Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Zərgərlik
Zərgərlik — metal işləmə sənətinin başlıca sahəsi. Zinət istehsal edən zərgərlik sənəti sırf şəhər sənətkarlığıdır və şəhərlərdə cəmləşmişdir. == Azərbaycanda zərgərliyin tarixi == Bakı, Şabran, Qəbələ, Beyləqan şəhərlərinin arxeoloji qazıntılarından zərgərlik sənəti ilə bağlı faktiki materiallar: gil putalar, qəliblər, metalı süzmək üçün qab, istifadə olunmuş məhək daşları, zərgər qaşığı, çəkici, kəsici alət və s. tapılmışdır Qəbələnin Qala sahəsində, III qazıntıdan tapılmış, serpantindən hazırlanmış qəlibdə tökmə üsulu ilə möhür üzük, qəlibin arxa tərəfi isə çaxmaq üsulu ilə kəmər üçün pilək hazırlamağa xidmət etmişdir . Arxeoloji materiallardan bəlli olur ki, orta əsr Azərbaycan zərgərləri bəzək əşyaları istehsal edərkən qiymətli metallarla – qızıl və gümüşlə yanaşı, həm də mis və tuncdan istifadə etmişdilər. Bu xüsusiyyət Azərbaycan şəhərlərinin məhəlli xüsusiyyəti olmayıb Müsəlman Şərqinin zərgərlik sənətinin səciyyəvi xüsusiyyətlərindən biri idi. Arxeoloji qazıntıların nəticələri zərgərlik məmulatı arasında baş, qol-bilək, barmaq, sinə, bel bəzəklərinin üstünlük təşkil etdiyini göstərir. Bəzək əşyaları məmulatın növündən, bədii məziyyətlərindən asılı olaraq istehsal texnikasına görə sadə və ya mürəkkəb quruluşda hazırlanmışdır. Yerli zərgərlər iş prosesində əritmə, döymə, burma, oyma, cızma, yonma, lehimləmə kimi texniki üsullardan geniş istifadə edirdilər . Məmulatın növündən asılı olaraq bəzək əşyaları həndəsi, nəbati və ya zoomorf motivli naxış elementləri ilə bəzədilirdi.
Bərbərlik
Bərbər — Saçların kəsilməsi, yuyulması ilə məşğul olan peşə sahibi. Bərbərlər saç kəsimi ilə yanaşı üzün taraş edilməsi və dəriyə qulluq ilədə məşğul olurlar.
Sərkərli
Sərkərli (əvvəlki adı: Borispol) — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə Xaçmaz rayonunun Borispol kəndi Sərkarlı kəndi adlandırılmışdır.
Basma (zərgərlik)
Basma — zərgərlikdə üsul. XVIII əsrdə Azərbaycanda metaldan hazırlanmış məişət əşyaları, silah, zinət şeyləri əsas etibarı ilə basma üsulu ilə hazırlanırdı. Basma üsulunda istənilən ölçüdə qızıl, gümüş və qiymətli metal parçasını hündür naxışlı və yaxud rəsmli qəlib üstə qoyurlar. Sonra bu qiymətli metal parçasının üstündən də elə bu ölçüdə qurğuşun parçası qoyaraq, taxta çəkiclə döyməyə başlayırlar və beləliklə, qiymətli metal istənilən rəsmin formasını alır. Basma üsul daha çox kəmər, düymə, qolbaq və s. şeylərin düzəltməsində işlədilirdi.
Qarasavad (zərgərlik)
Qarasavad — zərgərlikdə üsul. XVIII əsrdə Azərbaycanda gümüşdən hazırlanmış məişət əşyaları, silah, zinət şeyləri çox zaman bu üsulla bəzədilirdi. Qarasavad əsas etibarı ilə gümüş üzərində işlənirdi, çünki gümüş qara yerlikdə (tonda) daha təmiz və ağ xətlər verir. Döyülmüş hamar gümüş səthinin üzərində cızma üsulu ilə rəsm çəkilir, sonra onun ətrafı qara məhsulla örtülürdü. Qarasavad üsulu ilə daha çox zinət şeyləri (kəmər, xəncər, tapança, barut qabı və s.) bəzədilirdi.
Şəbəkə (zərgərlik)
Şəbəkə — zərgərlikdə üsul. VIII əsrdə Azərbaycanda qızıl və gümüşdən hazırlanmış zinət şeyləri əsas etibarı şəbəkə üsulu ilə hazırlanırdı. Şəbəkə zərgərlikdə nazik dolama simdən düzəldilmiş rəsmə və yaxud naxışlara deyilir. Şəbəkə əsasən iki şəkildə olur: qızıl və gümüş tellərlə zərgərlik əşyasının özü hazırlanır, qızıl və gümüş tellərlə zərgərlik əşyasının üzəri bəzənir.
Zərgərlik məmulatları
Zərgərlik məmulatları (lat. jocellum - zərgərlik; lat. iocus - zarafat, əyləncə, bəzək) — zərgərlik sənəti ilə bağlı olan məhsullar. Geniş mənada zərgərlik dekorativ-tətbiqi sənət növü, qiymətli materialların emalı və zərgərlik məmulatlarının hazırlanması sənətidir. Lakin bu tərif zərgərlik sənətinin mahiyyətini tam açmır, onun bədii mənası ən bahalı materialları zərgərin iradəsi, istedadı və bacarığı ilə daha da bahalı və gözəl olana çevirməkdir. Qiymətli materialların klassik tərifi 1912-ci ildə görkəmli ingilis alimi və zərgəri Herbert Smit tərəfindən verilmişdir. Qiymətli materiallar üç əsas tələbi ən yaxşı şəkildə ödəməlidir: gözəllik, nadirlik, uzunömürlülük. Bununla belə, materialların qiymətli (və ya nəcib), yarı qiymətli (“bəzək”) və adi kateqoriyalara bölünməsi şərti və axıcıdır. Onların arasındakı sərhədlər əsrlər boyu dəyişmiş və müxtəlif mədəniyyətlərdə fərqli qiymətləndirilmişdir. Buna uyğun olaraq, ustad zərgərin peşəsi, fəaliyyət sahəsi və cəmiyyətdəki mövqeyi fərqli qiymətləndirilirdi.
