Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şadbağı (Sərab)
Şadbağı (fars. شادباغي‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 439 nəfər yaşayır (130 ailə).
Narbağı
Narbağı — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 505 nəfərdir. Yaşayış məntəqəsi Rvo kəndindən çıxmış ailələrin Narbağı adlanan ərazidə məskunlaşması nəticəsində yaranmışdır. 1870-ci ildə cəmi dörd ailədən ibarət kiçik məntəqə olmuş həmin kənd XDC əsrin ortalarına aid mənbədə Anarabağ (talış dilində “narbağı”) və Naroba (narlıqda salınmış oba) variantlarında da qeydə alınmışdır.
Saybalı
Saybalı (Ağdam) — Azərbaycan Respublikasının Ağdam rayonunun Bağbanlar kənd inzibati ərazi dairəsində kənd. Saybalı (Sisyan)— Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonu ərazisində kənd.
Xanbağı
İranda Xanbağı (Kəleybər) — İranda kənd. Xanbağı (Bicar) Azərbaycanda Xan bağı (Qarabağ) — Azərbaycanın Şuşa rayonu yaxınlığında yer. Xan bağı (Gəncə) — Gəncə şəhərinin tarixi mərkəzində yerləşən tarixi park. Xan bağı (Bakı) — İçərişəhərdə yerləşən tarixi park. Xan bağı (İrəvan) — İrəvan şəhərinin tarixi mərkəzində yerləşən bağ. Xan bağı (Qarabağ) — Xankəndi şəhərinin tarixi mərkəzində yerləşən yer.
İsaqbağı
İsaqbağı — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd. İsaqbağı kəndinin iqtisadiyyatında kənd təsərrüfatı əsas rol oynayır. Kənd təsərrüfatının əsasını pambıqçılıq, taxılçılıq, baramaçılıq və heyvandarlıq təşkil edir.
Dəftərxana sancağı
Dəftərxana sancağı — kağızları tutmaq üçün istifadə olunan ləvazimat. 1900-cü ildə norveçli Johann Vaaler tərəfindən ixtira olunmuşdur. Kağızları möhkəm tuta bilmək üçün, iç-içə keçmiş iki halqa əmələ gətirən metal teldən ibarət olan bu alətin dizaynı bu günə qədər demək olar ki, heç dəyişilməmişdir. Dəftərxana sancağı ixtira olunmamışdan əvvəl kağızlar iynə ilə bir yerdə tutulurdu. İndi isə bu alət insanların həyatını xeyli asanlaşdırmışdır. == Xarici keçidlər == Vikianbarda Dəftərxana sancağı ilə əlaqəli mediafayllar var.
Gəncə sancağı
Gəncə sancağı — 1593 cü ilOsmanlı İmperiyasının Gəncə-Qarabağ əyalətində inzibati–ərazi vahidi. İnzibati mərkəzi Gəncə idi.
Herald zanbağı
Heraldik zanbaq və ya Fleur-de-lis / fleur-de-lys (fransız dilində fleur "çiçək", lis isə "zanbaq" deməkdir.) — Avropada orta əsrlərdə geniş yayılmış heraldik simvol. Bəzəkli bir dizayn və ya simvol olaraq istifadə olunur. Fransa tarixən katolik bir xalq olduğuna görə Herald zanbağı xüsusən də fransız heraldikasında eyni zamanda, dini, siyasi, sülalə, bədii, emblematik və simvolik oldu. Simvol fransız monarxlar və Fransanın katolik müqəddəslərini təmsil edərək tarix boyu istifadə edilmişdir. Xüsusilə Məryəm və Müqəddəs İosif Fleur-de-lis ilə təsvir edilmişdir. Fleur-de-lis müxtəlifnövlü simvollar blokundakı U + 269C (⚜) Unicode ilə təmsil olunur.
Hersoqovina sancağı
Herseqovina sancağı (türk. Hersek Sancağı, bosn. , serb. , xorv. Hercegovački sandžak) — müasir Bosniya və Herseqovina, Xorvatiya, Çernoqoriya və Serbiya ərazisində mövcud olan Osmanlı İmperiyasının sancağı. Tarixi bölgənin adı "Köhnə Hersoqovina". 1470-ci ildə fəth edilmiş Serbiya torpaqlarında yaradılmışdır. Elə həmin dövrdə Hersoqovina sancağına Brda və Primorye kimi çernoqoriya torpaqları da daxil oldu, həmin vaxt Köhnə Çernoqoriya Skadar sancağının tərkininə daxil olmuş oldu. Sancağın inzibati mərkəzi əvvəlcə şərqi Hersoqovinada, Foča və Pljevlja bölgələrində yerləşirdi. 1580-ci ildən — sancak Bosniya əyalətinin bir hissəsi olaraq mövcudluğunu qorudu, 1833-cü ildə isə Bosniya Herseqovinada Hersoqovina əyaləti adlı muxtariyyət meydana gəldi. .
