Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Stavanger Universiteti
Stavanger Universiteti — Norveçin Stavanger şəhərində yerləşən ictimai tədqiqat universiteti. 2024-cü ildə universitetin büdcəsi təxminən 2 milyard Norveç kronu idi ki, bu da təxminən 190 milyon ABŞ dollarına bərabərdir. Universitet 1969-cu ildə Roqaland Regional Kolleci kimi yaradılmışdır. 1994-cü ildə Roqaland Kollec mərkəzi, Stavanger Tibb kolleci, Stavanger Sosial İş kolleci, Norveç Turizm kolleci, Stavanger Təhsil kolleci, Roqaland Musiqi Konservatoriyası və Konqreqasiya kollecləri birləşdilər və həmən il universitetin adı Stavanger Universitet Kolleci olaraq dəyişdirildi. 2005-ci ilin yanvarında kollecə universitet statusu verildi. Bu universitet Norvecdə birləşmə nəticəsində yaranan ilk universitetdir. 2009-cu ildə Stavanger Arxeologiya Muzeyi Stavanger Universitetinə köçürüldü. Stavanger Universiteti 2018-ci ildə Elmi Heyət üzvülüyünə düşən tədqiqat nəşrlərinin sayına görə Norveçdə üçüncü, ümumilikdə isə beşinci sırada yer almışdı. 2012-ci ilin oktyabrında Universitet Avropa İnnovativ Universitetlər Konsorsiumunun (ECIU) üzvü oldu. Universitetdə 6 fakültə fəaliyyət göstərir: Təhsil və İdman Elmləri bölməsi İbtidai təhsili böbəsi Mədəniyyətşünaslıq və Dillər bölməsi Media və Sosial Elmlər bölməsi Sosial Elmlər fakültəsi Norveç Otel İdarəetmə məktəbi Elektrik mühəndisliyi və Kompüter Elmləri bölməsi Stavanger AI laboratoriyası Riyaziyyat və Fizika kafedrası Mexanika və Struktur mühəndisliyi və Materialşünaslıq şöbəsi Təhlükəsizlik, İqtisadiyyat və Planlaşdırma departamenti Kimya, Bioelmlər və Ətraf mühit mühəndisliyi şöbəsi Enerji ehtiyatları departamenti Energetika və Neft mühəndisliyi şöbəsi * Xalq Sağlamlığı idarəsi Keyfiyyət və Sağlamlıq Texnologiyası departamenti Etika şöbəsi Klassik musiqi kafedrası Caz, Rəqs, PPU (Təhsil nəzəriyyəsi və təcrübəsi) və musiqi şöbəsi Məktəb geniş çeşiddə təhsil proqramları təklif edir və Norveçdə biznes idarəçiliyi üzrə magistratura səviyyəsində tələbələrə təhsil verən ən böyük müəssisələrdən biridir.