CADU

is. [ fars. ]
1. Sehr, sehrbazlıq.
[Xanpəri:] [Dərvişin] cadusunda mən bir hikmət görmüşəm ki, əgər istəsə, bu saatda məni qocamdan boşadar. M.F.Axundzadə.
[Xırda xanım:] Ağa dərviş, deyirlər siz cadu ilə möcüzələr görsədirsiz, doğrudurmu? N.Vəzirov.
Məmmədsadıq kişi caduya, fala, falçıya inanan deyildi. B.Bayramov.

□ Cadu eləmək, caduya salmaq – bax cadulamaq. [Xala Yunusa:] [Yaqutun anasının] ağzı qurusun, sənə qarğış edirdi.
Deyir, qızımı caduya salıbdır. Ə.Məmmədxanlı.

2. Obrazlı təşbehlərdə: valehedici, füsunkar mənasında. Cadu baxışlar. Cadu tellər.
– Atdı müjgan oxun, keçdi sinəmdən; Cadu qəmzələri canıma düşdü. Aşıq Ələsgər.
Bir şux qıya baxdı, huş aldı sərdən; O cadu gözlərdə bir cadu gördüm. Aşıq Dilqəm.
Bir qızım var ki, bu cahan canı; Gözləri məst, qəmzəsi cadu. S.Ə.Şirvani.

Синонимы

  • CADU 1. CADU [Xırda:] Ağa dərviş, deyirlər siz cadu ilə möcüzələr görkəzirsiniz, doğrudurmu? (N.Vəzirov); ƏFSUN Əbülhəsən bəy: Onun səsində də bir cadu və
  • CADU sehr — ovsun — tilsim
CADDƏ
CADU-PİTİK

Значение слова в других словарях