq ən çox qazlarda görülür. Rayleigh'in yer atmosferində günəş işığının səpələnməsi dağınıq səma radiasiyasına səbəb olur ki, bu da gündüzün və alatoranlığın səmanın mavi rənginin, həm də alçaq Günəşin sarımtıldan qırmızımtıl çalarlarının səbəbidir. Günəş işığı da molekulların fırlanma vəziyyətini dəyişdirən və qütbləşmə təsirlərinə səbəb olan Raman dağılmalarına məruz qalır.İşığın dalğa uzunluğu ilə müqayisə oluna bilən və ya daha böyük bir ölçülü hissəciklər tərəfindən səpələnmə, ümumiyyətlə Mie nəzəriyyəsi, ayrı-ayrı dipol yaxınlaşması və digər hesablama üsulları ilə izah olunur. Rayleigh səpələnməsi, işığın dalğa uzunluğuna görə kiçik olan və optik olaraq "yumşaq" olan hissəciklərə aiddir (yəni 1-ə yaxın bir qırılma göstəricisi ilə). Anormal difraksiya nəzəriyyəsi optik cəhətdən yumşaq, lakin daha böyük hissəciklər üçün tətbiq olunur.
Sehrlənmiş Küpə (1979)
== Məzmun == Filmin qəhrəmanı kiçik yaşlı uşaqdır. Burada sehrbaz qara qarğanın bu uşağı küpəyə çevirməsindən, oğlanın övladsız bir ailəyə düşməsindən söhbət gedir. Kinolentdə əməksevərlik, böyüklərə hörmət, xeyirxahlıq kimi insani keyfiyyətlər tərənnüm olunur. == Film haqqında == Applikasiya filmidir. Film kiçik yaşlı uşaqlar üçün nəzərdə tutulmuşdur. == Səhvlər == Titrlər: Filmin adı "Sehirlənmiş Küpə" yazılmışdır. Doğrusu "Sehrlənmiş Küpə" olmalıdır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Ələviyyə Babayeva Rejissor: Nazim Məmmədov Quruluşçu rəssam: Nazim Məmmədov Operator: Ramiz Ağayev Bəstəkar: Oqtay Rəcəbov(Oktay Rəcəbov kimi) Səs operatoru: Kamal Seyidov Fon rəssamı: Faiq Məmmədov Rəssam: Zəkiyyə Mikayılova, Tınnis Saxkay, Sahibə İbadova Rejissor assistenti: Fəridə Həşimova Operator assistenti: Ziya Xəqani Montaj edən: Nisə Hacıyeva (Nisəxanım Hacıyeva kimi) Redaktor: Ədhəm Qulubəyov Filmin direktoru: Eldar Şirinov === Filmi səsləndirənlər === Məhluqə Sadıqova — qarğa (titrlərdə yoxdur) Mirvari Novruzova — nənə (titrlərdə yoxdur) Yusif Vəliyev — baba (titrlərdə yoxdur) == Sitatlar == Qarğa: Mən üç yüz ildir ki, bu dağlarda, bu çöllərdə gəzib dolaşıram. İnsanlardan heç bir yaxşılıq görməmişəm. Küpə: Bəs sən özün necə onlara kömək eləmisənmi?
