Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sentimo
Sentimo — İspaniya, Portuqaliya və onların kaloniyalarında istifadə edilən valyutadır. Latın dilindən keçən bu söz sentimius sözündən götürülüb və mənası "yüzdə bir hissə" deməkdir. İspaniyanın əsas valyutası isə (ilkin avro) 100 sentimoya bərabər olan pesetadır. Portuqaliyada isə avroya keçənə qədər Portuqal rialı və sonradan eskudo istifadə edilmişdir. İspaniya sentimosu hal-hazırda avronun faizini xarakterizə edən ümumi yoldur.
Senhime
Senhime (千姫, 26 may 1597, Yaponiya – 11 mart 1666) – şoqun Tokuqava Hidetadanın qızı və Toyotomi Hideyorinin həyat yoldaşı. Anası Tatsuhime və Hideyorinin anası Yodoqimi bacı idilər. == Həyatı == Senhime 1597-ci ildə doğulmuşdur. 4 sentyabr 1603-cü ildə Toyotomi Hideyori ilə evləndirilmişdir. İki uşaq arasındakı bu birlik ölmüş Toyotomi Hideyoşinin vəsiyyəti əsasında baş versə də, əslində, Tokuqava və Toyotomi ailələri arasındakı pis münasibətləri yaxşılaşdırmaq məqsədi güdürdü. Lakin Toyotomi klanı Tokuqavaya itaət etmək istəmədiyi üçün bu plan uğursuzluğa düçar olmuş və Tokuqavanın Osaka hərakatını (1614–15) başlatması ilə nəticələnmişdir.Osaka qəsrinin süqutundan sonra Senhime həyat yoldaşının həyatını xilas etmək üçün atasının yanına göndərilmiş, lakin xahişi qəbul edilməmiş və Hideyori intihar etmişdir. Növbəti il Kuvana daymyosunun oğlu Honda Tadatoki ilə evlənmişdir. Hondanın 1626-cı ildəki ölümündən sonra həyatının qalan hissəsini Edoda dul keçirmişdir. == Mədəniyyətdə == Senhimenin həyatı bir çox əfsanə və rəvayətin yaranmasına gətirib çıxarmışdır. Ən məşhur rəvayətə görə Sakazaki Naomori onu Osaka qəsrindəki yanğından xilas edərək onunla evlənmək istəmiş və onu qaçırmağa cəhd etmişdir.
Santim
Santim — Mübadilədə istifadə edilən pul vahididir. Adı latın sözü olan centum (yüz) sözündən götürülmüşdür. Ölkə emitentinin dövlət dilindəki adının yazılışından asılı olaraq c (bütün fransız dilli ölkələrdə — fr. centime) və ya s (məsələn, Latviyada — latış. santīms‎)kimi tələffüz olunur. == İstifadəsi == === Mövcud olan mübadilə pul vahidləri === === Hesabi pul vahidləri === === Tarixi pul vahidləri === == İstinadlar == == Xarici keçidlər == Нумизматический словарь. / Зварич В. В. — 4-е изд. — Львов, 1980. Словарь нумизмата: Пер. с нем.
SENTO
Mərkəzi Müqavilə Təşkilatı və ya SENTO (ing. The Central Treaty Organization — CENTO), 1958-ci ilədək Bağdad paktı — Böyük Britaniya və ABŞ-nin təşəbbüsü ilə yaradılan, 1955-1979-cu illərdə Yaxın və Orta Şərq ölkələrini birləşdirən hərbi-siyasi blok. Təşkilatın üzvləri Böyük Britaniya, Fransa, Türkiyə, İran, İraq (1958-dək) və Pakistan idi. ABŞ formal olaraq təşkilata üzv olmasa da, 1957-ci ildən onun əsas komitələrinin iştirakçısı olmuşdur. SENTO-nun əsası 24 fevral 1955-ci ildə Bağdadda İraq və Türkiyə arasında imzalanan hərbi paktla qoyulmuşdur. Aprelin 4-də Böyük Britaniya, 23 sentyabrda Pakistan, 3 noyabrda isə İran bu pakta qoşuldular. 1958-ci ildə İraq blokdan çıxdığını elan etdikdən sonra, 1959-cu ildə ABŞ-la İran, Pakistan və Türkiyə arasında birbaşa və ya dolayı "kommunizm aqressiyası"na qarşı əməkdaşlıq barədə ikitərəfli müqavilələr imzalandı. Bu müqavilələr SENTO-nun fəaliyyət göstərdiyi ərazilərdə sovetpərəst, qərb əleyhdarı və digər təxribatçı qüvvələrə qarşı həlledici rol oynayırdı. XX əsrin 60-cı illərində və 70-ci illərinin əvvəllərində SENTO-ya üzv olan ölkələr arasında fikir ayrılıqları yaranmışdır. Bloka üzv olan müsəlman dövlətləri İsrailin ABŞ və digər qərb dövlətləri tərəfindən dəstəklənən fəaliyyətini tənqid edərək blok daxilində iqtisadi əməkdaşlığın gücləndirilməsini təklif edirdilər.
Lusi Septimi
Lusi Septimi (lat. Lucius Septimius; e. ə. I əsr – e. ə. I əsr) — Roma hərbçisi və muzdlu əsgəri. O, Axill ilə birlikdə Qney Pompeyin əsas qatillərindən biri kimi tanınır. Misirə qabiniani olaraq təyin edilən Lusi Septimi e.ə. 67-ci ildə Pompeyin quldurlara qarşı müharibəsində iştirak etmişdir. O, "Assassin's Creed Origins" (2017) video oyununda qeyri-oyunçu personajdır.
Septimi Sever
Lusi Septimi Sever (lat. Lucius Septimius Severus Augustus; 11 aprel 146, Leptis-Maqna, Afrika[d], Roma imperiyası – 4 fevral 211) — 9 aprel 193-cü ildən 4 fevral 211-ci ilə kimi Roma imperatoru, Severlər sülaləsinin əsasını qoymuş Beş İmperator İli imperatoru.