Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Quadrinity: Member's Best Selections
Quadrinity: Member's Best Selections — L'Arc~en~Ciel qrupunun kompilyasiya albomudur. == Treklər == Disc 1 - hyde best (Bütün mahnıların bəstəkarı - hyde) Disc 2 - tetsuya best (Bütün mahnıların bəstəkarı - tetsuya) Disc 3 - ken best (Bütün mahnıların bəstəkarı - ken) Disc 4 - yukihiro best (Bütün mahnıların bəstəkarı - yukihiro) yukihiro mahnıların adı dəyişdi.
Selestin
Selestin – Sr [SO4] — Rombik sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. == Xassələri == Rəng – açıq-mavi, ağ, rəngsiz, sarımtıl, qırmızımtıl, yaşılımtıl, qəhvəyimtil; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə, ayrılma müstəvilərində sədəfi; Şəffaflıq – şəffaf, yarımşəffaf; Sıxlıq – 3,9-4,0; Sərtlik – 3-3,5; Kövrəkdir; Ayrılma – {001} üzrə mükəmməl, {210} üzrə orta, {010} üzrə qeyri-mükəmməl; Sınıqlar – qeyri-hamar; Morfologiya – kristallar: qalın lövhəşəkilli, qısasütunvari, bəzən uzunluğu 50 sm-dək olan prizmatik; İkiləşmə: {210} və {101} üzrə çox nadirdir; Mineral aqreqatları: dənəvər, lifli, lövhə-, qabıq- və torpaqvari kütlələr, jelvaklar, sekresiyalar, konkresiyalar, druzalar, lifli damarcıqlar, gips və üzvi qalıqlar üzrə psevdomorfozalar. == Mənşəyi və yayılması == Xemogen - çökmə əmələgəlmələri, əsasən, laqun və göl tipli olub, dolomit, əhəngdaşı, mergel, gipsli gillər və qumdaşlarında yayılmışdır. Selestin az hallarda hidrotermal yolla əmələ gəlir, əsas etibarilə püskürmə süxurların boşluqlarında müşahidə edilir. Birlikdə rast gəldiyi minerallar: kalsit, araqonit, gips, anhidrit, halit, barit, sərbəst kükürd, flüorit, stronsianit, qalenit, sfalerit, gil mineralları və b. Mineralın tapıldığı yerlər: Gembek və Ştadthagen (Almaniya); Qlosterşir qraflığında Klifton (Böyük Britaniya); Volqaboyu, Başqırdıstan (Rusiya); Türkmənistan; Qırğızıstan; Motakkam (Misir); Buffalo-Kouv (ABŞ) və b. Azərbaycanda Qobustanın balıqqulaqlı əhəngdaşlarında, Naxçıvan MR-da və bir sıra başqa yerlərdə aşkar edilmişdir. == Tətbiqi == Şəkərin, istiqamətlənmiş güllələrin istehsalında, pirotexnikada, şüşə, keramika, kimya və əczaçılıq sənayesində, metallurgiyada istifadə edilən stronsiumun və onun birləşmələrinin əsas mənbəyidir. == İstinadlar == == Xarici keçidlər == THE MINERAL CELESTINE == Mənbə == Azərbaycan mineralları.
Qarabağ selestin yatağı
Qarabağ selestin yatağı (qaz. Карабак целестин кени) — Qırğızıstanda selestin yatağı. Yataq ölkənin Batken rayonunda, Batken şəhərindən 8 km şimal-şərqdə yerləşir. Yataq 1959-cu ildə kəşf edilmişdir və dəniz səviyyəsindən 800–890 m yüksəklikdə yerləşir.