Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Saral
Gürcüstan kəndləri Yuxarı Saral — Gürcüstan Respublikasının Aşağı Kartli diyarı Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. Aşağı Saral — Gürcüstan Respublikasının Aşağı Kartli diyarı Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. Sarallar — Gürcüstan Respublikasının Aşağı Kartli diyarı Bolnisi bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. İran kəndləri Yuxarı Saral (Əlmehdi) — Qərbi Azərbaycan ostanının, Nəqədə şəhristanının, Məhəmmədyar bəxşinin, Əlmehdi dehestanında kənd. Aşağı Saral (Əlmehdi) — Qərbi Azərbaycan ostanının, Nəqədə şəhristanının, Məhəmmədyar bəxşinin, Əlmehdi dehestanında kənd. Ermənistan kəndləri Saral (Hamamlı) — Ermənistan Respublikasının Loru mərzinin Saral bələdiyyəsində kənd. Digər Saral — Qəbələ rayonu ərazisində dağ silsiləsi. Saralçay — Qəbələ rayonu ərazisində çay.
Dcraw
Dcraw — Raw faylları, PPM və TIFF formatlarına çevirmək üçün pulsuz kompüter proqramıdır və Dave Coffin tərəfindən ANSI C dilində yazılmışdır . Raw formatının yeni tətbiqləri ilə dcraw yeni rəqəmsal kameraları dəstəkləmək üçün daim yenilənir . Dcraw çox populyardır və həm pulsuz, həm də kommersiya xarakterli çoxlu sayda RAW proqramlarını dəstəkləyir.dcraw UNIX fəlsəfəsinə uyğun olaraq yazılmışdır : Proqram əmr xətti skriptləri (skriptləri) yaratmaq üçün istifadə etməyə imkan verən əmr xətti rejimində istifadə edilə bilər . == Dcraw istifadə edən GUI proqramları == XnView şəkil görüntüləyicisidir. Helicon Filter rastr qrafik redaktorudur. Mac OS X üçün dcRAW-X EasyHDR HDR şəkilləri yaratmaq üçün proqramdır . LibRAW === Raw şəkil çeviriciləri === UFRaw həm də GIMP qrafik redaktoru üçün plagindir .
Ninja Scroll
Ninja Scroll (yap. 獣兵衛忍風帖 – Jūbē Ninpūchō; azərb. Nindzanın manuskripti‎) – 1993-cü ildə çəkilmiş tam metrajlı animedir. Animenin rejissoru Yoşiaki Kavaciridir. Feodal Yaponiya, XVII əsrin əvvəli. Yamaşiro əyalətində birdən vəba epidemiyası başlayır. Bütün sakinlər xəstəlik olan yeri tərk edir, amma qonşu samuray boylarının lideri Motidzuke, Koqa nindza qrupunu kəşfiyyata göndərir, lakin inanılmaz gücə malik olan qəribə insanlar, dərhal çağırılmamış qonaqları məhv edir. Bütün kəşfiyyatçılar dəstəsində yalnız qadın nindza olan Kaqero sağ qalır. Səyyahlıq eden samuray Cubey, xoşbəxtlikdən oradan keçib, Kaqeronu ölümdən xilas edir və təcavüzkarı şiddətli döyüşdə məğlub edir. Cubey bilməyir ki, onun öldürdüyü adi cin yox, "Səkkiz Kimon Şeytanların"dan biridir.
Aşağı Saral
Aşağı Saral — Gürcüstan Respublikasının Kvemo Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd.
