Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Salaxana
Salaxana — Naxçıvan Muxtar Respublikasının Babək rayonu ərazisində təbiət abidəsi. Salaxana ilə bağlı toponimlər xalq arasında "salaxan" adlandırılır. Salaxana dərəsi və ətraflı mürəkkəb tektonik quruluşa və relyefə malikdir. 4 km-ə qədər uzanan kanvoyları, çətin keçilən struktur terraslı S. dərəsi və onu əhatə edən bölgə, əsasən, sahəvi, pelitomorf, nazik təbəqəli və gilli-qumlu əhəngdaşılarından, gildən və konqlomeratlardan ibarətdir. Ərazisi zəngin subalp bitkiləri ilə örtülmüşdür. Yemişan, itburnu, qaraca (gərməşov), alça, armud, ardıc və s. bitir. dərənin sol sahili uca, sıldırımlı, sanki saldaşlarla hörül müş divarı xatırladan 25–30 metr hündürlükdə dik qayalıqdır. Vahimə doğu ran dərənin sonunda, sağ tərəfdə, qayaların arasında iki mağara var. Dərənin dibindən bir neçə metr hündürlükdəki böyük mağara min başdan artıq davar tutar.
Salamanka
Salamanka (İspaniya) — İspaniyada şəhər. Salamanka (Çili) — Çilidə şəhər. Salamanka Universiteti — İspaniyada universitet.
Salamanka (Çili)
Salamanka — Çili şəhəri.
Salamanka (İspaniya)
Salamanka — İspaniyada şəhər. İspaniyanın Kastiliya və Leon muxtar vilayətinin (ispanca Comunidad autonoma)cənub-qərbində yerləşən eyniadlı ərazi vahidinin paytaxt şəhəridir. Əhalisi 154.462 nəfər olmaqla Çarro düzənliyində, Tormes çayının sahilində yerləşir. Əsası 1218-ci ildə Alfonso XI de Leon tərəfindən qoyulmuş Avropanın ən qədim universiteti sayılan Salamanka Universiteti bu şəhərdə yerləşir. Salamanka 1988-ci ildə YUNESKO tərəfindən Bəşəriyyət İnciləri siyahısına daxil edilmişdir. Dünyanın müxtəlif yerlərindən olan çoxsaylı turistləri özünə cəzb edən Catedral Vieja, Catedral Nueva, Casa de las Conchas, Plaza Mayor, Convento de San Esteban kimi tikililər mühüm memarlıq inciləri sayılır. 2002-ci ildə Avropanın Mədəniyyət Mərkəzi elan edilmişdir. İspaniyanın mühüm turist mərkəzlərindən biridir.
Salamanka Universiteti
Salamanka Universiteti (isp. Universidad de Salamanca) — İspaniyanın Kastiliya-Leon Muxtar Birliyindəki Salamanka şəhərində yerləşən və ölkəsinin ən qədim ali təhsil müəssisəsi. Salamanka Universiteti Boloniya, Oksford və Sarbonna ilə yanaşı Avropanın ən qədim universitetlərindən biri hesab edilir. Digər qədim universitetlər kimi, Salamanka Universiteti də əvvəlcə məbədin nəzdində məktəb kimi fəaliyyətə başlamışdır. Məktəbin adı 1130-cu ildə rəhbərinin Karrionedə qurultayda iştirak etməsi ilə yad edilir. 1218-ci ildə Leon kralı IX Alfons təhsilinin keyfiyyətinə görə məktəbə "Studium Generale" (azərb. "Ümumi məktəb"‎) dərəcəsi vermişdir. Əvvəllər ali məktəblər bu cür adlanırdı. Bu titul təhsil sisteminin müxtəlifliyini, diplomun dəyərini və məktəbin ümumi olmasını ifadə edirdi. X Alfonsun hakimiyyəti illərində bu müəssisə "ümumi məktəb"dən universitetə çevrilir.
Xuan Salamansa
Xuan Salamansa (6 mart 1967) — Çilini təmsil edən stolüstü tennisçi. Xuan Salamansa Çilini 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 25-ci pillənin sahibi olub.