Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Salamlaşma
Salamlaşma insanlar arasındakı ünsiyyətin bir hissəsidir. Salamlaşma forması və dili ölkədən ölkəyə və regiondan regiona görə fərqlənir. Bu jest və ya jestlər bir və ya daha çox yaxınlıq, sülh, dostluq, yaxınlıq, sevgi və hörmət ifadələrini ehtiva edə bilər. “Salam”, “sabahınız xeyir”, “salam aleykum”, “gününüz xeyir”, “axşamınız xeyir”, “gecəniz xeyir” kimi sözlər və ifadələr Azərbaycan dilində mövcud olan şifahi salamlaşma formalarıdır. Bu nümunələrin demək olar ki hamısı başqa dillərdə də mövcuddur. Bu formalardan əlavə gülümsəmək, əl yelləmək, əyilmək, göz qırpmaq şəklində jest və mimiki hərəkətlər də salamlaşma forması kimi qəbul edilir. Rəsmi uniforma daxilində salamlamalar tənzimlənsə də, qarşılıqlı əlaqə mövcuddur. Həm də salamlaşma bir ünsiyyət və əlaqənin başlanğıcı sayılır. Salamlaşmada qarşılıqlı tanınma və məlum olma təmin edilir.
Yadlaşma (fəlsəfə)
Yadlaşma anlayışı- Marksın nəzəriyyəsinin xüsusilə başlanğıc mərhələsində bariz bir prioritetə və əhəmiyyətə malikdir. == Haqqında == Marksın ilkin yazılarında bu prioriteti və yadlaşma anlayışının müxtəlif məzmunlarda görmək olar. 1844-cü il Əlyazmalarını və Alman İdeologiyasını bu nöqtədə xatırlanmağa dəyər. İki cür yadlaşmadan danışmaq olar, Marksın bu çalışmalarında. Bunlardan birincisi təbiətdən qopma mənasındakı yadlaşma: insan, təbiətdən qoparaq mədəni-ictimai sahədə özünə ikinci bir təbiət qurmaq mənasında, təbiətə yadlaşır. Bu insan olması açıqlayan keyfiyyətinə müsbət qarşılanan yadlaşmadır, müəyyən bir müddət olaraq başa düşülür. İkinci yadlaşma isə, şəxsən kapitalist bazarın və kapitalist ictimai sistemin yaratdığı yadlaşmadır. Bunun nəticəsi kimi insan öz təbiətinə yadlaşır. Beləliklə insan özünə, öz əməyinə, münasibətlərinə, dünyaya və həyata yadlaşır. Kapitalist bazarın bir elementi olaraq işləyən mexanizmlərdən biri halına gəlir.
Slavyanka ilə vidalaşma
"Slavyanka ilə vidalaşma" (rus. Прощание славянки) — bəstəkar Vasili Aqapkin tərəfindən Birinci Balkan müharibəsində ərlərini müşayiət edən slavyan qadınların şərəfinə yazılmış Rusiya vətənpərvərlik marşı. Marş 1912-ci ilin sonunda Tambovda yazılmış və premyerası olmuşdur. 1915-ci ilin yayında Kiyevdə qrammofon sinqlı kimi buraxıldı. Slavyanka "slavyan qadını" deməkdir. == Tarixi == Melodiya Rusiyada və ona daxil olan ölkələrdə Birinci Dünya müharibəsi illərində, rus əsgərləri evlərini tərk edərkən və marşın musiqisi ilə müşayiət olunanda populyarlıq qazandı. 1941-ci il noyabrın 7- də Qırmızı meydanda keçirilən parad zamanı da nümayiş edildi, bundan sonra əsgərlər birbaşa Moskva döyüşünə getdilər. Bu marş həm də admiral Kolçakın Ağ Ordusunun qeyri-rəsmi himni kimi istifadə olunurdu. Qərb mənbələri iddia edirdi ki, mahnı 1957-ci ildə mükafata layiq görülmüş "Durnalar uçur" filmində istifadə edilməzdən əvvəl senzuradan keçməyən mövzular ilə bağlı sözləri olduğu üçün qadağan edilib. Bununla belə, bundan əvvəl ifa olunan mahnının bir çox sənədləri var, bir çoxunu Aqapkinin özü idarə etdi.