Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Suveren
Suverenlik, suverenitet (fr. souveraineté — ali hakimiyyət) – ölkənin daxilində və ondan kənarda müstəqilliyin ifadəsi kimi dövlətin siyasi və hüquqi xüsusiyyəti olub onun öz daxili və xarici funksiyalarını azad və sərbəst şəkildə dövlətin konstitusiyası və qanunları, beynəlxalq hüququn hamılıqla tanınmış prinsipləri və normaları əsasında həyata keçirmək, habelə xalqın sərbəst və müstəqil şəkildə öz idarəetmə formasını müəyyən etmək hüququndan ibarətdir.
Suveren (İğdır)
Suveren — Türkiyənin İğdır ilinin İğdır ilçəsinə daxil olan kənd. Kənd 1928-ci il məlumatına görə Orkof olaraq adlandırılmışdır. İğdırdan 14 km uzaqlıqdadır. İğdır Universiteti kəndin ərazisində qurulmuşdur. 1886-cı il məlumatına görə kənddə 129 nəfər kürd yaşayırdı. Kənd digər kəndlərə nisbətdə iqtisadi olaraq daha inkişaf etdiyindən bura köç güclü olmuşdur. 1985-ci il siyahıya alınmasına görə kənddə 2.961 nəfər yaşamışdır.
Suveren dövlət
Suveren dövlət — beynəlxalq hüquqda ali hakimiyyəti təmsil edən, öz dövlətinin daxili və xarici siyasətində tamamilə müstəqil olan, başqa dövlətin hakimiyyətindən asılı olmayan və hansısa bir coğrafi ərazidə suverenliyi olan dövlət. Beynəlxalq hüquq suveren dövlətləri daimi əhaliyə sahib olmaqla, müəyyən bir ərazisi olmaqla, ali və tək hökuməti olmaqla və digər suveren dövlətlərlə münasibət qurmağa gücü olmaqla xarakterizə edir. Həmçinin, suveren bir dövlət başqa bir dövlətdən nə asılı, nə də həmin dövlətə tabe olmalıdır.
Karaş-Severin (judets)
Karaş-Severin judets (rum. Județul Caraș-Severin) — Banat tarixi bölgəsinin, Transilvaniya regionunda yerləşən Rumıniya judetsi. == Coğrafiyası == Sahə — 8520 km². Rumıniyanı qərbində yerləşən judetslər arasında sahəsinə görə ən böyük olan judets 3-cü yerdədir. Cənub-qərbdə — Serbiya ilə, şərqdə — Xunedoara və Qorj, şimalda — Timiş və cənub-şərqdə — Mexedintsi judetsləri ilə sərhəddir. == Əhalisi == 2007-ci ildə əhalinin sayı 327 579 nəfər təşkil edirdi, sıxlığı — 38,47 nəf./km². == İnzibati bölgüsü == Judetsə 2 bələdiyyə, 6 şəhər və 69 kommuna daxildir.
Fəxriyyə Evcen
Fəxriyyə Evcən (4 iyun 1986, Zolingen[d], Şimali Reyn-Vestfaliya) — Türk aktrisası. == Həyatı == Fəxriyyə Evcən 4 iyun 1986-cı ildə Almaniyada anadan olub. Atası Salonik köçkünü, anası isə çərkəz mənşəlidir. Ailəsi uzun müddət Samsunda yaşayıb. Fəxriyyə evin kiçik qızıdır. Ailədə ondan yaşca böyük üç bacısı var: Neşe, Ayşən və Dəmət. Fəxriyyə Düsseldorf Universitetinin sosial elmlər fakültəsində təhsil alıb. O, türk, alman, ingilis və ispan dillərini bilir. Fəxriyyə Almaniyadan Türkiyəyə tətilə gəldiyi zaman rejissorların diqqətini cəlb edib. Təhsilini yarımçıq qoyan Fəxriyyə anası ilə birlikdə İstanbula yerləşib.
