Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sahibsiz kölgələr
Sahibsiz kölgələr-yazıçı,AMEA-nın aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Sadıq Qarayevin 2017-ci ildə nəşr edilmiş romanı. “Sahibsiz kölgələr” müəllifin birinci romanı “Sahilsiz təzadlar” kimi yeni üslubda bədii, elmi, fəlsəfi və detektiv janrda yazılmışdır. Bu roman bir çox müsbət və mənfi qəhrəmanlarla zəngindir. Əsərin əsas süjet xətti Çoban Zalovla Fəridənin təzadlı məhəbbəti, Şəms, Mərcan və Gülər bacılarının, eləcə də onların nakam arzularının canlanmış formaları olan, eyni adlı üç rəfiqənin həyatı, keçmiş Sovet DTK-sının əməkdaşları olan Süleyman, Sergey və Arsenin bir-biriləri ilə mübarizəsi üzərində qurulmuşdur. Romanda azərbaycanlı alim Tusinin, eləcə də digər obrazların dili ilə bir sıra elmi, fəlsəfi ideyalar,fərziyyələr irəli sürülmüş, müzakirə olunmuşdur. Bundan əlavə, əsərdə kainatın quruluşu və yaranması, materiyanın, kütlənin əmələ gəlməsi, zaman və məkan haqqında, varolma enerjisi və mövcudluq arasındakı əlaqə və s. məsələlər barəsində yeni, maraqlı ideyalar da yer almışdır. “Sahibsiz kölgələr” romanında bəşəriyyətin qlobal problemləri, erməni riyakarlığı və vəhşiliyi, insan psixologiyasının mürəkkəb mahiyyəti,şəxsiyyətin tərəqqisinə və tənəzzülünə səbəb olacaq amillər haqqında da müxtəlif obrazların vasitəsilə aydınlıq gətirilməyə səy göstərilmişdir. “Sahibsiz kölgələr” əsəri müasir ədəbiyyatımızda Azərbaycan çekistlərinə həsr olunmuş ilk böyük həcmli romandır. Əsər geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Sahilsiz təzadlar
Sahilsiz təzadlar-yazıçı,AMEA-nın aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Sadıq Qarayevin 2014-cü ildə nəşr edilmiş romanı. “Sahilsiz təzadlar” bədii, elmi, fəlsəfi və detektiv romandır. Əsərin əsas qəhrəmanları Əli və Nərmindir. Süjet xətti bu iki gəncin ülvi məhəbbəti, başlarına gələn hadisələr əsasında qurulmuşdur. Romanda qəhrəmanların və digər obrazların vasitəsilə bir sıra elmi, fəlsəfi ideyalar, fərziyyələr irəli sürülmüş, müzakirə olunmuşdur. Bundan əlavə, əsərdə rənglərin əmələ gəlməsi,kainatın yaranması, zamanın, sürətin və sahələrin arasıkəsilən mahiyyətdə olması, təxmini, dürüst, real məntiq və digər məsələlər barədə mülahizələrlə yanaşı, bəşəriyyətin qlobal problemləri haqqında fikirlər də yer almışdır. Yeni ictimai formasiya quruluşunun yaranması haqqında fikirlər, Əlinin iki mürəkkəb cinayətin üstünü məharətlə açması, həqiqətləri insanların dərk edə bilməməsinin səbəbləri haqqında mülahizələr də romanın bədii süjet xəttində əsas istiqamətlərdəndir. Əli və Nərminin sonda Şuşada görüşmələri isə, Azərbaycan xalqının və dövlətinin arzusunun, ali məqsədinin, onu həyata keçirmək üçün iradə, əzm və qüdrətinin dünyaya nümayişidir. Əsər geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Sahilsiz gecə (film, 1989)