Həkəri sancağı
Dizaq sancağı — Liva-i Həkəri (Həkəri livası)Osmanlı İmperiyasının Gəncə-Qarabağ əyalətində inzibati–ərazi vahidi. İnzibati mərkəzi Dizaq idi.
Ledebur zanbağı
Ledebur zanbağı (lat. Lilium ledebourii) — zanbaqkimilər fəsiləsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir - EN A2c; D. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Soğanaq oval və ya oval-yumurtavari, tünd-sarı, pulcuqludur. Gövdə hamar, 80-100 sm hündürlükdə, yarpaqlar xətvari və ya dar-xətvari, 10-12 sm uzunluğunda, enində, 3 ədəd qövsvari damarlıdır. Çiçəklərin çox hissəsi 1, bəzən 2-3 ağımtıl və ya sarımtıl, tünd-qırmızı nöqtəlidir. Yarpaqları neştərşəkilli və ya dar-neştərşəkilli, aşağı tərəfdən sıxılmış, orta hissəsi xaricdən burulmuşdur. Tozcuğu ağarmış sarı, qutucuq tırs-yumurtavari, altı qabarıq qanadlıdır. == Bioloji, еkoloji və fitosеnoloji xüsusiyyətləri == Çiçəkləmə iyun, mеyvə əmələgətirmə iyul ayına təsadüf edir.
Lori sancağı
Lori sancağı və ya Lori livası — Osmanlı İmperiyasının Tiflis əyalətinin inzibati–ərazi vahidi. İnzibati mərkəzi Lori idi.
Marağa sancağı
Marağa sancağı və ya Marağa livası — Osmanlı İmperiyasının Təbriz əyalətinin inzibati–ərazi vahidi. İnzibati mərkəzi Marağa idi. 1593-cü ildə Marağa livası, Suldus, Dizmar, Saru-kurqan, Səidabad və Əlik livaları ilə birlikdə Təbriz əyalətinə daxil idilər. Bu zaman Marağa livası Səracu, Leylan, Əgərtu, Kavdul, Miyandab, Axtaçı-ulya (Yuxarı Axtaçı) və Axtaçı-suflə (Aşağı Axtaçı-G.Qafqazlı) nahiyələrdən ibarət olmuşdur. Suldus livası isə Suldus, Saru-kurqan livası Sarı-kurqan, Əcri-yi ulya, Əcri-yi suflə, Siyah-kuh, Hüseyabad nahiyələrindən təşkil olunmuşdur (7, səh84).
Mosul sancağı
Mosul sancağı — Osmanlı İmperiyasının Mosul vilayətində inzibati–ərazi vahidi. İnzibati mərkəzi Mosul şəhəri idi. Vilayet de Mossoul. — Sandjak de Mossoul, page 814–846. // La Turquie d'Asie, géographie administrative: statistique, descriptive et raisonnée de chaque province de l'Asie Mineure par Vital Cuinet. Tome Deuxième. Paris: Ernest Leroux, Éditeur, 1891, 884 page.
