Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Xəzər sarıbaşı
Xəzər sarıbaşı (lat. Kalidium caspicum) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin sarıbaş (bitki) cinsinə aid bitki növü. == Arealı == İranda, Qafqazda, Avropada və Orta Asiyada yayılmışdır. Xəzər dənizin Qafqaz sahillərində təsvir edilmişdir. == Botaniki təsviri == 15-75 sm hündürlüyündə kolcuqdur. Çılpaq, əksər hallarda birillik, ağımtıl zoğlu, çox asan qırılan, oduncaqlaşmış gövdə və budaqlara malikdir. Yarpaqları növbəli düzülüşlü, çılpaq, zəif inkişaf etmiş, ətli, şirəli və ya kiçik yarpaqaltlığa malikdir. Pulcuqşəkilli çiçəkaltlıqlarının qoltuğunda üç-üç yerləşən çiçəkləri vardır. Meyvələrdə çiçəkyanlığı 4-5 künclüdür. Aprel ayında çiçəkləyir.
Şahabbası xalçaları
Şahabbası xalçaları — Azərbaycanın Təbriz xalçaçılıq mərkəzininnin Ərdəbil qrupuna aid olan "Şahabbası" adlı xalçalar qədim və zəngin tarixə malikdir. == İstehsalı == Bu xalçaların adı Səfəvilər dövlətinin beşinci hökmdarı I Şah Abbasın (1587 -1629-cu illər) adı ilə bağlıdır. Şah Abbas Səfəvilər dövlətinin paytaxtını Azərbaycandan İranın daxili rayonlarına – İsfahan şəhərinə köçürtdü. Bununla əlaqədar olaraq Azərbaycanın bir çox görkəmli ustaları və sənətkarları İsfahana köçmək məcburiyyətində qaldılar. Orada qısa müddət ərzində həndəsi şəbəkə əsasında nəbati naxışla qurulmuş ilk xalılar toxundu və böyük məşhurluq qazandı. == Bədii xüsusiyyətləri == "Şahabbası" xalçalarının bədii quruluşu "Əfşan" xalçalarında olduğu kimidir. Onlar detallarla və "Şahabbası gülləri" adlanan elementlərlə fərqlənir. "Şahabbası gülləri" əsasən üslublaşdırılmış çiçəklərdən, həmçinin enli əncir yarpaqlarından ibarətdir. Bu elementlər şəbəkəni təşkil edən xətlərin kəsişmə nöqtələrində yerləşir. Ara sahənin yuxarı hissəsində, mərkəzi ox üzərində çiçəklər üçün güldan təsvir edilmişdir.