Brawl Stars
Brawl Stars — Finland videooyun şirkəti Supercell tərəfindən tərtib edilmiş çox oyunçulu, döyüş arenası videooyunu. Qlobal olaraq 12 dekabr 2018-ci ildə iOS və Android platforması üçün buraxılmışdır. Oyunda müxtəlif oyun rejimləri mövcuddur, burada oyunçular hər birinin özünəməxsus bacarıqları olan "brawler" adlanan personajları seçir, onları matçlarda idarə edərək bir-birlərini məğlub etməyə çalışırlar. == Oynanış == Oyunçunun məqsədi oyun kuboku yolunda (ing. Trophy Road) irəliləmək, digər oyunçularla döyüşlərdə iştirak etmək və unikal qabiliyyət eləcə də xüsusiyyətlərə malik yeni oynana bilən personajları açmaq və təkmilləşdirməkdir. Oyunun oynanışı müxtəlif oyun rejimlərində iki nəfərdən ibarət komandada və ya üç və ya beş nəfərlik kooperativdə digər oyunçulardan ibarət komandanı və ya süni intellektlə idarə olunan rəqibi təkbaşına məğlub etməyə yönəlib. Oyunçular hər biri öz bacarıqları və super gücləri olan personajları seçə bilərlər. Həmçinin, personajların hər birinin öz ulduz gücləri və qacetləri var, onları oyunda bir stardrop açmaqla əldə etmək və ya mağazadan almaq mümkündür. 2020-ci ilin may ayında oyunun yeniləmələrindən birinə Brawl Pass adlı yeni mükafat sistemi əlavə edildi. Oyunçular döyüşlərdə iştirak etdikcə, mükafat səviyyələrini açmaq üçün istifadə edilən oyundaxili valyuta olan tokenlər qazanırlar.
Saral (Hamamlı)
Saral — Qərbi Azərbaycanın (indiki Ermənistan) Pəmbək mahalının Hamamlı rayonunda qədim kənd. Saral İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Hamamlı (Spitak) rayonunda kənddir. Rayon mərkəzindən 7 km şərqdə, Pəmbək (Pambək) çayının sol qolu Cicixan çayının sağ sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kəndin ilk adı Sarala olmuşdur. Hamamlı (prototürk — sakca adı — Hamama) (Spitak) rayonu təşkil edilənədək (1937) Quqark (Qarakilsə) rayonunun tərkibində olmuşdur. Erməni mənbələrində kəndin X–XII əsrlərdə salındığı göstərilir. Toponim Sarala adlı hun- türk tayfasının adı əsasında əmələ gəlmişdir. Etnotoponimdir, quruluşca sadə toponimdir. Kənddə 1831-ci ildə 54 nəfər, 1873-cü ildə 539 nəfər, 1886-cı ildə 654 nəfər, 1897-ci ildə 754 nəfər, 1908-ci ildə 951 nəfər, 1914-cü ildə 1111 nəfər, 1916-cı ildə 982 nəfər azərbaycanlı yaşamışdır.
Saral (Pəmbək)
Saral — Qərbi Azərbaycanın (indiki Ermənistan) Pəmbək mahalının Hamamlı rayonunda qədim kənd. Saral İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Hamamlı (Spitak) rayonunda kənddir. Rayon mərkəzindən 7 km şərqdə, Pəmbək (Pambək) çayının sol qolu Cicixan çayının sağ sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kəndin ilk adı Sarala olmuşdur. Hamamlı (prototürk — sakca adı — Hamama) (Spitak) rayonu təşkil edilənədək (1937) Quqark (Qarakilsə) rayonunun tərkibində olmuşdur. Erməni mənbələrində kəndin X–XII əsrlərdə salındığı göstərilir. Toponim Sarala adlı hun- türk tayfasının adı əsasında əmələ gəlmişdir. Etnotoponimdir, quruluşca sadə toponimdir. Kənddə 1831-ci ildə 54 nəfər, 1873-cü ildə 539 nəfər, 1886-cı ildə 654 nəfər, 1897-ci ildə 754 nəfər, 1908-ci ildə 951 nəfər, 1914-cü ildə 1111 nəfər, 1916-cı ildə 982 nəfər azərbaycanlı yaşamışdır.
