Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ayşəgül Aldinç
Ayşəgül Aldinç (türk. Ayşegül Aldinç; 28 sentyabr 1957, İstanbul) — Türkiyə müğənnisi və aktrisası. == Həyatı == Ayşəgül Aldinç 28 sentyabr 1957-ci ildə Türkiyənin İstanbul şəhərində anadan olmuşdur. O, jurnalist və idman yazıçısı Orxan Aldinç ilə rəssamlıq üzrə müəllim Süheyla Aldinçin qızıdır. Onun ata tərəfi boşnak mənşəlidir. İstanbulun Cahangir məhəlləsində böyüyən Aldinç orta təhsilini anasının təyinatları səbəbilə Taksim, Qocamustafapaşa və Fəriköy rayonlarındakı məktəblərdə keçirmişdir. O, orta məktəbi Sultanəhməd Oğlan İncəsənət Məktəbində bitirmişdir. Aldinç bundan sonra Tətbiqi İncəsənət Akademiyasının (indiki Mərmərə Universiteti tərkibində) Keramika fakültəsini bitirmişdir. O, məzun olduqdan qısa müddət sonra Anafartalar orta məktəbində rəssamlıq üzrə müəllim olmuş, İstanbul Akaretler orta məktəbində isə musiqi müəllimi kimi işləmişdir. Aldinç 1978-ci ildə Mehmet Teoman ilə professional musiqi karyerasına başlamışdır.
Ayşəgül Ağdəmir
Ayşegül Akdemir (23 may 1979, İstanbul) Türkiyənin İstanbul şəhərində anadan olub. Bir müddət Memar Sinan Universitetinin Dövlət Konservatoriyasının Balet fakültəsində oxuduqdan sonra baletə davam edib. Həmçinin bundan başqa İstanbul Akademiya İncəsənət Mərkəzində dekorasiya kostyum təhsili də alıb. Teatra Müjdat Gəzən Sənət Mərkəzi Aktyor studiyasında başlayıb və Ayla Algandan teatr bədən dili və plastik makiyaj təhsili alıb. Məzuniyyətdən sonra BKM-nin açdığı imtahan ilə seminar oyunçuları arasına qatılıb. Müxtəlif televiziya serialları, reklam və teatr oyunlarında oynayıb.
Mustafa Sarıgül
Mustafa Sarıgül (15 noyabr 1956, İliç, Ərzincan ili) - Türkiyə biznesmeni və siyasətçisi, İstanbul şəhər Şişli bölgəsinin bələdiyyə başqanı (1999-cu ildən). == Həyatı == 15 noyabr 1956-cı ildə doğulub. === Uşaqlıq və gənclik dövrü === Atası Haqqı Sarıgül, anası Ayşə Sarıgüldür. Erzincandan İstanbula köçmüşlər. Güngören kənd ibtidai məktəbində təhsilə başlamış, İstanbula köçdükdən sonra Liseyi Zincirlikuyu İsov Yapı litseyində oxumuş, Məslək litseyini bitirmişdir. Mərmərə Universitetinin pedaqoji fakültəsini bitirmişdir. === Ailəsi === İlk həyat yoldaşı 1980-ci ildə öldürülən millət vəkili Abdurrahman Köksaloğlunun yeganə qızı idi. Bu evlilikten Abdurrahman Emir adında bir oğlu vardır. Yoldaşı 1985-ci ildə vəfat etdikdən sonra 8 il sonra 1993-cü ildə Aylin Kotil ilə evləndi. Evləndiklərində Sarıgül 36, Kotil isə 22 yaşında idi.
Aygül Qaradağlı
Aygül Qaradağlı (1 sentyabr 1959, Bakı) — Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi. == Həyatı == Aygül Aydın qızı Qaradağlı 1959-cu il sentyabrın 1-də Bakı şəhərində görkəmli diktor Aydın Qaradağlı və diktor Gültəkin Cabbarlının ailəsində doğulmuşdur. Xanım Qaradağlının kiçik, Vüqar Qaradağlının böyük bacısıdır. 1964-cü ildə tanınmış rəssam Güllü Mustafayeva "Bizim uşaqlar" silsiləsini yaradarkən Aygül Qaradağlının da şəklini çəkmişdir. Aydın Qaradağlının qızıdır.