Seven (albom)
Seven – Mustafa Sandal-ın 2003-cü ildə çıxardığı 7-ci albomudur. "Seven" albomu "Universal Music Germany" leyblı tərəfindən istehsal edilmişdir. Albom 2004-cü ildə "Seven New Version" adı ilə istehsal edilmişdir. Albomda əvvəlki illərdə Mustafa Sandal tərəfindən ifa edilmiş bir sıra mahnıların yeni variantları vardır. Bir çox mahnılar ingiliscə ifa edilmişdir. Bu mahnılar Türkiyə də daxil olmaqla, bir çox Avropa ölkələrinin hit-paradlarında böyük uğur qazanmışdır.
Seven Churches
Seven Churches — "Possessed" qrupunun 16 oktyabr 1985-ci ildə yayımlanan debut albomları. Albom death metal subjanrının ən önəmli albomlarından biri sayılır. Bununla yanaşı, qrupun ən çox satılan albomudur. Cef Beserra (ing. Jeff Becerra) − vokal, bas-gitara Larri Lalonde (ing. Larry LaLonde) − elektrogitara Mayk Torrao (ing. Mike Torrao) − elektro gitara Mayk Sas(ing. Mike Sus) − zərb alətləri Rendi Börns (ing.
Severn Kullis-Suzuki
Severn Kullis-Suzuki (ing. Severn Cullis-Suzuki; 30 noyabr 1979, Vankuver, Britaniya Kolumbiyası) — Kanadalı fəal, spiker, aparıçı və müəllif. O, dünyaya müraciət edərək ekoloji problemlərlə bağlı mühazirələr oxuyub, dinləyiciləri öz dəyərlərini müəyyənləşdirməyə, gələcəyi düşünərək hərəkət etməyə və şəxsi məsuliyyət götürməyə çağırıb. Kanadalı ekoloq David Suzukinin qızıdır. Severn Kullis-Suzuki Britaniya Kolumbiyası, Vankuver şəhərində anadan olub və böyüyüb. Onun atası, genetik və ətraf mühit fəalı David Suzuki üçüncü nəsil yapon olan kanadalıdır. Anası yazıçı Tara Elizabet Kullisdir. Hələ Lord Tennison İbtidai Məktəbində olarkən, 9 yaşında o, ətraf mühit problemlərini öyrənməyə və digər uşaqlara onlar haqqında öyrətməyə həsr olunmuş uşaq cəmiyyəti olan Uşaqların Rifah Təşkilatını (ECO) təsis edir. 1992-ci ildə 12 yaşında Kullis-Suzuki Rio-de-Janeyroda keçirilən Yer Sammitində iştirak etmək üçün ECO üzvlərinin köməyi ilə pul toplayır. Qrup üzvləri Mişel Quiq, Vanessa Sutti və Morqan Qeysler ilə birlikdə Kullis-Suzuki sammitdə ətraf mühit məsələlərini gənclər baxımından təqdim edir.
Serezen-de-la-Tur
Serezen-de-la-Tur (fr. Sérézin-de-la-Tour) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Burquen-Jalye-Syud kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38481. Kommunanın 1999-cu il üçün əhalisi 611 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 266 ilə 466 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 440 km cənub-şərqdə, Liondan 45 km cənub-şərqdə, Qrenobldan 55 km şimal-qərbdə yerləşir.