Yuxarı Saral
Yuxarı Saral — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd.
Aşağı Saral (Əlmehdi)
Aşağı Saral (fars. سارال سفلی‎) — İranın Qərbi Azərbaycan ostanının Nəqədə şəhristanının Məhəmmədyar bəxşinin, Əlmehdi dehestanında kənd. == Tarix == 1980-ci ilin Noyabr ayının 25-ci günündə bölgədə fəaliyyət göstərən radikal Kürd terrorçuları, etnik Azərbaycanlıların yaşadığı Yuxarı Saral və Aşağı Saral kəndlərinə hücuma keçərək; adı çəkilən kəndləri müxtəlif çaplı silahlarla atəş tutmuşlar. Kəndlilərin həmin ərazini tərk etməsi ilə terrorçular iki günlük bir müddət üçün Yuxarı Saral və Aşağı Saral kəndlərini ələ keçirərək tamamilə yandırmışlar. Noyabr ayının 27-ci günündə həmin ərazilər terrorçulardan təmizlənərək, bu iki kəndin Türk kökənli yerli əhalisi öz yurdlarına dönə bilmişlər. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 118 nəfər yaşayır (20 ailə). Əhalisi Qarapapaq türklərindən ibarətdir və azərbaycan dilində danışır. Kənd əhalisi islamın şiə məzhəbinə etiqad edir. Saral Qarapapaq boyunun oymaqlarından birisi olub hazırda Gürcüstanın Marneuli bələdiyyəsində də Aşağı Saral və Yuxarı Saral adında kəndlər mövcuddur. Bu oymaq Sulduz bölgəsindəki səkkiz Qarapapaq oymağından birisi olub Aşağı Saral və Yuxarı Saral kəndlərindən başqa Qalacıq, Hacı Firuz və Şıx Əhməd kəndlərində də yaşayırlar.
Yuxarı Saral (Əlmehdi)
Yuxarı Saral (farsca: سارال علیا) — Qərbi Azərbaycan ostanının, Nəqədə şəhristanının, Məhəmmədyar bəxşinin, Əlmehdi dehestanında kənd. 1980-ci ilin Noyabr ayının 25-ci günündə bölgədə fəaliyyət göstərən radikal Kürd terrorçuları, etnik Azərbaycanlıların yaşadığı Yuxarı Saral və Aşağı Saral kəndlərinə hücuma keçərək; adı çəkilən kəndləri müxtəlif çaplı silahlarla atəş tutmuşlar. Kəndlilərin həmin ərazini tərk etməsi ilə terrorçular iki günlük bir müddət üçün Yuxarı Saral və Aşağı Saral kəndlərini ələ keçirərək tamamilə yandırmışlar. Noyabr ayının 27-ci günündə həmin ərazilər terrorçulardan təmizlənərək, bu iki kəndin Türk kökənli yerli əhalisi öz yurdlarına dönə bilmişlər. 2006-cı il siyahıyaalınmasına əsasən kənddə 39 ailədə 186 nəfər əhali yaşayır. Əhalisi Qarapapaq türklərindən ibarətdir və azərbaycan dilində danışır. Kənd əhalisi islamın şiə məzhəbinə etiqad edir. Saral Qarapapaq boyunun oymaqlarından birisi olub hazırda Gürcüstanın Marneuli bələdiyyəsində də Aşağı Saral və Yuxarı Saral adında kəndlər mövcuddur. Bu oymaq Sulduz bölgəsindəki səkkiz Qarapapaq oymağından birisi olub Aşağı Saral və Yuxarı Saral kəndlərindən başqa Qalacıq, Hacı Firuz və Şıx Əhməd kəndlərində də yaşayırlar. Yuxarı Saral kəndində yaşayan Qarapapaq türklərinin Saral oymağı köçəri həyat tərzi yaşayaraq yaylağa Üşnəviyyə bölgəsinin dağlarına gedirlər.