Təsviri İncəsənət Bərbərlik İnstitutu
Barber Təsviri İncəsənət İnstitutu (ing. Barber Institute of Fine Arts) — Birmingem Universitetinin təhsil müəssisələrindən biri. == Tarixi == İnstitut 1939-cu ildə Robert Atkinson tərəfindən yaradılmışdır. == Binası == Binası Birmingem Universitetinin memarlıq üslubuna görə seçilən tikililərindən biridir.
Veb serverlər
Veb-server (ing. Web server) – istifadəçilərin internetdəki veb-səhifələrə və digər verilənlərə daxil olmasına şərait yaradan xüsusi proqramlar ilə təmin olunmuş kompüterdir. Veb-server veb-saytın əsasını təşkil edir. Veb-server informasiyaların saxlanılmasını, təşkilini və göndərilməsini təmin edir. Veb-server veb-brauzerdən qəbul etdiyi sorğu əsasında soruşulan sənədin elektron surətini istifadəçiyə göndərir. Belə sorğuların emal edilməsi və yerinə yetirilmə ardıcıllığı HTTP protokolu vasitəsilə yerinə yetirilir. Sənəd yüklənən zaman server həmin sənədin hər bir hissəsi ilə (mətn, ayrı-ayrı təsvirlər və multimediya obyektləri) ayrı-ayrılıqda birləşmə yaradır. Bu da veb-serverin eyni vaxtda yüzlərlə brauzerdən sorğu qəbul etməsinə imkan verir. Veb-serverin əsas funksiyalarından biri sistemin təhlükəsizliyini təmin etməkdir. Veb-server ona daxil olan əvvəlki sorğular haqqında heç bir informasiya saxlamır.
Ad serveri
Ad serveri (name server) - İnternetdə başqa kompüterlərin istifadə edə bilməsi üçün domen adlarını IP-ünvanlara çevirən kompüter. Ad serverlərində başqa serverlərin göstəricilərindən ibarət verilənlər bazası olur. Onlar bütün dünyaya səpələnib və mürəkkəb iyerarxik struktura malikdir. Ad serverləri üç qrupa bölünür: lokal, kök və səlahiyyətli ad serverləri. Lokal ad serverləri hər bir İnternet provayderində var. Sayı onlarca olan kök ad serverləri lokal ad serverlərinin emal edə bilmədiyi sorğuları emal edir. Səlahiyyətli ad serverində verilmiş host qeydiyyata alınıb. Etibarlılığı yüksəltmək üçün host təkcə lokal serverdə deyil, bir neçə səlahiyyətli serverdə də qeydiyyatdan keçirilir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Fayl serveri
Fayl serveri (ing. file server) — lokal şəbəkədə faylları saxlamaq üçün quraşdırılmış və şəbəkənin bütün istifadəçilərinin erişə bildiyi qurğu. İstifadəçi üçün uzaq (kənar) disksürən kimi “görünən” disk serverindən fərqli olaraq, fayl serveri daha mürəkkəb qurğudur. Belə ki, o təkcə faylları özündə saxlamır, həm də onları idarə edir, şəbəkənin istifadəçilərinin fayllara verdikləri sorğuları nizamlayır və onlarda dəyişikliklər aparır. Fayllara bir neçə (bəzən eyni zamanda) sorğu verilərsə, onları emal etmək üçün fayl serverində mikroprosessor və idarəedici proqramlar, eləcə də disksürən olur. Lokal şəbəkələrdə (LAN) fayl serveri olaraq, adətən, böyük həcmli sərt diski olan kompüter ayrılır.
Şeverli (Avurğazı)
Şeverli (başq. Шеверле, rus. Шеверли) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Semenkin kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 26 km, kənd sovetliyindən (Semenkin): 2 km. ən yaxın dəmiryol stansiyasından (Sterlitamak stansiyası): 40 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə çuvaşlar (97%) üstünlük təşkil edir.
Serveri de Jirona
Serveri de Jirona (Katalanca tələffüz: [sərβəˈɾi ðə ʒiˈɾonə]; 1259, Hindistan – bilinmir) — katalan trubadur. == Həyatı == Jironada Qillem de Servera adı ilə doğulmuşdur. O, ən məhsuldar trubadur olmuşdur. Arxasınca 114 şeir qoymuşdur. Ensenhamenlərini də hesaba alındıqda bu rəqəm 130-a çıxır. Saray şairi olmuşdur: İşğalçı Xamesin və Böyük Pedronun hakimiyyəti illərində sarayda fəaliyyət göstərmişdir. Pastorelas və sirventes janrlarından da istifadə etmişdir. Əsas narahatçılığı saray həyatının mürəkkəblikləri ilə bağlı idi. Serveri bir müddət mesenat himayəsində və Rodesli IV Hyu və II Henrinin saraylarında fəaliyyət göstərmişdir. 1269-cu ildə İspaniyada olmuşdur.