Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Danimarka
Danimarka (dan. Danmark) — Avropada dövlət. Danimarkada yerli idarəetmələr iki səviyyəli sistemə əsaslanmaqdadır. Üst səviyyədə kontluklar (amtskommuner) və alt səviyyədə isə bələdiyyələr (kommuner) vardır. Bununla bərabər Kopenhagen və Frederiksberq həm kontluk, həm də eyni zamanda bələdiyyədir. Ölkə 14 kontluk və 275 bələdiyyədən ibarətdir. Buna Kopenhagen və Frederiksberq şəhərləri də daxildir. == Ərazi == Danimarka Krallığı Şimali Avropada yerləşir. Ölkə qərbdən Şimal dənizi, şərqdən Baltik dənizi, cənubdan Almaniya ilə həmsərhəddir. Ölkənin əsas hissəsi yarımadada yerləşir.
Sanitar
Sanitar tibb praktikasında köməkçi funksiyaları yerinə yetirən kiçik tibb işçisidir. Sanitar kimi işləmək tibbi təhsili tələb etmir, ancaq görülən işlərdən asılı olaraq kurslar, qısa hazırlıq və ya digər təlim şəklində ilkin hazırlıq tələb oluna bilər. Məcazi mənada sanitar təmizləyici deməkdir. Sanitarların ümumi vəzifələrinə aşağıdakılar daxildir: binaların sanitar və gigiyenik baxımdan qorunması, o cümlədən cari və son dezinfeksiya aparılması; tibbi alətlər və xəstələrə qulluq alətlərinin sterilizasiyası xəstələrə qayğı göstərmək, onları daşımaq, alt paltarları və yataq dəstləri vermək və dəyişdirmək, tibb bacıları və həkimləri xəstələrin vəziyyətindəki dəyişikliklər barədə məlumatlandırmaq; prosedurların və manipulyasiyaların aparılmasında tibb bacılarına yardım etmək Əlavə funksiyalar ixtisaslaşmış bölmələrin (radiologiya şöbəsi, meyitxana və s.) İşçiləri üçün mümkündür. Hərbi xidmətdə sanitarlar döyüş bölgəsində ilk tibbi yardım göstərmək və yaralıları təxliyə etmək məsuliyyət daşıyırlar. Sanitarlar yüksək təcrübə və qabiliyyətə sahib olan səhiyyə komandasının vacib üzvləridir. Peşə ilə məşğul olmaq üçün geniş sağlamlıq təhsili tələb olunmasa da, çevik və yaxşı ünsiyyət bacarıqları ümumiyyətlə tələb olunandır. Bədən mexanikası, qidalanma, anatomiya və fiziologiya və zehni sağlamlıq problemləri, infeksiya nəzarəti, fərdi qulluq bacarıqları və uçot qaydaları kimi sahələrdə rəsmi təhsil və ya iş yerində təlim alırlar.
Danimarka-Norveç
Danimarka-Norveç — hazırkı Danimarka və Norveç torpaqlarında qurulmuş uniya. Həmçinin İslandiya, Qrenlandiya və Farer adalarını da əhatə edirdi. 1536-cı ildə qurulmuş, 1814-cü ilə qədər davam etmişdir. Bu tarixdən sonra Norveç,İsveçin bir parçası olmuş; İslandiya, Qrenlandiya və Farer adaları isə Danimarkaya bağlı qalmağa davam etmişdir. == Quruluş == Danimarka-Norveç əslində Kalmar Birliyinin qanuni varisi idi. Lakin İsveçdə baş verən üsyan Qustav Vazanın hakimiyyətə gəlməsinə və İsveçin ayrı bir dövlət yaratmasına təkan verdi. Bundan sonra dövlət Danimarka-Norveç adlanmağa başladı. == Yeddi illik Şimal müharibəsi == İsveç'in dövlətdən ayrılmasını qəbul edə bilməyən Kral III Kristian özünü hələ də İsveçin hökmdarı kimi görürdü. İsveçlə mütəmadi olaraq müharibə aparan dövlət 7 ildən sonra Stettin sülhünü imzaladı. == Koloniyaların yaranması == Böyük coğrafi kəşflər dövründə Danimarkanın da əsas maraqlarından biri Amerika və Hindistan oldu.