Bektaşi Ordeni Suveren Dövləti
Bektaşi Ordeni Suveren Dövləti ― Albaniyada yaradılması planlaşdırılan cırtdan dövlət və şəhər-dövlət. Bektaşi Ordeni Suveren Dövlətinin Albaniyanın paytaxtı Tirananın içində anklav olması və bektaşilərin hal-hazırkı, bütün dünya üzrə qərargahında yerləşməsi planlaşdırılır. == Tarixi == Bektaşi ordeni XIII əsrdə Osmanlı imperiyasında yaradılan sufi mistik təriqətdir. Bektaşi təriqəti Mərkəzi Anadolunun əslən Azərbaycan və İrandan olan türk köçəri tayfaları arasında inkişaf etmişdir. Bektaşilər həm sünnilər, həm şiələr tərəfindən bidətçi qəbul edilir. Mustafa Kamal Atatürk 1925-ci ildə bu təşkilatın lojalarını bağlamışdır. Beləliklə, təşkilat Türkiyədən Albaniyanın paytaxtı Tiranaya köçmüşdür. Albaniyada kommunizm dövründə təşkilat qadağan edilmişdir. Kommunizm dövründə təşkilatın mülklərində anbarlar tikilmiş, rejimin süqutundan sonra da bektaşilərin torpaqlarının kənarlarında mülki evlər tikilmişdir. 2024-cü ildə Albaniyanın baş naziri Edi Rama, dini tolerantlıq nümunəsi olaraq, Albaniyada və dünyanın qalan hissəsində İslama daha müsbət baxışları təbliğ etmək üçün Bektaşi Ordeninin Suveren Dövlətini yaratmağı planlaşdırdığını elan etmişdir.
Malta Suveren Hərbi Ordeni
Malta Suveren Hərbi Ordeni və ya Malta cəngavərləri (lat. : Cavalieri Ospitalieri ) ― XI əsrdə yaranmış dini və hərbi orden. Qospital Cəngavərləri vəya St. Jean Cəngavərləri təriqəti (Latınca: Cavalieri Ospitalieri / Xəstəxana Cəngavərləri) 1070-ci illərdə qurulan bir cəngavər təriqətidir. Sonralar Rodos Cəngavərləri, daha sonra Malta Cəngavərləri kimi tanınmışdır. İlk başçısı təxminən 1100-cü illərdə seçilmiş olan Peter Gerard idi. Qüds krallığı qurulduqdan sonra Godfroi de Bouillon təriqətə torpaq bağışlayır. 1113-cü ildə Papa II. Paschal onları təriqət kimi tanıyır. 1120-ci illərdə silahlanmağa başlayan təriqətin ilk hərbi fəaliyyətləri 1136-cı ildə həyata keçirilmişdir. Katolik kömək dərnəyi kimi bu günə qədər gəlib çıxan bu təriqət tarixdə bəzi dönəmlərdə müstəqil dövlət kimi güclü bir donanmaya sahib olmuş, Avropa, İslam və Osmanlı tarixində böyük izlər qoymuşdur.
The Seven Deadly Sins (manqa)
The Seven Deadly Sins və ya Yaponiyada tanınan adı ilə Nanatsu no Taizai (七つの大罪, azərb. Yeddi ölümcül günah‎) – Nakaba Suzuki tərəfindən yazılan və çəkilən manqa seriyası. 2012-ci ilin oktyabrından Kodansha nəşriyyatının "Weekly Shōnen Magazine" jurnalında nəşr olunur və indiyə kimi 36 tankobon cildi buraxılmışdır. Manqa seriyası Orta əsrlər Avropasını xatırladan dünyada krallığa qarşı döyüşən və Yeddi ölümcül günahı təmil edən yeddi döyüşçüdən bəhs edir. Manqa seriyası Şimali Amerikada Kodansha USA tərəfindən lisenziyalaşdırılmışdır. Bununla yanaşı, Crunchyroll tərəfindən manqa rəqəmsal olaraq 170-dən çox ölkə üçün yayımlanmışdır. 2018-ci ilə qədər manqa seriyasının 28 milyon nüsxəsi nəşr olunmuşdur. 2014-2015-ci illərdə A-1 Pictures tərəfindən istehsal olunmuş 24 seriyalıq anime serialı adaptasiyası yayımlanmışdır. 2018-ci ildə isə ikinci mövsümü buraxılmışdır. 18 avqust 2018-ci ildə anime filmi adaptasiyası ekranlaşdırılmışdır.
