Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sekvestr
Sekvestr (ing. sequestrum) – xroniki osteomielit nəticəsində yaranan ölmüş sümük fraqmentidir.
II Silvestr
Oriyaklı Herbert, II Silvestr (ing. Pope Sylvester II; ən tezi 945 və ən geci 950, bilinmir, Akvitaniya hersoqluğu, Fransa krallığı – 12 may 1003) — 999-cu ildən Roma papası II Silvestr, fransız riyaziyyatçısı, "Abaklar qaydası" traktının müəllifidir. II. Silvestr ( yakl. 946 - 12 May 1003) 2 Aprel 999-dan 1003-cü ildə vəfat edənə qədər Papa vəzifəsini icra etdi. Əslən Aurillac-dan Gerbert ( Gerbertus Aureliacensis və ya de Aurillac ; Gerbert d'Aurillac ), Silvestr məhsuldar bir alim və müəllim idi.Avropada ərəb rəqəmlərindən istifadə edərək onlu say sistemini tətbiq edən ilk şəxs olduğu deyilir. İlk Fransız Papası idi.
Silvestr Makkoy
Silvestr Makkoy (ing. Sylvester McCoy, anadan olanda adı - Persi Ceyms Patrik Kent Smit ing. Percy James Patrick Kent-Smith; 20 avqust 1943, Dunun) — Şotland aktyor. Ən çox 1986 və 1989-cu illər arasında «Doktor Kim» serialında yeddinci Doktorun rolunda oynayan aktyor kimi tanınır.
Silvestr Stallone
Silvestr Qardensio Stallone (ing. Silvestr Stallone; 6 iyul 1946[…], Hells Kitçen[d], Manhetten, Nyu-York, Nyu-York ştatı, ABŞ) — ABŞ aktyoru və filmmeykeri. Rokki və Rembo rollarının ifaçısıdır. O, 1977-ci ildə ekranlara çıxan "Rokki" filmindəki roluna görə "Oskar" mükafatına namizəd göstərilib. 2016-cı ildə ekranlaşdırılan "Krid" filmində Robert "Rokki" Balboa obrazını yenidən canlandırıb. Bu ifasına görə "Qızıl Qlobus" mükafatına layiq görülüb. Silvestr Stallone 1946-cı il iyul ayının 6-sı ABŞ-nin Nyu-York ştatının Nyu-York şəhərində yerləşən Manhetten borosundakı Hells Kitçen məhəlləsində anadan olub. Onun atası ABŞ-yə köçmüş italiyalı immiqrant Frenk-Stallone-böyük (ing. Frank Stallone, Sr., 1919–2011) bərbər vəzifəsində çalışmış, anası Jaklin Stallone (Jaklin Leybofiş) isə əslən Ukrayna yəhudisi olan astroloq, rəqqas və boks təbliğatçısı olmuşdur. Anasının doğuşu ağır keçmiş və həkimlər yanlışlıqla Stallonenin sinirlərini zədələmişdir.
Antuan İsaak Silvestr de Sasi
Antuan İsaak Silvestr de Sasi (fr. Antoine Isaac, Baron Silvestre de Sacy; 21 sentyabr 1758[…], Paris – 21 fevral 1838[…] və ya 22 fevral 1838, Paris) — fransız dilçisi və şərqşünası. == Həyatı == Məşhur fransız şərqşünası və dövlət xadimi Silvestr dö Sasi 1758-ci ildə Parisdə anadan olmuş, 1838-ci ildə orada vəfat etmişdir. Gənc yaşlarından şərqşünaslıqla məşğul olmuş, Şərq dillərini müəllim Don Bartrodan öyrənmişdir. 1781-ci ildə nümuzmatika üzrə məsləhətçi təyin edilmiş, sarayda qədim pulları oxumaqla məşğul imiş. Dörd ildən sonra qədim kitabələr və ədəbiyyat üzrə Fransa akademiyasına akademik seçilir. Fransa hökumətinin təkidilə yaradılmış "Şərq dilləri məktəbi"ndə (1795) ərəb dilindən dərs deyir. "Kollej dö Frans"da fars dili üzrə professor olmuşdur. 1808-ci ildə Fransa senatına deputat seçilmişdir. Burbonlar hakimiyyəti dövrünün (1814–1830) ən fəal xadimlərindən idi.