Danimarka Krallığı
Danimarka (dan. Danmark) — Avropada dövlət. Danimarkada yerli idarəetmələr iki səviyyəli sistemə əsaslanmaqdadır. Üst səviyyədə kontluklar (amtskommuner) və alt səviyyədə isə bələdiyyələr (kommuner) vardır. Bununla bərabər Kopenhagen və Frederiksberq həm kontluk, həm də eyni zamanda bələdiyyədir. Ölkə 14 kontluk və 275 bələdiyyədən ibarətdir. Buna Kopenhagen və Frederiksberq şəhərləri də daxildir. == Ərazi == Danimarka Krallığı Şimali Avropada yerləşir. Ölkə qərbdən Şimal dənizi, şərqdən Baltik dənizi, cənubdan Almaniya ilə həmsərhəddir. Ölkənin əsas hissəsi yarımadada yerləşir.
Danimarka adası
Danimarka adası (norv. Danskoya, ing. Danes Island) — Şpitsbergen arxipelaqına daxil olan adalardan biri. Barens dənizi suları ilə əhatələnir. Qərbi Şpisbergen adasından şimal-qərbdə, Magdalenefjorden fiordu yaxınlığında yerləşir.. Ondan şimalda Amsterdam adası qərarlaşır. Arxipelaqın bir çox adaları kimi daimi yaşayışa sahib deyildir. Adada 1631-ci ildə Balina ov bazası təşkil olunmuşdur. Bu baza 1658-ci ildə isə tərk edilmişdir. 1897-ci ildə Andre tərəfindən təşkil olunan isveç qütb ekspedisiyası bu adadan başlamışdır.
Danimarka azərbaycanlıları
Danimarka azərbaycanlıları — tarixi Azərbaycandan kənarda yaşayan etnik azərbaycanlıların təşkil etdiyi Azərbaycan diasporunun Danimarkada yaşayan hissəsinin adı. == Diaspora təşkilatları == Hazırda bu ölkədə azərbaycanlıların bir sıra cəmiyyət və birlikləri fəaliyyət göstərir: "Vətən" Cəmiyyəti; Danimarka-Azərbaycan Dostluq Cəmiyyəti; Danimarka-Azərbaycan Türk Qadınlar Birliyi; Danimarka Azərbaycan Mədəniyyət Mərkəzi; Danimarka-Azərbaycan Cəmiyyəti; Danimarka Azərbaycan Gənclər Təşkilatı. Qeyd olunan qurumların əsas fəaliyyət istiqamətləri Danimarkada Azərbaycanı layiqincə təmsil etmək, ölkənin üzləşdiyi problemlər, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın təcavüzkar siyasəti, eləcə də zaman-zaman Azərbaycan xalqına qarşı törədilən soyqırım siyasətini danimarkalılara çatdırmağa yönəlib. Həmçinin, paralel olaraq Azərbaycanın zəngin tarixi-mədəni irsi, mədəniyyəti də həmin qurumlar tərəfindən Danimarka ictimaiyyətinə çatdırılır. == Tədbirlər == Danimarkada yaşayan azərbaycanlılar hər ilin mart ayında Herlev şəhərində Novruz bayramı münasibətilə tədbir keçirirlə. Türklər, ruslar, özbəklər, uyğurlar, latışlar, ukraynalılar və başqa millətlərin nümayəndələrinin də iştirak etdiyi bu bayram şənliyi yerli ictimaiyyət tərəfindən böyük maraqla qarşılanır. 28 may Respublika Günü də dünyanın hər bir ölkəsində olduğu kimi Danimarkada da azərbaycanlılar tərəfindən geniş qeyd edilir. Bu bayram ənənəvi olaraq hər il Hillerod şəhərinin mərkəzindəki "Torvet" meydanında qeyd edilir. == Tanınmışlar == Məsud Aşina; Səfər Sadiqi. Səid Aşina == İstinadlar == == Xarici keçidlər == "Vətən" Cəmiyyətinin saytı.
