Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Başlanğıc meredianı
== Başlanğıc meredianı == Başlanğıc meredianı- uzunluqların hesablanması üçün, beynəlxalq sazişə görə şərti qəbul olunmuş, Qrinviç rəsədxanasından( London yaxınlığındadır) keçən merediana deyilir. Baçlanğıc meredianı sıfır meredianı hesab olunur. Rusiyada 1839- cu ilədək Başlanğıc meredianı Peterburq, sonradan isə Pulkovo rəsədxanasından keçən meredian hesab edilirdi.
Başlanğıc meridianı
Qrinviç meridianı (ing. Greenwich) – Böyük Britaniyanın paytaxtı Londondakı Qrinviç qəsəbəsində yerləşən Qrinviç rəsədxanasından keçən meridiana deyilir. Bu meridian sıfırıncı meridian adlanır. Əvvəllər sıfırıncı meridian İngiltərədə "Qrinviç meridianı" , Fransada "Paris meridianı" və Rusiyada "Pulkov meridianı" adlanırdı. 1884-cü ildə ABŞ Konqresində sıfırıncı meridian kimi "Qrinviç meridianı" anlayışı qəbul olunmuşdur. Qrinviç meridianı Yer kürəsini Şərq və Qərb yarımkürələrinə bölür. == Coğrafiya == == Ədəbiyyat == Хауз Д. Гринвичское время и открытие долготы. — Москва, 1983.
Başlanğıc (film, 1981)
Başlanğıc — 1981-ci ildə rejissor Vaqif Behbudov tərəfindən çəkilmiş qısametrajlı televiziya cizgi filmi. Film Mərkəzi Televiziyanın sifarişi ilə "Azərbaycantelefilm" tərəfindən istehsal olunub. Film yer üzündə sülhün qorunub saxlanmasının vacibliyindən söhbət açır. İki obrazın — xeyir və şərin simasında ehtimal edilir ki, çətinliklər aradan qaldırılacaq və əmin-amanlıq şəraitində yaşamaq mümkün olacaq. == Məzmun == Kukla filmi yer üzündə sülhün qorunub saxlanmasının vacibliyindən söhbət açır. İki obrazın-xeyir və şərin simasında ehtimal edilir ki, çətinliklər aradan qaldırılacaq və əmin-amanlıq şəraitində yaşamaq mümkün olacaq. == Festivallar və mükafatlar == 1983-cü ildə Alma-Atada X Ümumittifaq televiziya filmləri festivalında ən yaxşı rejissor işinə görə rejissor Vaqif Behbudova Priz verilmişdir. == Film haqqında == Filmdə Moris Ravelin "Bolero" əsərindən istifadə olunmuşdur.
Başlanğıc (film, 1982)
Başlanğıc — 1981-ci ildə rejissor Vaqif Behbudov tərəfindən çəkilmiş qısametrajlı televiziya cizgi filmi. Film Mərkəzi Televiziyanın sifarişi ilə "Azərbaycantelefilm" tərəfindən istehsal olunub. Film yer üzündə sülhün qorunub saxlanmasının vacibliyindən söhbət açır. İki obrazın — xeyir və şərin simasında ehtimal edilir ki, çətinliklər aradan qaldırılacaq və əmin-amanlıq şəraitində yaşamaq mümkün olacaq. == Məzmun == Kukla filmi yer üzündə sülhün qorunub saxlanmasının vacibliyindən söhbət açır. İki obrazın-xeyir və şərin simasında ehtimal edilir ki, çətinliklər aradan qaldırılacaq və əmin-amanlıq şəraitində yaşamaq mümkün olacaq. == Festivallar və mükafatlar == 1983-cü ildə Alma-Atada X Ümumittifaq televiziya filmləri festivalında ən yaxşı rejissor işinə görə rejissor Vaqif Behbudova Priz verilmişdir. == Film haqqında == Filmdə Moris Ravelin "Bolero" əsərindən istifadə olunmuşdur.
Başlanğıc (film, 2010)
Başlanğıc — 2010-cu ildə fantastika film janrında istehsal olunan filmin ssenari müəllifi, ortaq prodüseri və rejissoru Kristofer Nolandır. Tanınmış film ulduzları sırasında olan Leonardo DiKaprio, Ken Vatanabe, Cozef Qordon-Levit, Marion Kotiyar, Ellen Peyc, Tom Hardi, Dilep Rao, Killian Merfi, Tom Berencer və Maykl Keyn kimi aktyorlar baş rolda yer alıb. DiKaprio hədəflərini şüuraltı öyrənmək üçün korporativ casusluqdan istifadə edən oğru Dom Cobb rolunu ifa edir. Ona qeyri-mümkün hesab etdiyi bir işi həyata keçirmək qarşılığında keçmiş həyatını qazanmaq şansı təklif olunur: başlanğıc olaraq bir hədəfin şüuraltına başqa birinin ideyası olaraq implantasiyası. Yuxusuzluq filminin bitməsindən qısa müddət sonra, Nolan qorxulu film kimi təsvir olunan yuxu oğruları haqqında yazdığı 80 səhifəlik ideyasını Warner Bros-a təqdim edir. Onun daha çox təcrübəyə malik olmaq üçün iri-miqyaslı filmin istehsalına ehtiyac duyduğu hiss olunurdu. Layihədən uzaqlaşaraq Batman Begins kimi filmlərin istehsalıyla məşğul olur. O altı ay ssenari üzərində çalışdıqdan sonra Warner Bros 2009-cu ilin fevralında ssenarini alır. Inception filminin çəkilişi 19 iyun 2009-cu il tarixində Tokyoda başlayır, noyabrın 22-sində Kanadada başa çatır. Filmin çəkilişi dörd ölkə və altı qitədə baş tutur.