Cəvərən
Cəvərən (böyük səbət) — quru və tez əzilməyən meyvələri yığıb saxlamaq və uzaq məsafələrə daşımaq üçün istifadə olunan tərsinə qoyulmuş konus şəkilli, yaş sarı söyüdün çubuqlarından toxunan (hörülən) çox böyük səbətdir. Əlavə olaraq içərisində qovurma, ərinmiş yağ, bəkməz (doşab) saxlamaq üçün nəzərdə tutulmuş müxtəlif forma və ölçülü şüşə və ya saxsı qabların mühavizəsi məqsədiilə qoruyucu örtük şəklində də olur. Cəvərən (səbət) toxuma (hörmə) peşəsi Azərbaycanda geniş yayılmışdır.
Şüvərən
Şüvərən (lat. Sisymbrium) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinə aid bitki cinsi. Azərbaycanda yabanı halda 8 növü yayılmışdır. Bir ikiillik ot bitkiləridir. Lələkvari yarılmış yarpaqları var. Sarı rəngli çiçəkləri salxımvari çiçəkqruplarına yerləşir. Meyvəsi uzun – silindr formada buynuzmeyvədən ibarətdir. Toxumları uzunsovdur. Şüvərənin növləri bir-birindən əsasən çiçəklərinin quruluşuna görə fərqlənir. Tibbdə aşağıda göstərilən 3 növündən istifadə olunur: dərman şüvərəni – Sisymbrium officinale, qınabənzər şüvərən – Sisymbrium rucinatum lezeliya şüvərəni – Sisymbrium loeselii.
Şencen
Şencen (çin. 深圳市, ing. Shenzhen) və ya Sham Chun Çin Xalq Respublikasının Quandun əyalətinin əsas şəhəridir. Şəhər Honq Konq xüsusi inzibati bölgəsindən şimalda yerləşir və əyalət altı şəhər inzibati statusuna sahibdir. Şencen yaşayış məntəqəsinə 1979-cu ildə şəhər statusu verilmişdir. 1980-ci ildə isə burada Çinin ilk xüsusi iqtisadi zonası yaradılmışdır. 2010-cu ildə şəhər əhalisinin siyahıya alınması nəticələrinə əsasən əhalinin sayının on milyon nəfəri keçdiyi müəyyənləşmişdir. Şencen 1990-cı və 2000-ci illərdə dünyanın ən sürətlə böyüməkdə olan şəhərlərindən biri hesab olunurdu. Şəhərin hazırkı inkişafının əsas mənbəyi 1979-cu ilin sonlarında xüsusi iqtisadi zonanın yaradılması və xarici investisiyanın artması hesab olunur. Şencen Çinin cənubunda əsas maliyyə mərkəzi hesab olunur.
Rəvəndvari şüvərən
Rəvəndvari şüvərən (lat. Sisymbrium runcinatum) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin şüvərən cinsinə aid bitki növü.
Sevərin (Sayınqala)
Sevərin (fars. صورين‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 657 nəfər yaşayır (146 ailə).
Boylu şüvərən
Boylu şüvərən (lat. Sisymbrium altissimum) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin şüvərən cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 20-60 sm olan, sərt yoğun gövdədən və aralanan budaqlı birillik ot bitkisidir. Aşağı yarpaqları qayıqvari şəkildə həlqəvari bölünəndir, yuxarı yarpaqları sapvari şəklindədir. Çiçəkləri yumşaq salxımdan ibarətdir. Ləçəkləri zəif sarımtıl rəngdə olub, solan zaman tamamilə ağ rəngə çevrilir. Toxumları enli ellipsvari, tünd qəhvəyi rəngdədir. Aprel-may aylarında çiçək açır, may-iyun aylarında meyvə verir. == Azərbaycanda yayılması == Azərbaycanın Abşeron, Kür-Araz düzənliklərində, Naxçıvanın dağlıq zonalarında, Lənkəran düzənliklərində yayılmışdır. Bundan başqa bitkiyə düzənlikdən tutmuş orta dağ qurşaqlarına qədər zonalarda da rast gəlmək olar.
