Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Savurnon
Savurnon (fr. Savournon, oks. Savornon) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Ser kantonuna daxildir. INSEE kodu — 05165. 2008-ci ildə əhalinin sayı 249 nəfər təşkil edirdi. İqtisadiyyatın əsasını turizm və qoyunçuluq təşkil edir. Yerli torpaq əkinçilik üçün uyğun deyil.
Benzin sovuran
Benzin nasosu (БЦН-1, БЦН-2) — mərkəzdən qaçma prinsipi ilə işləyən, bəzi tankların və digər texnikaların (məsələn: Т-64, Т-72, БМП-1,2) yanacaq sistemində istifadə edilən nasos . Funksiyası çoxyanacaqlı dizel mühərrikini işini yüngül yanacaqla təmin etməkdir.
Şapuran məhəlləsi
Şapuran məhəlləsi — Türk səyyahı E.Çələbinin adını çəkdiyi, Şamaxının 26 məhəlləsindən biri. 1771 ilin avqustunda şəhəri gəzən alman alimi S.Qmelin Şapuran məhəlləsinin adını şəkir.
Şarqan səkkizliyi
Şarqan səkkizliyi (serb. Шарганска осмица / Šarganska osmica) — Serbiyanın Mokra Qora və Şarqan-Vitasi yaşayış məntəqələri arasından keçən ensiz dəmiryolu xətti. Turistlər üçün məşhur görməli yerlərdən biri. Serbiyanın 7 möcüzəsi siyahısına daxil edilmişdir. Mokra Qora qəsəbəsi ilə Şarqan aşırımı arasında dəmir yolunun tikintisi 1916-cı ildə başlanılır. Bosniya ilə Serbiyanı əlaqələndirməli olan dəmiryol əlaqəsi böyük bir layihə çərçivəsində Belqrad, Ujise, Vişeqrad və Sarayevo birləşdirilməlidir. Tikinti çətin ərazi ilə ziddiyyət təşkil edirdi, yollar yüksək dərələr və kəsik qayalardan keçməli idi. Bu məsələnin həlli üçün birinci sinif mütəxəssislər layihənin icrasına cəlb olunmuşdur. Relslər arasında məsafə 750 mm olaraq qəbul edildi. Çünki dar ölçülü dəmir yolları bu vəziyyətdə daha ucuz və tələblərə daha yaxşı cavab verirdi.
Əmir Surğan Sulduz
Əmir Surğan Sulduz (1310-1344), Elxanlı əmiri, Əmir Çoban Sulduz və Sultan Satıbəy xatunun oğlu. Azərbaycan tarixində səhifə açmış şəxsiyyətlərdən biri də Əmir Çoban Sulduz (?-1328) idi. Əmir Çobanın doqquz oğlu vardı. Bunlardan biri Əmir Surğan ana tərəfdən Çingizoğulları uruğuna bağlı idi. Onun anası Satıbəy xatun Sultan Məhəmməd Xudabəndə Olcaytu xan Elxanın (1304–1316) qızıydı. Əmir Surğanın adı ilkin mənbələrdə Suyurqan kimi də yazılır. Əmir Surqan Sulduzun anası Satıbəy xatın 1339-cu ildən 1340-cı ilədək Azərbaycanın hakimi olmuşdu. Qardaş-qohumları isə elxanlılar dövlətinin ictimai-siyasi yaşamında mühüm rol oynamışdılar. Sulduz elinin, Çobanlı soyunun tarixi haqqında tariximizdə kifayət qədər bilgi olduğundan ətraflı söhbətdən yan keçib, Əmir Surğanın tarixçəsi ilə kifayətlənəcəyik. 1334-cü ildə Qarabağ hakimi Məhəmməd bəy Quşçu bir sıra əmirlərə ittifaqa girib Sultaniyyədə Əbu Səidə qarşı iğtişaş qaldırdı və son nəticədə tutularaq həbs olundu.