Danimarka bayrağı
Danimarka bayrağı — Danimarkanın Dövlət bayrağı Danimarka bayrağı qırmızı fonun üzərinə bayrağın künclərinə doğru uzanan ağ xaçdan ibarətdir. Xaçın üfüqi hissəsi bayrağın irəli tərəflərinə doğru sürüşdürülür. Dannebrogun (Danimarka bayrağı) simvolu digər şimal ölkələrinə Finlandiya, İslandiya, Norveç, İsveç sonradan qəbul edilmişdir. Danimarka bayrağı Dünyanın ən qədim bayrağıdır. Danimarkada bu ölkənin bayrağı istisna olmaqla, başqa dövlətlərin bayraqlarına zərər vuran şəxs cəzalandırılır. Ağ üzərində qırmızı xaç olan pankartın 14-cü əsrdən bəri Danimarka kralları tərəfindən istifadə edildiyi təsdiqlənir.Danimarka milli tarixşünaslığına əhəmiyyətli təsir göstərmiş bir mənşə əfsanəsi bayrağın təqdim edilməsini 2009-cu ildə Lindanis döyüşü ilə əlaqələndirir.1219.Uzun Nordic xaçı 18-ci əsrə aiddir.onun dəniz donanması kimi istifadəsini əks etdirir.Bayraq 16-cı əsrin əvvəllərində milli bayraq kimi məşhurlaşdı.Onun şəxsi istifadəsi 1834-cü ildə qadağan edildi, lakin 1854-cü il tənzimləməsi ilə yenidən icazə verildi.Bayraq davamlı istifadədə olan ən qədimdir.dövlət bayrağı olmaq üzrə dünya rekorduna sahibdir.
Danimarka boğazları
Danimarka boğazları — Skandinaviya və Yutlandiya yarımadaları arasındakı boğazlar sistemi. Kəmərlər sisteminə daxildir: Kiçik Kəmər (ən dar yeri 0,5 km), Böyük Kəmər (3,7 km), Öresund (10,5 km), Kattegat (60 km) və Skagerrak (110 km). Danimarka Boğazlar Baltik dənizinin limanlarını Dünya okeanının limanları ilə birləşdirən əsas dəniz yoludur.
Danimarka boğazı
Danimarka boğazı (dan. Danmarksstrædet) — Qrenlandiya adasını İslandiya adasından ayıran boğaz . Qrenland dənizini Atlantik okeanı ilə birləşdirir. Eni 260 km, uzunluğu 480 km təşkil edir. Dərinliyi 227 metrdir. İslandiya adası sahillərində İrminqur isti cərəyanı keçir. Qrenlandiya adası sahilindən isə Şərqi Qrenlandiya cərəyanı keçir. Bu boğazda 1941-ci ildə Britaniya kreyseri "Xud" və Alman "Bismark" gəmisi arasında döyüş baş vermişdir. Döyüş zamanı Xud kreyseri batırılmışdır. Uzunluğu 50 km, ən dar yeri isə 50 km təşkil edir.
Danimarka coğrafiyası
Danimarka – Şimali Avropada yerləşən Skandinaviya ölkəsi. Danimarka Yutlandiya yarımadası və Baltik dənizindəki bir neçə adadan ibarətdir. Bu ərazini Danimarka Arxipelaqı olaraq da adlandırılar. Ölkənin ümumi ərazisi 42,931 km2-dır. Danimarka 56° şimal enliyində və 10º şərq uzunluğunda yerləşir. Danimarka, İsveçin cənub-qərbində, Norveçin cənubunda və Almaniyanın şimalında yerləşir. == Sərhədləri == Danimarka həm Baltik həm də Şimal dənizi ilə 7,500 kilometrlik sahil xətti vasitəsilə sərhəddir. Danimarkanın tək quru sərhədi, Almaniyanın Şlezviq-Holşteyn vilayətindədir. Bu sərhədin uzunluğu 68 kilometrdir. == Fiziki coğrafiyası == Danimarka, Baltik dənizini Şimal dənizi ilə birləşdirən Skagerrak və Kattegat boğazlarına nəzarət edir.
