Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Elliott Ervitt
Elliott Ervitt (ing. Elliott Erwitt, 26 iyul 1928[…], Nöyi-sür-Sen, Fransa və ya Paris – 30 noyabr 2023, Manhetten, Nyu-York ştatı, ABŞ) — məşhur Fransa əsilli Amerikalı reklam və sənədli fotoqrafı. Ən yüksək şöhrəti ona qara və ağ fotoşəkilləri gətirmişdir. == Əvvəlki yaradıcılıq == Elliott Ervitt rus yəhudilərinin ailəsində Fransada anadan olub. Həyatının ilk 10 ilini İtaliyada keçirdi, sonra ailəsi Fransaya köçdü və oradan 1939-cu ildə ABŞ-yə köçdü. 1942–1944-cü illərdə Los-Ancelesdə fotoqrafiya təhsilini davam etdirdi. 1944-cü ildə Ervitin valideynləri boşandı, atası aliment ödəmədi və gənc özü üçün pul qazanmaq məcburiyyətində qaldı. 1948-ci ildən 1950-ci ilə qədər Nyu-Yorkda The New Schollda kinomatoqrafiya tədqiq etmişdir. == Fotoqrafiya karyerası == 1950-ci illərdə Ervitt Almaniya, Fransa, ABŞ ordusunda köməkçi fotoqraf kimi çalışmışdır. Daha sonra Collier, Look, Life və Holiday jurnalları üçün fotoqraf kimi işlədi.
Maykl Sərvətus
Migel Servet (ing. Michael Servetus; 29 sentyabr 1511 – 27 oktyabr 1553, Cenevrə, Cenevrə Respublikası[d]) — teoloq, həkim və hümanist alim. Servet bir çox elm sahəsində fəaliyyət göstərmişdir. Astronomiya, meteorologiya, coğrafiya, hüquq və incil kimi müxətlif sahələrdə çalışmışdır. Migel Servetin əsas fəaliyyət sahəsinə teologiya və həkimlik daxil olub. == Həyatı == Migel Servet Villanueva se Sijena şəhərciyində, İspaniyada 1511-ci ildə anadan olmuşdur. Doğum tarixi haqqında, dəqiq məlumat yoxdur. Bəzi qaynaqlarda 1509-cu ildə, doğuldu göstərilmişdir. Servetin atası Araqon krallığının zadəganlarından olan Sərveto nəslindəndir. Anası Monzon bölgəsində keçmiş yahudi ailəsindən idi.