Ən çətin şəraitdə belə insan dözməli, ömrünü ləyaqətlə yaşamalıdır, başqalarına lazım olduğunu heç vaxt unutmamalıdır.Filmdə əsas fikir bundan ibarətdir. Burada mürəkkəb və maraqlı mövzu-insan və həyatın sərtliyi, insan və bəxtin dönüklüyü açılıb göstərilmişdir. Film yazıçı Elçinin "Toyuğun diri qalması" povesti əsasında ekranlaşdırılmışdır. Film Mərkəzi televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir. Ssenari müəllifi: Elçin Quruluşçu rejissor: Şahmar Ələkbərov Quruluşçu operator: Rafiq Əliyev Quruluşçu rəssamlar: Elbəy Rzaquliyev, Rafiq Nəsirov Bəstəkar: Ramiz Mirişli Səs operatoru: Nataliya Nuriyeva(Natalya Nuriyeva kimi) Montaj edəni: Nailə Dadaşova Mahnıların mətni: Fikrət Qoca Rejissor: Fərid Hümbətov Geyim rəssamı: Afət Məmmədova Qrim rəssamı: Namiq Manafov Rejissor assistenti: Rafiq Orucov Operator assistentləri : E. Zeynalov, Xaqani Hüseynov Dekorasiya üzrə rəssam: N. Mustafayev Montaj üzrə assistent: A. Budaqova İşıq ustası: Niyazi Zeynalov İşıq tənzimçisi: Əminə Cəfərova Çalır : Rafiq Babayevin idarəsi ilə İnstrumental Ansambl Filmin redaktoru: Aydın Dadaşov Filmin direktoru: Rimma Abdullayeva Oğuldurdı Məmmədquliyeva — Zibeydə Mehriban Xanlarova — Zibeydə (gənc) İnarə Zeynalova — Zibeydə (uşaq) Səfurə İbrahimova — Dürdanə Kəmalə Hüseynova (Kəmalə Abdullayeva kimi) — Dürdanə (gənc) Nuriyyə Əhmədova — Roza B. Hüseynova — Nisə Əbdülqəni Əliyev — Ağagül Tələt Rəhmanov — Səfər Z. Kərimova — Şəfiqə R. Hacıyev Nazim Ağayev — mahnı oxuyan Tariyel Qasımov — Dürdanənin tanışı Süleyman Əhmədov — bolşevik Larisa Xələfova — əxlaqsız qadın Fikrət Məmmədov — "Jiquli" sahibi Eldəniz Rəsulov — "Jiquli" sahibi R. Ələkbərova Nəcibə Behbudova — Ağabacı M. Vəkilova Zilli Namazov F. Hacıyev Nəmxuda Usubəliyev Gümrah Rəhimov Loğman Kərimov — faytonçu Dadaş Kazımov — Bəşir Muxtar Maniyev — İsrafil Kamil Məhərrəmov — "Qızıldiş" Təvəkkül İsmayılov — rəqs edən (titrlərdə yoxdur) Əjdər Həmidov — sürücü (titrlərdə yoxdur) Hacı İsmayılov — İsrafil (Muxtar Maniyev) (titrlərdə yoxdur) Nəcibə Hüseynova — Zibeydə (Mehriban Xanlarova) (titrlərdə yoxdur) Pərviz Bağırov — Ağagül (A. Əliyev) (titrlərdə yoxdur) Sona Mikayılova — alıcı (titrlərdə yoxdur) Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm".
Sarıtsin
'Volqoqrad (rus. Волгогра́д), köhnə adlarıyla 'Sarısu, Çaritsin (rus. Цари́цын) və Stalinqrad (rus. Сталингра́д), Rusiyadaki Volqoqrad vilayətinin mərkəzi olan şəhərdir. Dəniz yüksəkliyi 0 ilə 102 metr arasında dəyişir. Şəhərin əhalisi 2002-ci ildə aparılmış siyahıya almasına əsasən 1.011.417 nəfərdir . Bir kvadrat kilometr əraziyə isə 1,900 kişi düşür.
Şamsız
Şamsız - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonunda kənd. Toponim bitki adı bildirən şam sözünə -sız şəkilçisinin artırılması ilə düzəlmişdir. Fitotoponimdir. Quruluşca düzəltmə toponimdir. Kənddə 1897-ci ildə 124 nəfər, 1914 - cü ildə 186 nəfər, 1916-cı ildə 911 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd ermənilərin təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. Yalnız indiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalanalar tarixi-etnik torpaqlarına dönmüşdür. Burada 1926-cı ildə 54 nəfər, 1931-ci ildə 52 nəfər azərbaycanlı yaşamışdır. 1940-cı illərdə azərbaycanlılar kənddən çıxarılmış və kənd ləğv edilmişdir. İndi xaraba kənddir.