Danimarka dili
Dan dili (dan. dansk) — Danimarkanın dövlət dili, skandinav dillərindən biri. Danimarkada və Almaniyanın şimalında istifadə olunur. Dilin daşıyıcılarının ümumi sayı 5,7 milyon nəfərdir. XV-XIX əsrlərdə Norveçin, XIX əsrin ortalarınadək Şlezviq-Qolşteynin rəsmi dili olmuşdur. === Ərazi və say === Dan dili aşağıdakı ölkələrdə yayılmışdır; Danimarkada - Əhalinin sayı 5 425 420 nəfər, onlardan 461 614 nəfəri mühacirdir və bir hissəsi dan dilini bilmir (2005) Qrenlandiyada - adada yaşayan və etnik mənşəyi dan olan 6,8 min nəfər (2005) arasında yayılmışdır və bir çox qrenlandiyalılar üçün ikinci dildir. Farer adalarında - Rəsmi dairələrdə farer dili ilə yanaşı istifadə olunur (Farer adaları sakinlərinin, demək olar ki, hamısı dan dilini xarici dil kimi yaxşı mənimsəmişlər), lakin burada etnik mənşəyinə görə dan olanların sayı azdır. Almaniyada - Şlezviq-Qolşteyn torpaqlarında yaşayan 50 min nəfər danın ana dilidir, bundan əlavə, yaxın keçmişdə təxminən 50 min dan da Almaniyada məskunlaşmışdır.
Danimarka kronu
Danimarka kronu - Danimarka, Qrenlandiya və Farer adalarında istifadə olunan pul vahidi. Kron sözü Skandinaviyada geniş yayılmış krone sözündən yaranmışdır. Danimarkada 2007-ci ildə infilyasiya 1.5% olmuşdur. 2000-ci ildə ölkədə avrozonaya keçidlə əlaqdər avroya keçid məsələsi gündəmə gəlmişdir. Keçirilən referendum nəticəsində əhalinin böyük bir qismi buna qarşı çıxmışdır. Danimarka maliyyə idarəsinin son illərdə gördüyü işlər nəticəsində Danimarka kronu avroya sabitləşdirilmişdir.
Danimarka tarixi
Danimarka tarixi, bugünkü Danimarka Krallığı torpaqlarının tarix öncəsi dövrlərdən günümüzə qədər uzanan tarixdən ibarətdir. == İlk dövrlər == Danimarkada insanların 100.000 ildən çox bir tarixi var, lakin Danimarkanın şimalda yerləşməsi səbəbindən insanlar son buz dövründə Danimarkanı tərk etməli oldular və insanlar eramızdan əvvəl 12.000-də buzlaqların geri çəkilməsi ilə yenidən Danimarka torpağında gəldilər. Eramızdan əvvəl 3000-ci ildə Danimarkanın yerli sakinləri öz torpaqlarında əkib becərməyə başladılar. Dəmir dövründə (eramızdan əvvəl IV — I əsrdə Skandinav iqlimi soyuq və yağışlı bir dövrdən keçdi. Bu dövrdə Danimarkalıların cənubi Almaniya bölgəsinə köç etdikləri təyin olunub Roma İmperiyasının ən güclü dövründə belə, sərhədləri Danimarkanı əhatə etmirdi. Bununla birlikdə, Danimarkada tapılan Roma sikkələri, iki bölgə arasında ticarət əlaqələrinin güclü olduğunu sübut edir. Bundan əlavə, Danimarkanın Roma ordusuna əsgər verdikləri təyin olundu. Danimarkada yayılmış torf bataqlıqları arxeoloji məlumatların böyük bir mənbəyidir. Danimarkada Antik dövrdən qalma yazılı sənədlər olmadığından, bu bataqlıqlarda aşkar edilmiş yaxşı qorunan insan cəsədləri tarixçilərə o dövrdə Danimarkalıların mədəniyyəti və həyat tərzi haqqında bir fikir verə bilər. 8-ci və 11-ci əsrlər arasında Danimarkada Vikinqlər kimi tanınan tayfa hökm sürürdü.
Danimarka şəhərləri
1 = 20,000 və ya daha çox əhalisi olan şəhərləri 2 = Ölstükke-Stenlöse yeni şəhərdir, Ölstükke və Stenlöse şəhərlərinin birləşməsi nəticəsində yaranışdı 3 = Hörsholm şəhəri bir neçə bələdiyyələrin bir hissəsidir. a = Kopenhagen aqlomerasiyasının bir hissəsi (da: Hovedstadsområdet).
