Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sehrbazlıq
Sehr (lat. magia, yun. μαγικός — sehrbazlıq) — uydurma, xəyali məharətin və yaxud ağlasığmaz manipulyasiyanın köməyi ilə ətraf aləmə təsir etməkdir. Magik manipulyasiyanın əhatəsi çox genişdir: bu, sözlər (ovsunlar, dualar, cadu), əşyalar (həmayillər, qoruyucalar) yazılar və müxtəlif hərəkətlər ola bilər. Müxtəlif zamanlarda və müasir dövrdə ayrı-ayrı xalqlara məlum olan bir çox sehrbazlıq adətləri və mərasimləri təsvir edilmiş, sistemləşdirilmişdir Magiya başlıca olaraq bir insanın digər insanlara, heyvanlara, bitkilərə, hətta təbiət hadisələrinə təsir etmək bacarığına inamdır. Müşahidə edilən faktların həqiqi və qarşılıqlı əlaqələrini başa düşməyən və təsadüfi uyğunluğu tərsinə başa düşən insan belə hesab edirdi ki, xüsusi hərəkət və sözlərlə o, insanlara kömək və yaxud pislik edə bilər, qabaqcadan görmə ilə müvəffəqiyyətini və ya müvəffəqiyyətsizliyini təmin edə bilər, tufan törədə bilər və ya onu sakitləşdirə bilər. Magiya elementləri əksər xalqların dini adət-ənənəsində öz əksini tapıb. == Tərif və Məna == Magiya sözü qədim Azərbaycan tayfalarından olan maqların adı ilə bağlıdır. Belə ki, qədim dövrlərdə məhz maqlar sehr və əfsunla məşğul olduqlarına görə qədim yunanlar bu cür əməlləri "maqların əməli" anlamında "magious" adlandırıblar. Zaman keçdikcə həmin söz latınların da dilinə keçib və magiya şəklində bir çox dünya xalqarının dilində bu gün də işlənməkdə, maqların adını yaşatmaqdadır.Fövqəlbəşər gücləri istifadə ilə təbii prosesə müdaxilə edilməsi, təbiət qanunlarına zidd nəticələr əldə etmək üçün bəzi gizli və sirrli əməliyyatlar edilməsidir.
Sehrbazın qardaşı oğlu
Sehrbazın qardaşı oğlu (ing. The Magician's Nephew) – Klayv Steyplz Lyuis tərəfindən yazılan və Bodley Head tərəfindən 1955-ci ildə yazılmış epik fentezi roman. "Narniya xronikaları"nın nəşr olunmuş 6-cı kitabdır. Hekayə xronologiyası baxımından isə xronikaların 1-ci kitabıdır. Son nəşrlərində xronikaların 1-ci kitabı kimi göstərilir. Digər kitablar kimi bu kitabın da illüstrasiyalarını Paulina Bayns çəkmişdir. Kitabın nəşrçisi The Bodley Head Cefri Blesdən sonra xronikaların yeni nəşrçisi olmuşdur. "Sehrbazın qardaşı oğlu" seriyanın prikvelidir. Kitabın üçüncü hissəsində Aslanın təsadüfi müşahidəçilər tərəfindən 1900-cü ilin Londonundan gətirdikləri lampa dirəyində mərkəzləşmiş Narniyanı yaratması təsvir olunur. Müşahidəçilər daha sonra Narniya tarixinin başlanğıcında iştirak edirlər.
Sehrbazlar dəstəsi (film, 2013)
Yalan İllüziyası — Fransız rejissor Luiz Leterrier tərəfindən 2013-cü ildə çəkilmiş ABŞ filmidir. Film 21 may 2013-cü ildə təqdim edilmişdir. == Rollarda == Cessi Ayzenberq — J. Daniel Atlas, illüziyaçı və dörd atlının lideri. Mark Ruffalo — Dilan Rods, bank oğurluğunu araşdıran FTB agenti. Vudi Harrelson M erritt MakKinni, mentalist. Isla Fişer — Henli Rivs, eskapist. Deyv Frenko — Cek Uaylder, sürətli illüziyaçı. Mélanie Laurent — Alma Drey, bank oğurluğunu araşdıran İnterpol agenti. Morqan Friman — Thaddeus Bradley, sehrbazlar arasında sirrləri ortaya çıxararaq pul qazanan qoca sehrbaz. Maykl Keyn — Arthur Tressler, sığorta şirkəti müdiri və dörd atlının sponsoru.
Veyverli Pleysli sehrbazlar (teleserial, 2007)
Veyverli Pleysin sehrbazları (ing. Wizards of Waverly Place) serialda Castin Russo, Aleks və Meks adındakı 3 cadugər haqqındadır. Bu bacı və qardaşlar sehrlərini istifadə etməyi öyrənmək məcburiyyətindədir. Bir gün bir yarışma edəcəklər və ən güclü olan qazandıqda gücləri onda qalacaq, digərləri güclərini itirəcəklər. Serialın finalında Cadugərlik yarışması keçirilir və ailə cadugəri Aleks Russo seçilir. Bunu da bildirək ki, serialın "Dude Looks Like Shakira " hissəsində məşhur müğənni Şakira çəkilmişdir.Bundan başqa serial bitdikdən sonra davam filmi olaraq "The Wizards Return :Alex vs Alex" filmi lentə alınmışdır.Ancaq bu filmdə Devid Henri rol almamışdır.