Narbağı bələdiyyəsi
Lənkəran bələdiyyələri — Lənkəran rayonu ərazisindəki bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Naxçıvan sancağı
Naxçıvan sancağı - Liva-i Naxçıvan (Naxçıvan livası) Osmanlı İmperiyasının İrəvan əyalətində inzibati–ərazi vahidi. 1590 Osmanlı dövlətində inzibati ərazi vahidi olmuşdur. Sancaq əyalətin və ya digər iri inzibati vahidin, nahiyə isə sancağın bölündüyü inzibati ərazi bölgüsü olmuşdur. Osmanlı-Səfəvi müharibələri nəticəsində iki dəfə 1588-1603 və 1724-1736-cı illərdə Səfəvi torpaqları Osmanlı dövləti tərəfindən tutularaq idarə edilmişdir. Bu illərdə tarixi Naxçıvan bölgəsinin ərazisi iki dəfə Osmanlı idarəçəliyində Naxçıvan sancağı inzibati vahidində birləşmişdir. Naxçıvan sancağının XVI-XVIII əsrlərdəki ərazisi və eyni zamanda inzibati bölgüsü haqqında dəqiq məlumatlar Osmanlı təhrir dəftərlərindən əldə edilmişdir. Osmanlı dövləti tərəfindən 1590-1595-ci illər arasında təsdiq edilmiş “İrəvan əyalətinin icmal dəftəri” (həmin vaxt Naxçıvan sancağı bu əyalətin tabeçiliyində idi) və 1727-ci il "Naxçıvan sancağının müfəssəl dəftəri" həmin təhrir dəftərlərindəndir. Akademik Z.Büyadov və H.Məmmədov tərəfindən işlənmiş bu mənbələrdə Naxçıvan sancağının hüdudları haqqında verilən məlumatlar bu diyarın ərazicə böyüklüyü ilə yanaşı, eyni zamanda inzibati bölgüsü, ərazi-inzibati vahidlərinin sərhədləri, yaşayış məskənlərinin tipləri və sayları barədə tam məlumatı əhatə edir. XVI əsrin sonlarında Naxçıvan sancağı Ağcaqala, Məvaziyi-Xatun, Mülki-Arslanlı, Qarabağ, Dərəşam, Dərəşahbuz, Bazarçayı, Şərur, Zar, Zəbil, Əlincə, Sisyan, Azadciran, Ordubad, Şorlut və Dərənürgüt adlı 16 nahiyədən, Naxçıvan və Ordubad adlı 2 qəzadan və ibarət olmuşdur . XVIII əsrin 20-ci illərində isə osmanlılar Naxçıvan sancağı ərazisində Naxçıvan sancağı ilə yanaşı Ordubad sancağını da yaratmışdılar.
Prizren sancağı
Prizren sancağı (türk. Prizren Sancağı, alb. Sanxhaku i Prizrenit, serb. Призренски санџак) ― Osmanlı imperiyasının sancaqlarından biri. İnzibati mərkəzi Prizren şəhəri idi. Əsası 1455-ci ildə, Osmanlının Serbiya despotluğunu işğal etdikdən həmən sonra qoyulmuş. Serbiyanın digər ərazilər isə 1459-cu ildə, Smederevonun süqutundan sonra işğal edilmişdir. Bölgədə aşğıdakı sancaqlar yaradılmışdır: Vuçitrn sacağı, Kruşevas sancağı və Smederev sancağı. Birinci Balkan müharibəsi zamanı (1912) Prizren sancağı Serbiya və Monteneqro krallığı tərəfindən nəzarətə götürüldü. London Sülh Müqaviləsinə (1913) əsasən Prizren sancağı Serbiya və Monteneqro arasında bölüşdürüldü.
Qazax sancağı
Qazax sancağı — Osmanlı İmperiyasının Tiflis əyalətində inzibati–ərazi vahidi. İnzibati mərkəzi Qazax şəhəri idi. Qazax livasının adı Kasax (əsli Qazax) çayının adındandır. Osmanlılar Qazax sancağını 4 nahiyyəyə bölünmüşdür. Bunlar Axtata (Ağstafa), İncə, Türk və Cuvar nahiyyələri idi.
Qəbələ sancağı
Qutqaşen sultanlığı və ya anaxronistik olaraq Qəbələ sultanlığı — XVIII əsrin ortalarında yaranmış kiçik feodal hökmdarlıqlarından biri. Şəki xanlığının tabeliyində olan Qutqaşen nahiyəsində yerləşmişdi. Nadir şahın ölümündən (1747) sonra müstəqil sultanlıq elan olunmuşdu, lakin kiçik bir ərazidə yerləşən Qutqaşen sultanlığının müstəqilliyi çox çəkmədi. Qutqaşenin yeni hakimi Kalbalı Sultan bir müddət Şəki və Ərəş feodallarının çəkişmələrindən istifadə edərək hakimiyyət başında qala bildi. Lakin feodal ara müharibələrindən birində həlak oldu. Bundan sonra Qutqaşen sultanlığı mahal kimi Şəki xanlığının tərkibinə daxil oldu. Mahalı Şəki xanları tərəfindən təyin olunan və yerli Qutqaşen sultanlarından olan naiblər idarə edirdi. XVIII əsrin axırında qutqaşınlı Məhəmməd Şəfi sultan malikəsinin bir hissəsini şəkili Məhəmmədhəsən xana (1784-1796) satdı. Məhəmmədhəsən xan bu torpağa şəxsi kəndi olan Çaykənddən kəndlilər köçürdü. Hacı Səfi Sultan Kalbalı Sultan — 1779 Hacı Nəsrulla Qutqaşen sultanlığında əhali əsasən maldarlıq və kənd təsərrüfatı ilə məşğul idi.