Danimarka kinematoqrafiyası
Danimarka kinematoqrafiyası — Dan dilində 1897-ci ildən etibarən istehsal olunan və 1980-ci illərdən bəri müntəzəm olaraq yeni filmlər istifadəyə verən və əsasən Danimarka Kino İnstitutu (Det Danske Filmstitut) tərəfindən çəkilən filmləri təsvir etmək üçün istifadə olunan termindir. Danimarka kinematoqrafiyasında məzmun baxımından realizm, cinsi açıqlıq, dini və əxlaqi məsələlər kimi mövzulardan bəhs edilir. Danimarka kinosunun ən məşhur rejissorları arasında Benjamin Kristensen, Karl Teodor Dreyer, Erik Ballinq, Qabriel Aksel, Bill Avqust, Lars fon Trier, Anders Tomas Censen, Tomas Vinterberq, Suzanna Bayr və Nikolas Vindinq Refn kimi məşhur adlar vardır. == Bəzi filmlər == Ali məhəbbət (film, 2012) Alleqro (film, 2005) Bir rumka daha Dalğaları yararkən Doqvill (film, 2003) Vicdanı oyadan == İstinadlar == == Əlavə ədəbiyyat == David Bordwell: Essay on Danish Cinema, in Film #55, Denmark 2007 Marguerite Engberg: Dansk stumfilm. De store år, vol. 1–2. Copenh. 1977 (summary in English) Hjort, Mette; Lindqvist, Ursula, redaktorlar A Companion to Nordic Cinema. Malden, Massachusetts: Wiley Blackwell. 2016.
Sanconişi Sanetaka
Sanconişi Sanetaka (三条西 実隆, 11 may 1455, Kioto[d] – 5 noyabr 1537) – Senqoku dövründə yaşamış Yaponiya şairi, saray əyanı, xəttatı, yazıçısı, alimi, tarixçisi və polimatı. Sanetaka daxili nazir Sanconişi Kinyasunun oğlu kimi dünyaya gəlmişdir. 1506-cı ildə atası kimi daxili nazir vəzifəsinə yüksəlmişdir. Sanetaka imperatorluq sarayında xidmət versə də, Muromaçi şoqunluğunun əsas fiqurları ilə əlaqələr qursa da, onun reputasiyası mədəniyyət sahəsindəki fəaliyyətləri ilə bağlı olmuşdur. O, yaşadığı dövrü "müharibələr, mübahisələr və zorakılıq dövrü" adlandırmışdı. Sanetaka dövrün bir çox ədəbi fiquru ilə birlikdə fəaliyyət göstərmişdir. Bunların içərisində renqa janrının ustası Soqi də var idi. O, Soqiyə "Şinsen Tsukubaşu" adlı renqa kolleksiyası tərtib etməkdə kömək etmişdir. Sanetaka vaka və renqa janrlarında şeirlər yazan şair, "Saqoromo" no tamaşasının müəllifi, "Gencinin hekayəsi" kimi klassik əsərlərin mütəxxəsisi, Çin tarixinin tələbəsi, etika və mərasim məsələləri üzrə ekspert, xəttat və şoqi oyunçusu kimi tanınmışdır. Sanetakanın ən tanınmış əsərlərinə "Setsuqyokuşu" və "Çosetsuşu" adlı şeir kolleksiyaları, poetik fəaliyyətləri haqqındakı gündəliyi "Sayşoso", poetik nəzəriyyələrdən bəhs edən "Eyka tayqayşo", "Gencinin hekayəsi" əsərinin təhlili olan "Genci monoqatari sayryuşo" və mərasim məsələləri haqqındakı traktatı "Şozokuşo" aiddir.