Softstarter (yumşaq başlanğıc)
Yumşaq işəsalma cihazı (ing. softstarter) — işləyən maşının kiçik bir başlanğıc anı olan elektrik mühərriklərinin yumşaq işə salınması (dayanması) üçün istifadə olunan mexaniki, elektrik (elektron) və ya elektromexaniki cihazdır.
Başlanğıc (Den Braunun əsəri)
Başlanğıc (ing. Origin) — ABŞ yazıçısı Den Braun tərəfindən 2017-ci ildə mistik-triller janrında yazılmış romandır. Robert Lenqdon haqqında romanlar seriyasından olan əsər Mələklər və iblislər, Da Vinçi şifrəsi, İtirilmiş simvol və Cəhənnəm romanlarından sonra beşinci romandır. Əsər ilk dəfə 3 oktyabr 2017-ci ildə "Doubleday" nəşriyyatı tərəfindən təqdim edilmişdir.
Betmen: Başlanğıc (film, 2005)
Betmen Başlayır (ing. Batman Begins) — 2005-ci ildə "DC Comicsin" uydurma personajı Betmenin komikslərindən uyğunlaşdırılan, rejissoru Kristofer Nolan olduğu, Kristian Beylin Betmen rolunu ifa etdiyi və Maykl Keyn, Liam Nison, Keti Olms, Qari Oldmen, Killian Merfi, Morqan Friman, Tom Uilkinson, Rutqer Auer, Mark Bun Xunior, Ken Vatanabenin rol aldığı ABŞ superqəhrəman filmi. Yeni çəkilən seriyanın ilk filmi Brüs Ueynin yarasadan qorxusu, ailəsinin vəfatı və Betmenə çevrilməsindən bəhs edir. Filmin hekayəsi klassik Betmendən: "Betmen: Birinci il" və "Betmen: Uzun Hellovin" romanlarından ilhamlanmışdır. 1997-ci ildə nümayiş etdirilən "Betmen və Robin" filmindən sonra, bir çox davam filmlər gündəmə gəldi. Kristofer Nolan və Devid Qoyer film üçün çəkilişlərə 2003-cü ildən başladı. Ssenaristlər təməlində humanizm və realizm dayanan daha qaranlıq və real bir hekayəni hədəf aldı. Məqsəd, tamaşaçının Betmen və Brüs Ueynə əhəmiyyət verməsi idi. Çikaqo və İngiltərədə çəkilişləri baş tutan filmdə, kompüter dəstəyi yalnız bir qədər istifadə edildi. Film üçün "Batmobile" və "Yarasa" kostyumu yenidən yaradılıb.
Düzgün olmayan başlanğıc (şahmat)
Düzgün olmayan başlanğıc — Şahmat termini Bir sıra az işlənən və nəzəriyyəcə zəif işlədilmiş başlanğıcların (1.d3-Andersson debütü; 1.e3-van Kruysa debütü; 1.c3-Saraqossa başlanğıcı; 1.d3-Mizes başlanğıcı) və adsız başlanğıcların (1.b3, 1.Ac3, 1.g4, 1.Ah3 və s.) ümumi adı.
İtkin düşmüşlər 2: Başlanğıc (film, 1985)
İtkin düşmüşlər 2: Başlanğıc – 1985-ci ildə Çak Norrisin iştirakı ilə çəkilən ABŞ filmidir. == Məzmun == 1972-ci il, Vyetnam müharibəsi. Tapşırıq əsnasında Ceyms Breddok başda olmaqla ABŞ əsgərləri əsir düşür və onlar itkin düşmüşlərdən hesab edilirlər. Polkovnik Vin əsir götürülmüş əsgərlərin hesabına bir sıra yuxu xaşxaşı adlı bitki növləri yetişdirtdirir. Ceyms Breddok əsgər yoldaşlarını xilas etmək üçün bir sıra plan hazırlayır... == Rollarda == == İstinadlar == == Həmçinin bax == ABŞ filmlərinin siyahısı == Xarici keçidlər == Filmi izlə (azərbaycan dilində) İtkin düşmüşlər 2: Başlanğıc — Internet Movie Database saytında.
