Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qapıqulu
Qapıqulu (osman. قپوقولی, Kapıkulu) — Osmanlı imperiyasının daimi ordusunu təşkil edən və bilavasitə sultana tabe olan piyada, süvari və texniki sinifdən olan hərbi birləşmələrə və bu sistemə verilən ad. Qapıqulu ocaqlarının qurulmasından əvvəlki dövrdə Osmanlı imperiyasının hərbi qüdrətini piyadalar və müsəlləmlər təşkil edirdi. Qapıqulu əsgərləri əyalət əsgərləri və dəniz qüvvələri ilə birlikdə Osmanlı ordusunun üç əsas bölməsindən biri idi. Qapıqulu əsgərləri piyada olan yeniçərilər, cəbəcilər, topçular, top arabaçıları və süvarilərdən ibarət olan sipahi, silahdar, sağ ulufəcilər, sol ulufəcilər, sağ qəriblər və sol qəriblərdən ibarət idi. Şəhərin təhlükəsizliyinə və sərhədlərin mühafizəsinə cavabdeh olan və ümumiyyətlə tüfəng, qılınc, yay-ox, qalxan və nizələrdən silah kimi istifadə edən qapıqulu döyüşçü təbəqəsinin vəzifələri sərt və barışmaz qaydalarla bağlı idi. Bu qaydalara qəvanini-yeniçəriyan deyilirdi. Qapıqulu olacaq şəxs ailəsi və dini ilə bütün bağlarını kəsməli, hökmdardan başqa heç kimlə heç bir maddi və mənəvi bağlılıq hiss etməməli idi. Osman Qazinin hakimiyyəti dövründə ölkə kiçik miqyasda idi və ordu tayfa qüvvələrindən ibarət idi. Müəyyən dövrlərdə nəfir-i am adlı səfərbərlik çağırışı edilir və silahlı olan tayfa qüvvələri orduya çağırılırdı.
Sarısulu (Əhər)
Sarılar (fars. ساري سولي‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 572 nəfər yaşayır (109 ailə).