Sanitar aviasiya
Sanitar aviasiya (Hava təcili yardımı) - nəqliyyatın əlçatan olmaması və ya tibb müəssisələrindən çox uzaq məsafədə, qəzalı vəziyyətdə olan təyyarələrin və sərnişinlərin axtarışında və xilas edilməsində, habelə xəstələrin və qurbanların sürətli daşınması üçün təcili tibbi yardım göstərmək üçün hazırlanmış təyyarələrdir. Sanitar aviasiya Birinci Dünya Müharibəsindən sonra yarandı. Artıq 1930-cu illərdə, SSRİ-də təyyarələrin sanitar növləri (Sh-2, K-3 və s.) hazırlandı və quruldu, təyyarənin təchiz edilməsi üçün əsas tələblər və uçuş keyfiyyətləri inkişaf etdirildi. İkinci Dünya Müharibəsi zamanı təcili yardım təyyarələri geniş yayıldı və kiçik miqyasda olsa da, bir çox döyüşən tərəflər tərəfindən istifadə edildi. Sanitar aviasiya inkişafının zirvəsi 20-ci əsrin ikinci yarısında başladı. Bu zaman vertolyotlar geniş yayıldı, yəni əvvəlcədən mümkün olmayan - məsələn, meşənin evin yaxınlığında və ya xəstəxana binasının yanında vertolyotu yerə endirmək mümkün oldu. Təyyarənin daşıma qabiliyyəti artdı, kabin hava sıxlığını aldı, bu isə daha çox xəstəni qəbul etməyə və daha az narahatlıq keçirməyə imkan verdi. Hava təcili yardım (ing.Air ambulance) — xəstə və ya yaralı insanları uzun məsafələrə daşımaq üçün hazırlanmış hava nəqliyyatı. Ənənəvi təcili yardım maşınlarının heç biri hadisə yerinə asanlıqla və tez gələ bilmədikdə və ya xəstə hava nəqliyyatının ən praktik olduğu uzaq bir məsafədə olduqda istifadə olunur. Təcili yardım hava heyətləri avadanlıqla təchiz olunmuşdur ki, bu da xəsarət almış və ya ağır xəstələrə təcili tibbi yardım göstərmək imkanı verir.
Sanitar aviasiyası
Sanitar aviasiya (Hava təcili yardımı) - nəqliyyatın əlçatan olmaması və ya tibb müəssisələrindən çox uzaq məsafədə, qəzalı vəziyyətdə olan təyyarələrin və sərnişinlərin axtarışında və xilas edilməsində, habelə xəstələrin və qurbanların sürətli daşınması üçün təcili tibbi yardım göstərmək üçün hazırlanmış təyyarələrdir. Sanitar aviasiya Birinci Dünya Müharibəsindən sonra yarandı. Artıq 1930-cu illərdə, SSRİ-də təyyarələrin sanitar növləri (Sh-2, K-3 və s.) hazırlandı və quruldu, təyyarənin təchiz edilməsi üçün əsas tələblər və uçuş keyfiyyətləri inkişaf etdirildi. İkinci Dünya Müharibəsi zamanı təcili yardım təyyarələri geniş yayıldı və kiçik miqyasda olsa da, bir çox döyüşən tərəflər tərəfindən istifadə edildi. Sanitar aviasiya inkişafının zirvəsi 20-ci əsrin ikinci yarısında başladı. Bu zaman vertolyotlar geniş yayıldı, yəni əvvəlcədən mümkün olmayan - məsələn, meşənin evin yaxınlığında və ya xəstəxana binasının yanında vertolyotu yerə endirmək mümkün oldu. Təyyarənin daşıma qabiliyyəti artdı, kabin hava sıxlığını aldı, bu isə daha çox xəstəni qəbul etməyə və daha az narahatlıq keçirməyə imkan verdi. Hava təcili yardım (ing.Air ambulance) — xəstə və ya yaralı insanları uzun məsafələrə daşımaq üçün hazırlanmış hava nəqliyyatı. Ənənəvi təcili yardım maşınlarının heç biri hadisə yerinə asanlıqla və tez gələ bilmədikdə və ya xəstə hava nəqliyyatının ən praktik olduğu uzaq bir məsafədə olduqda istifadə olunur. Təcili yardım hava heyətləri avadanlıqla təchiz olunmuşdur ki, bu da xəsarət almış və ya ağır xəstələrə təcili tibbi yardım göstərmək imkanı verir.
Sanitar nəqliyyatı
Sanitar nəqliyyatı — xəstələrin dinc şəraitdə daşınması üçün xüsusi hazırlanmış və ya uyğunlaşdırılmış, əhali üçün müalicə, profilaktik və müalicə-evakuasiya xidmətləri, müharibə dövründə isə yaralıların və xəstələrin təxliyəsi üçün hazırlanmış nəqliyyat vasitəsidir. Sülh dövründə daşınma və ya müharibə zamanı evakuasiya edilmiş yaralılar, xəstələr tibbi heyət tərəfindən müşayiət olunur , tibb müəssisəsinə daşındıqda qayğı göstərilir, habelə yerində və hərəkət zamanı sanitar nəqliyyatında təcili tibbi tədbirlər və manipulyasiyalar aparmaq mümkündür. Bu məqsədlər üçün sanitar nəqliyyat vasitələri lazımi avadanlıqlarla, tibbi və sanitariya vasitələri ilə təchiz edilmişdir. Sanitar nəqliyyat vasitələrini fərqləndirir: torpaq (atlı, avtomobil, dəmir yolu), su (çay və dəniz) - xəstəxana gəmisi, hava (təyyarələr, vertolyotlar) - təcili yardım təyyarələri, sanitar aviasiya.