Yanlış döngə 4: Qanlı başlanğıc (film, 2011)
Yanlış döngə 4: qanlı başlanğıc — 2011-ci ildə çəkilmiş qorxu, kriminal janrlı ABŞ filmi, "Yanlış döngə" film silsiləsinin davamı. == Məzmun == Gənclər soyuq və güclü qarlı bir havada gəzintiyə çıxırlar. Lakin gecə yollarını itirirlər. Birdən gözlərinə bir qaraltı dəyir və ora gedirlər. Bu bir vaxtlar qəribə görünüşlü və qeyri adi insanların saxlanıldığı xəstəxanadır. Soyuq havada gənclərin burada gecələmələrindən başqa bir yol yoxdur. Lakin bilmirlərki hələdə bəzi məxluqlar burdadı və onları böyük bir təhlükə gözləyir. Səhər dostarından biri yoxa çıxır. Onu axtaranda isə burda tək olmadıqlarını anlayırlar. Bu məxluqlar isə onların ora gəldiyi motosikletlərini yararsız hala salaraq oradan qaçmaqlarını da əngəlləyiblər.
İks-adamlar: Başlanğıc. Şimal Porsuğu (film, 2009)
İks-adamlar: Başlanğıc. Şimal Porsuğu (ing. X-Men Origins: Wolverine) — Marvel Comics tərəfindən yaradılmış eyni adlı personajdan bəhs edən və 2009-cu ildə çəkilən 20th Century Fox istehsalı super qəhrəman və fantastika filmi. Film "İks-adamlar" seriyasının 4-cü, Şimal porsuğu haqqında isə ilk filmidir, rejissoru isə Gevin Huddu. Filmin çəkilişləri 2008-ci ilin fevralında başlanılıb. "İks-adamlar: Başlanğıc. Şimal Porsuğu" filminin premyerası 2009-cu ilin aprelin 9-da Avstraliyanın Sidney şəhərində baş tutub. 1 may 2009-cu ildə isə kinoteatrlarda film göstərilməyə başlayıb. == Məzmun == 1845-ci il, Kanada. Gənc Ceyms Xoulet özündə gəribə xüsusi gücləri görür.
Benzin mişarı ilə Texas qətliamı: Başlanğıc (film, 2006)
Benzin mişarı ilə Texas qətliamı: Başlanğıc (ing. Texas Chainsaw Massacre: The Beginning) — 2006-cı ildə çəkilmiş ABŞ sleşer filmi. Filmin rejissoru Conatan Libesman filmi Şeldon Turner və David Şounun ssenarisi əsasında çəkib. Filmdə baş rolları gənc aktyorlar Cordana Brewster, Mett Bomer, Diora Baird, Taylor Handley oynayıb. R. Lee Ermey, Andrew Bryniarski, Marietta Maric, Terrence Evans və Cathy Lamkin isə, Hyuitt ailəsinin üzvlərini canlandırıblar. Film dünya üzrə 51,7 milyon dollar gəlir əldə edib. New Line Cinema, Dimension Films filmi satın alarkən franşiza hüquqlarını saxlamaq üçün 3,1 milyon dollar ödəməli olmuşdu. Filmin işçi adı "Benzin mişarı ilə Texas qətliamı: Mənşə" idi. Filmin çəkilişləri birinci hissədə olduğu kimi Texasda aparılıb. Filmdəki hadisələr 1969-cu ildə baş verir, Hyuit ailəsinin və "Dəri üz" ləqəbli manyakın ilk qurbanı olan iki qardaş və onların qız yoldaşlarından bəhs edir.
Cümə, ayın 13-ü. Yeni başlanğıc (film, 1985)
Cümə, ayın 13-ü. Yeni başlanğıc (ing. Friday, the 13th: A New Beginning) — 1985-ci ildə istehsal olunmuş ABŞ filmidir.
Kiçik Su pərisi: Arielin başlanğıc hekayəsi (cizgi filmi, 2008)
Kiçik Su pərisi: Arielin başlanğıc hekayəsi (ing. The Little Mermaid: Ariel's Beginning) - 2008-ci ildə Volt Disney şirkəti tərəfindən istehsal olunmuş cizgi filmidir. == Məzmun == Cizgi filmində ilk seriyasından əvvəl baş verən hadisələr əsas yer tutur. Dəniz hakimi Kral Triton həyat yoldaşının vəfatından sonra musiqiyə qadağa qoymuşdur. Amma buna baxmayaraq onun qızı Ariel məlahətli səsi ilə atasını razı salmağa çalışacaqdır... == İstinadlar == == Xarici keçidlər == Rəsmi səhifə Kiçik Su pərisi: Arielin başlanğıc hekayəsi — Internet Movie Database saytında.