Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qalisiya sarışını
Qalisiya sarışını (qalis. Rubia galega; isp. Rubia gallega) — İspaniyanın Qalisiya bölgəsinə xas olan inək cinsi. Adını yer aldığı bölgədən və rəngindən alan bu cins sarı və qırmızı rənglə yanaşı başqa rənglərdə də ola bilir. Çəkisi 450-500 kq olub, orta ölçülüdür. Qalisiya sarışını əsasən ətinə görə saxlanılır. Südü isə ənənəvi Tetilla pendirinin hazırlanmasında istifadə olunur. Bu cins ilk dəfə 1933-cü ildə qeydə alınmışdır. 1900-cu illərdə simmental, İsveçrə qəhvəyisi və cənub Devons cinslərinin cütləşdirilməsi ilə yarandığı güman olunur.