Sanitar vaqon
Sanitar vaqon ― xüsusi qatar növü. Ən çox buxar lokomotivi (dizel lokomotivi), vaqonlar və s. daxil olmaqla hərbi əməliyyatlar zamanı yaralıların və xəstələrin təxliyəsi və tibbi yardım üçün nəzərdə tutulmuşdur. Xəsarət alanların daşınması və müalicəsi üçün xüsusi təchiz olunmuş, eləcə də mətbəx, aptek, işçi vaqonları, meyit vaqonları və sair kimi köməkçi vaqonlardan ibarətdir. Yaralıların daşınması üçün dəmiryol qatarları Amerikada vətəndaş müharibəsi (1861-1865) və 1870-1871-ci illərdə Fransa–Prussiya müharibəsi zamanı geniş istifadə edildi. Alman 36 təcili yardım qatarı ordusunda 40 minə qədər xəstə və yaralı nəql etdi. 2010-cu ildən etibarən Rusiyada dəmir yolu qatarları bazasında beş səyyar konsultativ diaqnostika mərkəzi fəaliyyət göstərir: «Здоровье», «Доктор Войно-Ясенецкий — Святитель Лука», «Терапевт Матвей Мудров», «Академик Федор Углов» və «Хирург Николай Пирогов». Qatarlarda müayinədən dərhal sonra lazımi dərmanların alınması üçün aptek mövcuddur. Suveren bir qurum olan Malta Suveren Hərbi Ordeninin (SMOM), Sərəncamın Hərbi Korpusu olaraq bilinən hərbi şöbəsi vasitəsilə fəaliyyət göstərən xəstəxana vaqonları qədim tarixə malikdir . Bu cür vaqonların istismarı İkinci Dünya Müharibəsində ən yüksək həddə çatdı, lakin SMOM bu gün də belə qatarların istifadəsini davam etdirir.
Azərbaycan–Danimarka münasibətləri
Azərbaycan–Danimarka münasibətləri — Azərbaycan Respublikası ilə Danimarka Krallığı arasındakı mövcud ikitərəfli əlaqələr. == Tarixi == === AXC dövrü === Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakıda Birjevaya küçəsi 32 ünvanındakı "Elektriçeskaya Sila" şirkətinin binasında Danimarkanın nümayəndəliyi yerləşmiş, nümayəndəliyə konsul E.F.Bisrinq rəhbərlik etmişdir. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin aprel ayının 2-də qurulmuşdur. === Fövqəladə və səlahiyyətli səfirlər === ==== Azərbaycan səfirləri ==== ==== Danimarka səfirləri ==== Hazırda Danimarkanın Azərbaycandakı səfiri 2017-ci ilin mart ayının 26-da öz etimadnaməsini Azərbaycan Prezidentinə təqdim etmiş Svend Ollinqdir. == Parlamentlərarası əlaqələr == Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Danimarka parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Bu işçi qrupu 7 mart 1997-ci il tarixində yaradılmış və ilk rəhbəri Fərəməz Maqsudov olmuşdur. 4 mart 2016-cı il tarixindən Sevinc Fətəliyeva işçi qrupunun rəhbəridir.
Saksonun Danimarka salnaməsi
"Danların əməlləri" (lat. Gesta Danorum), həmçinin "Saksonun Danimarka tarixi" (dan. Saxos Danmarkshistorie) və ya "Saksonun Danimarka salnaməsi" (dan. Saxos Danmarks Krønike) — XII əsr Danimarka tarixşünası Sakson Qrammatikin yazdığı yarı-əfsanəvi salnamə. Əsər Danimarkanın Sorö qəsəbəsindəki bir monastırda yazılmışdır. "Danların əməlləri" Sakson Qrammatikin müəllifi olduğu ən məşhur əsəridir. Salnamə Danimarka tarixinin ən əhəmiyyətli mənbəyi hesab edilir və millətin identikliyinin formalaşmasında böyük rolu olmuşdur. Əsər həmçinin Estoniya və Latviya tarixindən bəhs edən ən qədim sənəddir. Əsər Danimarka dini xadimi Lund yepiskopu Absalomun sifarişi ilə latın dilində yazılmış on altı kitabdan ibarətdir. "Danların əməlləri" əfsanəvi Kral Danın həyatından başlayaraq 1185-ci ilə qədər Danimarka tarixini, bir qədər də Skandinaviya tarixini təsvir edir.
