Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Quadrinity: Member's Best Selections
Quadrinity: Member's Best Selections — L'Arc~en~Ciel qrupunun kompilyasiya albomudur. Disc 1 - hyde best (Bütün mahnıların bəstəkarı - hyde) Disc 2 - tetsuya best (Bütün mahnıların bəstəkarı - tetsuya) Disc 3 - ken best (Bütün mahnıların bəstəkarı - ken) Disc 4 - yukihiro best (Bütün mahnıların bəstəkarı - yukihiro) yukihiro mahnıların adı dəyişdi.
Selestin
Selestin – Sr [SO4] — Rombik sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. Rəng – açıq-mavi, ağ, rəngsiz, sarımtıl, qırmızımtıl, yaşılımtıl, qəhvəyimtil; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə, ayrılma müstəvilərində sədəfi; Şəffaflıq – şəffaf, yarımşəffaf; Sıxlıq – 3,9-4,0; Sərtlik – 3-3,5; Kövrəkdir; Ayrılma – {001} üzrə mükəmməl, {210} üzrə orta, {010} üzrə qeyri-mükəmməl; Sınıqlar – qeyri-hamar; Morfologiya – kristallar: qalın lövhəşəkilli, qısasütunvari, bəzən uzunluğu 50 sm-dək olan prizmatik; İkiləşmə: {210} və {101} üzrə çox nadirdir; Mineral aqreqatları: dənəvər, lifli, lövhə-, qabıq- və torpaqvari kütlələr, jelvaklar, sekresiyalar, konkresiyalar, druzalar, lifli damarcıqlar, gips və üzvi qalıqlar üzrə psevdomorfozalar. Xemogen - çökmə əmələgəlmələri, əsasən, laqun və göl tipli olub, dolomit, əhəngdaşı, mergel, gipsli gillər və qumdaşlarında yayılmışdır. Selestin az hallarda hidrotermal yolla əmələ gəlir, əsas etibarilə püskürmə süxurların boşluqlarında müşahidə edilir. Birlikdə rast gəldiyi minerallar: kalsit, araqonit, gips, anhidrit, halit, barit, sərbəst kükürd, flüorit, stronsianit, qalenit, sfalerit, gil mineralları və b. Mineralın tapıldığı yerlər: Gembek və Ştadthagen (Almaniya); Qlosterşir qraflığında Klifton (Böyük Britaniya); Volqaboyu, Başqırdıstan (Rusiya); Türkmənistan; Qırğızıstan; Motakkam (Misir); Buffalo-Kouv (ABŞ) və b. Azərbaycanda Qobustanın balıqqulaqlı əhəngdaşlarında, Naxçıvan MR-da və bir sıra başqa yerlərdə aşkar edilmişdir. Şəkərin, istiqamətlənmiş güllələrin istehsalında, pirotexnikada, şüşə, keramika, kimya və əczaçılıq sənayesində, metallurgiyada istifadə edilən stronsiumun və onun birləşmələrinin əsas mənbəyidir. THE MINERAL CELESTINE Azərbaycan mineralları.
Section.80
Section.80 — ABŞ repçisi Kendrik Lamarın debüt studiya albomu. 2 iyul 2011-ci ildə Top Dawg Entertainment (TDE) tərəfindən buraxılıb. Kendrik albomunu buraxmazdan əvvəl K.Dot adı altında bir neçə miksteyp hazırlamışdı. 2010-cu ildə o, sayca dördüncü "Overly Dedicated" adlı miksteypini çıxarmışdı. Bu buraxılıdan sonra debüt albomu üzərində işləməyə başlayıb. Albom Billboard 200 cərgəsində 113-cü sıraya çatıb. 2014-cü ilin fevralına qədər 130,000 nüsxə satıb. Albom 2017-ci ildə RIAA tərəfindən qızıl sertifikat alıb.
Qarabağ selestin yatağı
Qarabağ selestin yatağı (qaz. Карабак целестин кени) — Qırğızıstanda selestin yatağı. Yataq ölkənin Batken rayonunda, Batken şəhərindən 8 km şimal-şərqdə yerləşir. Yataq 1959-cu ildə kəşf edilmişdir və dəniz səviyyəsindən 800–890 m yüksəklikdə yerləşir.