Yüksək şaxələnmiş polimer
YÜKSƏK ŞAXƏLƏNMIŞ POLIMERLƏR Elnarə Т. Аslanova, Тelman А. Аslanov, Bəxtiyar Ə. Мəmmədov, Akif H. Əzizov Məqalə yeni arxitekturaya malik - yüksək şaxələnmiş polimerlərə həsr olunmuşdur. Onların alınma üsulları, quruluşu, xassələri və tədbiq sahələri, eynı zamanda nano- və informasiya texnologiyalarında tədbiqi üzrə ümümləşdirilmiş məlumatlar verilmişdir. Açar sözlər: dendrimer, hiper şaxələnmiş polimer Yüksək şaxələnmiş polimerlər - üç ölçülü dendrit quruluşa malik çoxşaxəli makromolekullardır. Dendrit quruluşlu yüksəkmolekullu birləşmələrin strukturu [1] altı sinifdən ibarətdir: (a) dendron və dendrimerlər; (b) hibrid dendritə oxşar polimerlər; (c) dendrit olunmuş, yaxud calaq polimerlər; (ç) hiper şaxələnmiş polimerlər; (d) ulduzvari polimerlər; (e) daraq tipli polimerlər (şək.1). İlk üç sinif şaxələnmə dərəcəsi 1.0 olan mükəmməl quruluşa malikdirlər, qalan üçü isə təsadüfi olan şaxələnmiş strukturu göstərir [2]. == Yüksək şaxələnmiş polimerlərin sintez üsulları == Klassik dendrimerlərin və hiper şaxələnmiş polimerlərin arasındakı prinsipial fərqlənmə - onların sintez üsüllarıdır [3]. Ədəbiyyatdan məlumdur ki, birinciləri yalnız seçilmiş ardıcıllıqla bir neçə dəfə təkrar olunan reaksiyalarla alırlar ki, bu da elementar fraqmentlərin nəsillərinin yeni qatlarının molekulun başlanğıc nüvə adlandırılan mərkəzi atom (yaxud molekul) ətrafında mərhələli artmasına imkan verir, (divergent sxem) və yaxud isə əks üsuldan istifadə olunur: molekulun formalaşması onun periferiyasından başlayır və şərti konus formalı olan intermediant-dendronların hər bir mərhələdə böyüməsi ilə gedir. Yalnız sonuncu mərhələdə dendronlar nüvəyə birləşir, bu da tam dendrit molekulun formalaşmasina gətirib çıxarır (kovergent sxem). Hiper şaxələnmiş polimerlər bir mərhələli üsulla alınır [4]. === 1. ===
Sehrlənmiş küpə (film, 1979)
== Məzmun == Filmin qəhrəmanı kiçik yaşlı uşaqdır. Burada sehrbaz qara qarğanın bu uşağı küpəyə çevirməsindən, oğlanın övladsız bir ailəyə düşməsindən söhbət gedir. Kinolentdə əməksevərlik, böyüklərə hörmət, xeyirxahlıq kimi insani keyfiyyətlər tərənnüm olunur. == Film haqqında == Applikasiya filmidir. Film kiçik yaşlı uşaqlar üçün nəzərdə tutulmuşdur. == Səhvlər == Titrlər: Filmin adı "Sehirlənmiş Küpə" yazılmışdır. Doğrusu "Sehrlənmiş Küpə" olmalıdır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Ələviyyə Babayeva Rejissor: Nazim Məmmədov Quruluşçu rəssam: Nazim Məmmədov Operator: Ramiz Ağayev Bəstəkar: Oqtay Rəcəbov(Oktay Rəcəbov kimi) Səs operatoru: Kamal Seyidov Fon rəssamı: Faiq Məmmədov Rəssam: Zəkiyyə Mikayılova, Tınnis Saxkay, Sahibə İbadova Rejissor assistenti: Fəridə Həşimova Operator assistenti: Ziya Xəqani Montaj edən: Nisə Hacıyeva (Nisəxanım Hacıyeva kimi) Redaktor: Ədhəm Qulubəyov Filmin direktoru: Eldar Şirinov === Filmi səsləndirənlər === Məhluqə Sadıqova — qarğa (titrlərdə yoxdur) Mirvari Novruzova — nənə (titrlərdə yoxdur) Yusif Vəliyev — baba (titrlərdə yoxdur) == Sitatlar == Qarğa: Mən üç yüz ildir ki, bu dağlarda, bu çöllərdə gəzib dolaşıram. İnsanlardan heç bir yaxşılıq görməmişəm. Küpə: Bəs sən özün necə onlara kömək eləmisənmi?
Sehrlənmiş oğlan (cizgi filmi, 1955)
Sehrlənmiş oğlan (rus. Заколдованный мальчик) - İsveç yazıçısı Selma Lagerlöfün "Nils Holgerssonun vəhşi qazlarla birgə İsveçboyu səyahəti" əsəri əsasında 1955-ci ildə çəkilmiş cizgi filmi.