Aygül İdrisova
Aygül İldusovna İdrisova (başq. Иҙрисова Айгөл Илдус ҡыҙы, doğ. 11 iyul 1995-ci il) — Başqırdıstanlı dama üzrə beynəlxalq qrosmeyster. 2019-cu ildə keçirilən dünya çempionatının gümüş mükafatçısı, 2017-ci dünya çempionatının bürünc mükafatçısı. Avropa çempionu (2016). == Təhsili == 2002-ci ildən 2011-ci ilə qədər A. Validi (İşimbay) adına 2 nömrəli Başqırd respublika Gimnaziyasında (İşimbay), 2011-2013-cü illərdə R.Qaripov adına 1 nömrəli Başqırd respublika Grammatika Məktəbində (Ufa) oxumuşdur. Yüksək təhsil göstəricilərinə görə medalla təltif olunmuşdur. 2013-cü ildən Başqırd Dövlət Universitetinin Fiziki-Texniki İnstitutunun Tətbiqi Fizika kafedrasının tələbəsidir. == İdman karyerası == 6 yaşında, uşaq bağçasına gedəndə dama oynamağa başlamışdır. Birinci sinifə getdikdən sonra məktəbdəki dama bölməsinə qatıldı.
Şaqul
Şáqul – ipdən və ucuna bağlanmış yükdən ibarət olan qurğudur və düzgün vertikal vəziyyəti təyin etmək üçün bir vasitədir. Yerin cazibə qüvvəsinin təsiri altında ip daim eyni istiqamət alır. == Tarix == Şaquldan istifadə qədim Misirdə binaların tikintisində yarandığı ehtimal olunur. Üçüncü Sülalənin axır vaxtlarına aid şaqullar tapılmışdır.İngilis dilində plumb – lat. "plumbum", bu da həmin cihazın daşın yerinə qurquşunla əvəz olunması ilə izah edilir. Misirlilər E hərfinin xatırladan bir alət icad etmişdilər, E-nin yuxarı qırağından yükü, yəni şaqulu asırdılar. Aləti divara yaxın qoyaraq baxırdılar. əyər ip E-nin aşağı çıxıntısına dəyirdisə, deməli divar düz dayanıb, yəni tam vertikaldır, şaqulidir. Maraqlısı odur ki, bu faydalı alət çox güman ki əsrlər boyu unudulmuşdur və yenidən indiki zamanda qayıtdı. == İstifadə == Səthin şaquli olub olmamasını təyin etmək lazım olan hallarda istifadə olunur.
Ayşegül Akdemir
Ayşegül Akdemir (23 may 1979, İstanbul) Türkiyənin İstanbul şəhərində anadan olub. Bir müddət Memar Sinan Universitetinin Dövlət Konservatoriyasının Balet fakültəsində oxuduqdan sonra baletə davam edib. Həmçinin bundan başqa İstanbul Akademiya İncəsənət Mərkəzində dekorasiya kostyum təhsili də alıb. Teatra Müjdat Gəzən Sənət Mərkəzi Aktyor studiyasında başlayıb və Ayla Algandan teatr bədən dili və plastik makiyaj təhsili alıb. Məzuniyyətdən sonra BKM-nin açdığı imtahan ilə seminar oyunçuları arasına qatılıb. Müxtəlif televiziya serialları, reklam və teatr oyunlarında oynayıb.
Dariuş Şayeqan
Dariuş Şayeqan (fars. داریوش شایگان‎; 24 yanvar 1935, Tehran – 22 mart 2018, Tehran) — müasir İran və Yaxın Şərq mütəfəkkiri. == Həyatı == Tehranda iranlı bir ata və bir gürcü anada anadan olub. Şayeqan Parisdəki Sorbonne Universitetində oxuyub. Tehran Universitetində Sanskrit və Hindistan dinlərinin professoru idi. Farsca əlavə, Şeyqan fransız və ingilis dillərində yazırdı və gürcü, rus və türk dillərində (həm Osmanlı, həm də Azərbaycan dilində) səlis danışırdı. İngiltərədəki bir internat məktəbində bir gənc ikən Şayegan təhsil aldığı müddətdə Cenevrədə yaşadı, burada Cenevrə Universitetində fransız ədəbiyyatı, fəlsəfəsi, Sanskrit və siyasi elmləri oxudu. Şayeqan, doktor Dr. Henry Corbenin rəhbərliyi ilə Sorbonnada doktorluq dərəcəsini (doktorluq dövrü) aldı, "İnsanlar və təsəvvüf arasındakı münasibətlər", "Məcma əl-Baqrain", Dara Şokux mövzularında dissertasiya müdafiə etdi. Şayeqan Şərq və Qərb mədəniyyətlərinin epistemoloji xüsusiyyətləri və aralarındakı dialoqun mümkünlüyünə dair bir çox qabaqcıl əsərlər yazmışdır.