Camuqa-seçen
Camuqa-seçen (1154-1205)— Çingiz xanın andası və silahdaşı. == Həyatı == Temuçinin digər andası Borçu tərəfindən, Çingiz xanın əmri ilə öldürülmüşdür. Camuqa da əvvəllər Çingiz xanın rəqibiydi. Amma Camuqanı digərlərindən ayıran ən önəmli səbən, Çingiz xan ilə olan qan qardaşlığıydı… === Çingiz xan və Camuqa-seçen === Camuqa Çingiz xan ilə eyni yaşlardadır. Camuqa, gəncliyində, mənsub olduğu Cacirat (Cadaran) ulusunun başçısı olmuşdu. Seçen ünvanı daşıyırdı. Hətta, istənildiyində 20 min əsgər dəxi çıxara bilirdi. Çingiz xanla olan münasibətlərinin korlayan səbəblər məchul,ayrılışlarının necə olduğu da qəti olaraq bilinmir. Tanışmalarının, ikisininde 11 yaşlarında oluğu zamanlarda gerçekleştiği rəvayət edilmekdedir. Onan çayı kenarında oyun oynuyurdılar.
Fəxriyyə Evcən
Fəxriyyə Evcən (4 iyun 1986, Zolingen[d], Şimali Reyn-Vestfaliya) — Türk aktrisası. == Həyatı == Fəxriyyə Evcən 4 iyun 1986-cı ildə Almaniyada anadan olub. Atası Salonik köçkünü, anası isə çərkəz mənşəlidir. Ailəsi uzun müddət Samsunda yaşayıb. Fəxriyyə evin kiçik qızıdır. Ailədə ondan yaşca böyük üç bacısı var: Neşe, Ayşən və Dəmət. Fəxriyyə Düsseldorf Universitetinin sosial elmlər fakültəsində təhsil alıb. O, türk, alman, ingilis və ispan dillərini bilir. Fəxriyyə Almaniyadan Türkiyəyə tətilə gəldiyi zaman rejissorların diqqətini cəlb edib. Təhsilini yarımçıq qoyan Fəxriyyə anası ilə birlikdə İstanbula yerləşib.
Əbdülqadir Sevən
Əbdülqadir Sevən (d. 1891, Selanik - 16.02.1971) — Türk əsgəri. 1911-ci ildə Hərbi məktəbi bitirdikdən sonra süvari leytenant rütbəsi ilə məzun oldu. 1926-cı ildə Hərbi Akademiyanı qərargah zabiti rütbəsi ilə bitirdi. 1942-ci ildə bir briqadir oldu. Briqadir rütbəsi ilə 12-ci diviziya komandiri və 1-ci süvari diviziyasının komandiri vəzifəsində çalışmışdır. 1944-cü ildə general-mayor oldu. General-mayor rütbəsi ilə 1-ci süvari diviziyasının komandiri, 1-ci piyada diviziyasının komandiri və 2-ci süvari diviziyasının komandiri kimi xidmət göstərmişdir. 1948-ci ildə general-leytenant rütbəsinə yüksəldi. General-leytenant rütbəsi ilə 10-cu korpusun komandiri, 9-cu korpusun komandiri, 7-ci korpusun komandiri, 5-ci korpusun komandiri və 3-cü korpusun komandiri oldu.
Kinonu sevən adam
Kinonu sevən adam — rejissor Elvin Vəlimətovun 2015-ci ildə Azərbaycan Televiziyasında çəkdiyi sənədli film. == Məzmun == Film yazıçı, ssenari müəllifi, görkəmli rejissor, Azərbaycanın xalq artisti Həsən Seyidbəylinin 95 illik yubileyinə həsr olunur. == Film haqqında == Filmdə, "Doğma xalqıma", "Qızmar günəş altında", "Uzaq sahillərdə", "Telefonçu qız", "Möcüzələr adası", "Sən niyə susursan?", "Litfçi qız", "Bizim Cəbiş müəllim", "Nəsimi", "Xoşbəxtlik qayğıları", "Onun bəlalı sevgisi" filmlərinin, "Toral və Zəri" animasiya, "Sovet Azərbaycanı" sənədli televiziya, "Kamillik" sənədli filmləri, eləcə də "Ömrün səhifələri" kinoalmanaxın kadrlarından istifadə edilmişdir.
