Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mardoni
Mardoni Qobri oğlu (q.yun. Μαρδόνιος; e. ə. VI əsr – e.ə. 479, Plateya, Beotiya) — Yunan-İran müharibələri dövründə fars sərkərdəsi. Plateya döyüşündə həlak olmuşdur.
Zardoni
Zardoni — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 95 nəfərdir.
Kobus vardonii
Puku (lat. Kobus vardonii) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin su keçisi cinsinə aid heyvan növü. == Yayılması == Puku Mərkəzi Afrikada, əsasən Konqo, Zambiya, Botsvana və Anqolada yayılmışdır. Onlar əsasən çaybasar düzənliklər və bataqlıqların kənarlarında yaşayırlar.
Qeza Qardoni
Qeza Qardoni (mac. Géza Gárdonyi, doğum adı: Géza Ziegler; 3 avqust 1863[…] – 30 oktyabr 1922[…], Eqer) — Macarıstan yazıçısı və jurnalisti. Qeza Qardoni Macarıstan krallığının Aqard rayonunda anadan olmuşdur. Atası Macarıstanın qərbində yerləşən aristokrat malikanəsində maşinits idi. Müəllimlər üçün kolleci bitirərək bir neçə il müəllim və katolik kantoru kimi çalışdı. 1885-ci ildə Maria Molnar ilə ailə həyatı qurdu, lakin onların evliliyi uğurlu alınmadı və 1892-ci ildə ayrıldılar. 1880-ci illərin ortalarında jurnal və qəzetlər üçün yazılar yazmağa başladı. Yaradıcılığının ilk dövrlərində kənd həyatına həsr olunmuş "Qöre Qabor" (mac. Göre Gábor) adlı satirik məktublarını yazaraq müvəffəqiyyət qazandı, sonra isə məktubları yazmaqdan imtina etdi. Əsrin sonlarına doğru öz romanlarında tarixi motivlərə daha çox yer verdi.
Şardone
Şardone — üzüm növü. Qədim zamanlardan mərkəzi və şimal-şərqi Fransa üzümlüklərində becərilir. Krasnodar diyarının Qara dəniz sahillərində, Ukraynada (əsasən Krım vilayəti), Gürcüstanda və Moldovada geniş yayılmışdır. Respublikamızda Ağstafada və üzüm kolleksiyalarında becərilmişdir. Bu sort tez-tez Pineo Şardone adlandırılır. Morfoloji əlamətlərinə görə Pino qrupuna daxil olan sortların hamısından fərqlənir. Yalnız istifadə istiqamətinə görə oxşarlıqları vardır (şampan şərabçılığında). Kolları orta böyümə gücünə malikdir. Çiçəkləri öz-özünü tozlayandır. Salxımı xırda və orta, silindrik və yaxud konusvari, az hallarda pəncəli, sıx və seyrəkdir.
Stefan Sarkotiç
Stefan Sarkotiç fon Lovçen (xorv. Stjepan Sarkotić Lovćenski, alm. Stephan Sarkotić von Lovćen‎; 4 oktyabr 1858 – 16 oktyabr 1939, Vyana) — xorvat mənşəli Avstriya-Macarıstan hərbi və siyasi xadimi, general-polkovnik (1917). Xorvatiyanın Otoçats şəhəri yaxınlığındakı Sinats kəndində, leytenant ailəsində anadan olmuşdur, Terezian Hərbi Akademiyasını və Baş qərargah akademiyasını bitirmişdir. Bosniyada, piyada alayında xidmət etmişdir. Sonra kəşfiyyatda xidmət etdi, Bolqarıstan, Serbiya, Rusiyada olmuşdur. Sonra Sarkotiç Avstriya-Macarıstan ordusunda müxtəlif komandanlıq vəzifələrində xidmət etdi. Birinci Dünya Müharibəsinin başlaması ilə Sarkotiç 42-ci Honduran diviziyasının komandiri təyin edildi və Serbiya cəbhəsinə göndərildi. Ancaq 1914-cü ilin oktyabr ayında Vyanaya çağrıldı. 1914-cü ilin dekabrında Bosniya və Herseqovina və Dalmasiyada komandir təyin edildi.
Şardone ipəyi
Şardone ipəyi və ya reyon ("bərq vuran", "parıldayan") – XIX əsrin 70-ci illərinin sonunda fransız kimyaçısı Lui Mari Gilyar Berniqo (1839–1924), qraf de Şardone tərəfindən yaradılmış süni material, ipəyin əvəzedicilərindən biri. Kimyəvi cəhətdən Şardone ipəyi mis-ammiak ipəyi və viskoza ipəyi kimi regenerasiya olunmuş və həddən artıq çökdürülmüş sellülozadır. İpəyəbənzər süni parçanın əldə edilməsi mümkünlüyü entomoloq Reomür tərəfindən hələ 1734-cü ildə qeyd edilsə də, ilk belə parça ancaq XIX əsrin sonlarında əldə edilmişdi. XIX əsrin 70-ci illərində qraf de Şardone fotoqrafiya ilə məşğul olarkən gördü ki, kollodi (fotoqrafiya lövhələrinin üstünü örtmək üçün istifadə olunan nitrosellüloz material) məhlulu tökülərkən yapışqan maddə alınır və onu kiçik dəliklərdən buraxanda ipək saplarına oxşar uzun saplar almaq mümkündür. Şardone üçün ipəkçilik yad mövzu deyildi. Bir dəfə o ipəkqurdlarının xəstəliyini tədqiq etmək üçün öz müəllimi professor Lui Pasterlə birlikdə Liona getmişdi. Bu xəstəlik ölkənin bütün ipək industriyası üçün təhlükə idi. Xəstəliyin səbəblərini dərhal aşkar etmək mümkün olmadığından o burada qalaraq ipəkqurdlarını və onların verdiyi sapı tədqiq etmişdi. Tarixə Şardone ipəyi və ya reyon (yəni "bərq vuran", Şardone özü materialı belə adlandırırdı) kimi daxil olmuş süni material bütün deyil, bəzi göstəricilərinə görə ipəyə bənzəyirdi: o yumşaq və parlaq idi, ancaq təəssüf ki, çox asan alovlanırdı. Şardone öz ixtirasını 1885-ci (başqa məlumata görə, 1884-cü ildə) ildə patentləşdirdi, 1891-ci ildə isə süni ipək istehsalına başladı.