Qeza Qardoni (mac. Géza Gárdonyi, doğum adı: Géza Ziegler; 3 avqust 1863[1][2][…] – 30 oktyabr 1922[1][2][…], Eqer) — Macarıstan yazıçısı və jurnalisti.
Qeza Qardoni | |
---|---|
mac. Gárdonyi Géza | |
Doğum adı | Ziegler Géza |
Təxəllüsü | Don Vigole, Göre Gábor, Mummery Róbert, Nemeskéry Sándor |
Doğum tarixi | 3 avqust 1863[1][2][…] |
Vəfat tarixi | 30 oktyabr 1922[1][2][…] (59 yaşında) |
Vəfat yeri |
|
Dəfn yeri | |
Uşağı | 4 |
Təhsili | |
Fəaliyyəti | jurnalist, yazıçı, dramaturq, şair, redaktor[d] |
Əsərlərinin dili | Macar dili |
Üzvlüyü |
|
gardonyigeza.hu | |
Qeza Qardoni Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Qeza Qardoni Macarıstan krallığının Aqard rayonunda anadan olmuşdur. Atası Macarıstanın qərbində yerləşən aristokrat malikanəsində maşinits idi. Müəllimlər üçün kolleci bitirərək bir neçə il müəllim və katolik kantoru kimi çalışdı. 1885-ci ildə Maria Molnar ilə ailə həyatı qurdu, lakin onların evliliyi uğurlu alınmadı və 1892-ci ildə ayrıldılar.
1880-ci illərin ortalarında jurnal və qəzetlər üçün yazılar yazmağa başladı. Yaradıcılığının ilk dövrlərində kənd həyatına həsr olunmuş "Qöre Qabor" (mac. Göre Gábor) adlı satirik məktublarını yazaraq müvəffəqiyyət qazandı, sonra isə məktubları yazmaqdan imtina etdi. Əsrin sonlarına doğru öz romanlarında tarixi motivlərə daha çox yer verdi.
1897-ci ildə anasi ilə Eqer şəhərinə köçdü və ömrünün sonuna kimi burada yaşadı. Öldükdən sonra da bu şəhərdə dəfn olundu. Yaşadığı evi hazırda onun adına muzey kimi fəaliyyət göstərir.
Qardoninin ən tanınmış əsəri olan "Eqerin ulduzları" (mac. Egri csillagok) 1899-cu ildə nəşr edilmişdir. Əsərin adı ədəbi olaraq Eqerin ulduzları kimi tərcümə olunur, lakin ingilis dilinə Ayparanın tutulması kimi tərcümə edilmişdir.
Əksər insanların fikrincə onun ən məşhur əsəri 191-ci ildə nəşr olunan "Görünməz adam" romanıdır. Əsərin adı ədəbi olaraq "Görünməz adam" kimi tərcümə olunur, lakin ingilis dilinə Macarların qulları kimi tərcümə edilmişdir. Əsər Atillanın Macarıstan hökmdarı olduğu vaxtları özündə əks etdirir.