ŞAMSIZ

zərf Axşam yeməyi yemədən. Qonşuya ümid olan şamsız yatar. ( Ata. sözü ).
Çox gecəm var ki, şamsız yatıram; Çaysız, həm təamsız yatıram. S.Ə.Şirvani.
[Pəricahan xanım:] [Ağca xanımı] otağına aparın.
Bu gecə şamsız qalacaqdır. S.S.Axundov.

ŞAMPÚN
ŞAN₁
OBASTAN VİKİ
Şamsız
Şamsız - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonunda kənd. == Tarixi == Toponim bitki adı bildirən şam sözünə -sız şəkilçisinin artırılması ilə düzəlmişdir. Fitotoponimdir. Quruluşca düzəltmə toponimdir. == Əhalisi == Kənddə 1897-ci ildə 124 nəfər, 1914 - cü ildə 186 nəfər, 1916-cı ildə 911 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd ermənilərin təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. Yalnız indiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalanalar tarixi-etnik torpaqlarına dönmüşdür. Burada 1926-cı ildə 54 nəfər, 1931-ci ildə 52 nəfər azərbaycanlı yaşamışdır. 1940-cı illərdə azərbaycanlılar kənddən çıxarılmış və kənd ləğv edilmişdir. İndi xaraba kənddir.

Значение слова в других словарях