Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sellüloz
Sellüloza bitki aləmində ən geniş yayılmış homopolisaxariddir. Karbon birləşmələrinin yarıdan çoxunu sellüloza təşkil edir. Bu ən çox kətanda (80-90%), çətənədə, samanda, bitkilərin oduncağında (40-50%) və pambığın lifində (90-98%) olur. Kimyəvi düsturu aşağıda: (C6H10O5)nBitkilər ildə 1011 ona yaxın sellüloza sintez edir. Bitkilərdə sellüloza başqa karbohidratlarala (hemisellüloza, liqinin və s.) birlikdə olur. Sellüloza hidroliz edilərkən D─qlükozanın β─forması əmələ gəlir. Sellülozanın molekul kütləsi 10-20 milyon arasında dəyişir, qlükoza qalıqlarının miqdarı 3000-dən 10 000-ə qədər olur və zəncirvari şaxələnir. Qlükoza qalıqları biri digəri ilə birinci və dördüncü karbonlar arasında β─1─4 qlükozid rabitələri hesabına birləşir. Təbiətdə sellüloz ən geniş yayılmış maddədir. Bitkilərin hüceyrələri ondan qurulmuşdur.
Sellüloza
Sellüloza (lat. cellula) — təbiətdə əsasən bitki aləmində geniş yayılmış polisaxarid olub, tərkibi [С6Н7О2(OH)3]n formulu ilə ifadə olunur. Yaşıl bitkilərin və eləcə də əksər yosunlar və oomisetlərdə hüceyrə divarının əsas kompanenti sellüoza hesab olunur. == Yayılması == Sellüloza nişastaya nisbətən daha çox yayılmış karbohidratdır. bitki hücüyrələrinin qılıfları sellülozadan ibarətdir. Quru ağacda 60%-ə qədər, pambıq və süzgəc kağızında isə 90%-ə qədər sellüloza olur. == Quruluşu == Molekul kütləsi bir neçə milyona çatır. Makromolekulları yalnız xətti quruluşa malikdir. Bir istiqamətdə yerləşərək onlar lif əmələ gətirir (kətan, pambıq və s.) == Fiziki xassələri == Təmiz sellüloza ağ, bərk maddədir, suda və adi üzvi həlledicilərdə həll olmur, mis 2-hidroksidin ammonyakda məhlulunda (Şveyser reaksiyası) yaxşı həll olur. Sellülozanın həll olmamasının səbəbi onun makromolekulları arasında başqa həlledicilərin qıra bilmədiyi, çoxlu sayda hidrogen rabitələrinin olmasıdır.
Sellulit
Sellulit (ing. cellulitis) – dərialti toxumanın qeyri-iltihabi zədələnməsidir. Morfoloji olaraq piy toxumanın hidrofilidir. Etioloji: infeksiya, allergiya, venoz qan dövranının pozulması. Çox vaxt qadınların klimakterik dövrünə düşür. Klinika: spontan diffuz, qeyri-müəyyən ağrılar, müxtəlif ölçü və konsistensiyalı düyünlər və infiltratlar, dəri düyün üzərində apelsin qabığına oxşayır, qızdırma və digər ümumi əlamətlər olmur.