Saybalı (Sisyan)
Saybalı — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonu ərazisində kənd. Rayon mərkəzindən 25 km cənubda yerləşir. Toponim qədim türk dilində "vulkan mənşəli daşlıq", "düzənlik, düzəngah, səhra" mənasında işlənən say sözü ilə "sığınacaq, şəhər, qala" mənasında işlənən balıq (balık, baluq) sözü əsasında formalaşmışdır. Saybalı toponimin ikinci komponenti olan "balı" sözünün sonunda "q" samiti düşmüşdür. M. Kaşğari arqu tayfasının yaşadığı şəhərin adının da Balu olduğunu qeyd edir və təbii ki, M. Kaşğarinin adını çəkdiyi Balu toponimi "balıq" sözündən əmələ gəlmişdir. Saybalı toponimi relyef əsasında yaranan toponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 10. IX. 1946-cı il fərmanı ilə adı dəyişdirilib Sarnakunk qoyulmuşdur.
Saybalı tayı
Saybalı tayı-Ağcabədi rayonu Yuxarı Qiyaməddinli kəndi ərazisində alınmış oroqrafik obyektlərdən biri. Qədim türk dillərində say sözü "daşlıq, düzənlik", "səhra" anlamındadır. Toponimin tərkibindəki balı sözü "sığınacaq", "qala" mənasındadır.saybalı tayı oronim relyef əsasında yaranan mürəkkəb toponimdir. Saybalı şəxs adı da məlumdur. Tağıbəyli elinin saybalı adlı tirəsi də vardır. Ağdam rayonunda Saybalı kəndi var. Vaxtilə Qərbi Azərbaycanda (Ermənistanda ) indiki Kamo rayonunda Saybalı adlı kənd olub. 1918-ci ildə azərbaycanlı əhali kənddən qovulmuş, orada Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir.1946-cı ildə kənd Sarnakunk adlandırılıb.Gəncə quberniyasının (Yelizavetpol) quberniyasının Zəngəzur qəzasında (indiki Sisiyan) da Saybalı kəndi vardır. 1919-cu ildə kəndin əhalisini qovub, oraya gəlmə erməniləri yerləşdirmişlər. 1946-cı ildə ermənilər bu kəndi də Sarnakunk adlandırmışlar.
Sulduz sancağı
Sulduz sancağı və ya Sulduz livası — Osmanlı İmperiyasının Təbriz əyalətinin inzibati–ərazi vahidi. İnzibati mərkəzi Sulduz idi. 1593-cü ildə Osmanlı İmperiyasının Təbriz əyaləti Marağa livası, Suldus, Dizmar, Saru-kurqan, Səidabad və Əlik livaları ilə birlikdə Təbriz əyalətinə daxil idilər. Suldus livası isə Sulduz nahiyəsindən təşkil olunmuşdur Osmanlı üsul-idarə sisteminə uyğun olaraq hər iki əsrdə (XVI və XVIII əsrlərdə) aparılmış təhrirlərə nəzər saldıqda görürük ki, Soyuqbulaq livasına isə Suldus livalıqdan çıxarılaraq nahiyə kimi qatılmış.
Təbriz sancağı
Təbriz sancağı və ya Marağa livası — Osmanlı İmperiyasının Təbriz əyalətinin inzibati–ərazi vahidi.
Veronikanın Saçları
Veronikanın Saçları (işarəsi Com (lat. Coma Berenices)) — göyün Şimal yarımkürəsində bürc. Misir çariçası II Veronikanın Afroditaya qurban edilmiş saçları ilə adlandırılmışdır. Ən parlaq ulduzu 4,4 vizual ulduz ölçülüdür (β-dır). Qalaktikanın Şimal qütbü Veronikanın Saçlarındadır. Azərbaycanda qışda, yazda və yayda görünür.