Saksonun Danimarka tarixi
"Danların əməlləri" (lat. Gesta Danorum), həmçinin "Saksonun Danimarka tarixi" (dan. Saxos Danmarkshistorie) və ya "Saksonun Danimarka salnaməsi" (dan. Saxos Danmarks Krønike) — XII əsr Danimarka tarixşünası Sakson Qrammatikin yazdığı yarı-əfsanəvi salnamə. Əsər Danimarkanın Sorö qəsəbəsindəki bir monastırda yazılmışdır. "Danların əməlləri" Sakson Qrammatikin müəllifi olduğu ən məşhur əsəridir. Salnamə Danimarka tarixinin ən əhəmiyyətli mənbəyi hesab edilir və millətin identikliyinin formalaşmasında böyük rolu olmuşdur. Əsər həmçinin Estoniya və Latviya tarixindən bəhs edən ən qədim sənəddir. Əsər Danimarka dini xadimi Lund yepiskopu Absalomun sifarişi ilə latın dilində yazılmış on altı kitabdan ibarətdir. "Danların əməlləri" əfsanəvi Kral Danın həyatından başlayaraq 1185-ci ilə qədər Danimarka tarixini, bir qədər də Skandinaviya tarixini təsvir edir.
Corc (Danimarka şahzadəsi)
Danimarka və Norveç Şahzadəsi Corc (dan. Jørgen; ən tezi 1 mart 1653 və ən geci 11 noyabr 1653, Kopenhagen qəsri[d], Kopenhagen, Danimarka – 28 oktyabr 1708, Kensinqton, London, Böyük Britaniya krallığı) — Böyük Britaniya kraliçası Annanın əri idi. 1702-ci il martın 8-də Anna taxtdan çıxdıqdan 1708-ci ildə ölümünə qədər Britaniya monarxının yoldaşı idi.
Danimarka–Norveç əməliyyatı
Danimarka-Norveç əməliyyatı və ya "Vezerübunq" əməliyyatı (alm. Fall Weserübung‎) — 1940-cı ilin aprel-iyun aylarında İkinci dünya müharibəsi zamanı almanların Danimarkanı (alm. Weserübung-Süd‎) və Norveçi (alm. Weserübung-Nord‎) ələ keçirmək üçün apardığı hərbi əməliyyat. == Desant əməliyyatları == 1940-cı il 3 aprel tarixindən etibarən Alman limanlarını Stavanger, Trondheym və Narvikə gedən nəqliyyat vasitələri tərk etdi. Aprelin 7-də səhər üçdə Şimali Norveç üçün nəzərdə tutulmuş ordu birləşmələrini daşıyan Alman hərbi gəmiləri Şilliq yaxınlaşmalarına (Vilhelmshaven körfəzindən çıxışda) toplaşaraq şimala yönəldilər: bunlar "Qneyzenau" (vitse-admiral Günter Lütensin flaqmanlığı ilə) döyüş gəmiləri və "Şarnhorst," "Admiral Hipper" ağır kreyseri və 12 esmines. Şimal dənizinə və Şetland adaları-İslandiya xəttinə bir neçə donanma göndərildi. Gecə, alman donanması bir neçə gün davam edən bir fırtınaya düşdü: gəmilərə bir sıra ziyan vurdu və naviqasiyanı ciddi şəkildə çətinləşdirdi. Aprelin 8-də səhər 10-da admiral Hipper tək hərəkət edən "Qlouuolm"u vuraraq batırdı; Bundan sonra o və 4 esmines Trondheym əyalətinə yola düşdü. === Norveç === Vilhelm Heidkampın başçılıq etdiyi 1-ci desant qrupu, 9 aprel səhəri Narvik körfəzinə girdilər, burada danışıqlardan sonra Norveç döyüş gəmiləri Eysvold və Norge batırıldı.