Ayətul-kursi
Ayətul-kursi - Bəqərə surəsinin 255-ci ayəsi. == Ərəb dilində == أَللّٰهُ لَا إِلٰهَ إِلَّا هُوَ ٱلْحَيُّ ٱلْقَيُّومُ ---- لَا تَأْخُذُهُ سِنَةٌ وَلَا نَوْمٌ ---- لَهُ مَا فِي ٱلسَّمَوَاتِ وَمَا فِي ٱلْأَرْضِ ---- مَنْ ذَا ٱلَّذِي يَشْفَعُ عِنْدَهُ إِلَّا بِإِذْنِهِ ---- يَعْلَمُ مَا بَيْنَ أَيْدِيهِمْ وَمَا خَلْفَهُمْ ---- وَلَا يُحِيطُونَ بِشَيْءٍ مِنْ عِلْمِهِ إِلَّا بِمَا شَاءَ ---- وَسِعَ كُرْسِيُهُ ٱلسَّمَوَاتِ وَٱلْأَرْضَ ---- وَلَا يَؤُدُهُ حِفْظُهُمَا وَهُوَ ٱلْعَلِيُّ ٱلْعَظِيمُ == Tərcüməsi == Allahdan başqa heç bir tanrı yoxdur. (Zatı və kamal sifətləri ilə hər şeyə qadir olub bütün kainatı yaradan və idarə edən, bəndələrini dolandıran və onların işlərini yoluna qoyan) əbədi, əzəli varlıq Odur. O nə mürgü, nə də yuxu bilər. Göylərdə və yerdə nə varsa (hamısı) Onundur. Allahın izni olmadan (qiyamətdə) Onun yanında (hüzurunda) kim şəfaət (bu və ya digər şəxsin günahlarının bağışlanmasını xahiş) edə bilər? O, bütün yaranmışların keçmişini və gələcəyini (bütün olmuş və olacaq şeyləri) bilir. Onlar (yaranmışlar) Allahın elmindən Onun Özünün istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun kürsüsü (elmi, qüdrət və səltənəti) göyləri və yeri əhatə etmişdir. Bunları mühafizə etmək Onun üçün heç də çətin deyildir.
Ayşegül Çelik Şahin
Ayşegül Çelik Şahin (1968, Ankara) — Türk yazar. Hacettepe Universiteti İqtisadi ve İdari Programlar və Ankara Universiteti Dil və Tarix-Coğrafiya fakültəsi Teatr yazarlığı bölmələrində təhsil almışdır. Hacettepe Universitetində Sosial Antropologiya üzrə yüksek lisans programına qatılmışdır. Hekayə, şeir ve məqalələri; "Varlık", "Milliyet","Sanat", "Hürriyet" "Gösteri", "Doxa","Bütün Dünya", "Kent ve Gençlik", :Bireşim", "Hoşça kal","Bay Düzyazı" kimi dergilərdə çap olunmuşdur. Televiziya, kino və səhnə üçüb ssenari yazarlığı bəzənsə, televiziya üçün bir uşaq proqramının yazarlığını həyata keçirdi. Radio oyunları isə TRT tərəfindən mükafatlandırıldı. 2002-2007 illər arasında, Ankara Universiteti Dövlət Konservatoriyasında, Dünya ədəbiyyatı derslərini tədris emişdir. Hüseyin Rahmi Gürpınarın 'Kaynanam nasıl kudurdu?' romanı əsasında hazırladığı ssenari, 2009-2010-ci illərdə Dövlət teatları tərəfindən səhnələndirildi. "Kadın öykületinde Ankara" v "Belki Varmış Belki Yokmuş" adlı çox müəllifli kitablara hekayələri ilə qatıldı. "Şehper; Dehlizdeki Kuş" adlı hekayə kitabı, 2009-cu ildə "Notre Dame De Sion" Ədəbiyyat mükafatlarında yer aldı.
Aşağı Siyaqul (Soyuqbulaq)
Aşağı Siyaqul (fars. سياقول سفلي‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 142 nəfər yaşayır (22 ailə).
Yuxarı Siyaqul (Soyuqbulaq)
Yuxarı Siyaqul (fars. سياقول عليا‎) — İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 126 nəfər yaşayır (15 ailə).
Şaqul xətti
Şaqul xətti - Ağırlıq qüvvəsinin təsiri üzrə olan xəttdir Şaqul xəttinin istiqaməti hər bir nöqtədə ucundan yük (ağırlıq) asılmış sapla müəyyən edilir.