Saqqız Sancağı
Saqqız Sancağı və ya Xios — ikinci səviyyəli Osmanlı vilayəti (sancak və ya liva). Sancağın mərkəzi Egey dənizinin şərqindəki Xios (Saqqız) adasında yerləşib. Yunan dilində ada Xios adlanır. Türklər isə adaya burda bitən məhsula, saqqız ağacına görə belə ad veriblər. 1346-cı ildən Genuya Respublikasının mülkiyyətində olan Saqqız adaları (və ona bitişik Psara və İnous adaları) 1566-cı ildə Kapitandərya Piyalə Paşanın komandanlığında Osmanlı donanması tərəfindən müqavimətsiz şəkildə ələ keçirildi. Bu bir il əvvəl Maltanı tuta bilməməyin əvəzini çıxmaq üçün edildi. Çünki Malta hücumu zamanı adadan Malta cəngavərlərinı kömək göndərilmişdi. Saqqızın Osmanlı torpaqlarına qatılması ilə keçmiş Bizans imperiyasının son Genuya koloniyası da yox oldu. Piyalə Paşa Saqqız şəhərinə daxil olduqdan sonra kilsələrdən birini məscidə çevirib və Qanuni I Süleyman adına xütbə oxutdu. Adaya sancaq statusu verildi və o Arxipelaq Əyalətinin bir hissəsi oldu.
Saybalı (Ağdam)
Saybalı — Azərbaycan Respublikasının Ağdam rayonunun Bağbanlar kənd inzibati ərazi dairəsində kənd. Kənd 4 iyul 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. 20 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.
Şıxbağı
Şıxbağı — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd. Şıxbağı kəndi Zərdab şəhərindən 14 km cənub-şərqdə Zərdab-Çöl Ərəb yolunun yaxınlığında, Kür çayının sahilində yerləşir. Kəndin tarixi haqqında dəqiq məlumat yoxdur. Lakin yaşlı nəslin nümayəndələrinin əhvalatlarından məlum olur ki, kəndin tarixi ən azından 1700-cü ildən də əvvələ aiddir. Kəndin adı "Şıx" və "bağ" sözlərinin birləşməsindən yaranmışdır. "Şıx" sözü "Şeyx" sözünün təhrif olunmuş formasıdır. "Şeyx" ərəb sözü və dini tituldur. "Şeyxbağı" formasından "Şıxbağı" formasına keçərək tarixə düşmüşdür. Kənddə yaşayanlar dövrünün adlı-sanlı nəsillərinə aid insanlarıdır. Kənddə Azamanlı, Əbdürəhmanlı, Mərdkətdi, Məmmədli, Cavadlı, Marallı kimi nəslin nümayəndələri yaşayır.
Saçaq
Saçaq — bəzi əşyaların (adətən pərdənin, paltarın, xovlu və xovsuz xalçaların aşağı və həm də yuxarısından sallanan iplər) kənarları boyunca tikilən çox sıx, sallanan ip telləri. Saçağı əslində əriş yığımı təşkil edir. Azərbaycan xalçalarında başlarında qotaz sallanan saçaqlar da düzəldilir. Saçaqlar həmin ərişin uzantısından əmələ gəlir. Bəzən əriş müxtəlif rəngli iplərdən təşəkkül tapır ki, bu da saçaqların rəngbərəng olmasına səbəb olur.
Saçaqlı meduzlar
Saçaqlı meduzalar (lat. Stauromedusae), dalayıcılar tipinin polipmeduzalar (Staurozoa) sinfinə aiddir. Bura 4 fəsilə aiddir. Bu qrupa daxil olan növlər adətən soyuq sularda sahil xəttinə yaxın yerlərdə rast gəlinir.
Saçaqlı pendir
Saçaqlı pendir, çeçil pendir və ya tel pendiri - Azərbaycan, Türkiyə, Ermənistan və Gürcüstan mətbəxlərində hazırlanan pendir növü. Saçaqlı pendir Ermənistan yaylasında hazırlanan pendir növlərindən biridir və husats adlandırılır. 1915-ci ildə Suriyaya köçən ermənilər bu pendir növünü buraya da gətirmişdirlər. Türkiyədə saçaqlı pendir əsasən Ərdəhan və Ərzurumda istehsal olunur. Türkiyədə çeçil adı ilə tanınır. Saçaqlı pendirin tərkibi yağsız inək südündən, turşumuş süddən və pendir mayasından ibarətdir. Saçaqlı pendirin hər 100 qramında 320 K kalori mövcuddur. Saçaqlı pendiri hazırlamaq üçün yağsız inək südünə turşumuş süd əlavə edilir və 10-18 saat gözlədilir. Bu müddətdən sonra südə maya əlavə edilərək isidilir. Südün üzərində yığılan şəffaf maye götürüldükdən sonra alınmış dələmə 0,5-1 saat gözlədilir və üzərinə duz əlavə olunur.