La Puerta del Cielo/Seven Lives
La Puerta del Cielo / Seven Lives - Enigma musiqi layihəsi adından çıxarılan sayca yeddinci studio albomu olan Seven Lives Many Faces albomuna daxil olan mahnı. Mahnı bu albomdan çıxarılan ilk sinqldır. Sinqlın ilk təqdimatı 8 avqust 2008-ci ildə Almaniyada keçirilmiş, 15 avqustda isə satışa çıxarılmışdır. Sinql Almaniya hit paradında 50-ci yerə kimi yeksəlmiş və bir neçə həftə hit paradda qalmağı bacarmışdır.
La Puerta del Cielo / Seven Lives
La Puerta del Cielo / Seven Lives - Enigma musiqi layihəsi adından çıxarılan sayca yeddinci studio albomu olan Seven Lives Many Faces albomuna daxil olan mahnı. Mahnı bu albomdan çıxarılan ilk sinqldır. Sinqlın ilk təqdimatı 8 avqust 2008-ci ildə Almaniyada keçirilmiş, 15 avqustda isə satışa çıxarılmışdır. Sinql Almaniya hit paradında 50-ci yerə kimi yeksəlmiş və bir neçə həftə hit paradda qalmağı bacarmışdır.
Hər bir sevən ürək
Har Dil Jo Pyar Karega (mənası: Hər bir sevən ürək) – 2000-ci ildə Rac Kanvarın rejissorluq etdiyi Bollivud filmidir. Filmin baş rol ifaçıları Salman Xan, Priti Zinta və Rani Mukhercidir. Filmin digər əsas rolunda Şahrux Xan yer alıb. Kifayət qədər kassa gəliri əldə etmiş film Box Office Hindistan tərəfindən Ortamala olaraq elan olundu. Bu film 1998-ci ildə istehsal olunmuş Chandralekha Malayalam filminin yenidən istehsal olunmuş versiyasıdır. Həmçinin filmin süjetində 1995-ci ildə çəkilmiş Sandra Ballokun iştirak etdiyi Sən yatarkən adlı Hollivud filmindən də istifadə olunmuşdur. == Rollarda == Salman Xan — Raj/Romi Priti Zinta — Jahnvi Rani Mukherci — Pooja Oberoi Kamini Kauşai — Biji Raciv Verma — Mr.Oberoi Pareş Reval — Goverdhan Şakti Kapur — Abdulun dayısı Satiş Şah — Mahesh Hirwani Şahrux Xan — Rahul (Kameo) == Filmfare Nominasiyaları == Köməkçi Aktrisa — Rani Mukherci Qadın Mahnı Müğənnisi — Preety və Pinky — Piya Piya == Kritik Resepsiyon == Film tənqidçilər tərəfindən kifayət qədər müsbət qarşılandı və xüsusilə üç aparıcı oyunçunun performansları qiymətləndirildi. Screen film jurnalı Şahrux Xanın və Priti Zintanın performanslarını tərifləyərək "Filmin rejissoru filmdə bir çox suprizlər edərək bir çox səylər etməklə yanaşı, aparıcı oyunçulardan ən yaxşı performans çıxarmaqla məsləhət görülən bir rejissor olmağa layiq biridir." deyə qeyd etdi.
Sevən ürək (film, 2001)
Sevən ürək (hind: दिल चाहता है; Rom: Dil Chahta Hai) — 2001-ci ildə Fərhan Axtarın ssenarisini yazdığı və rejissoru olduğu hind dilində çəkilmiş yetkinlik yaşına çatan şəxslər üçün nəzərdə tutulmuş komediya dram filmidir. Bu, Ritesh Sidhwani tərəfindən istehsal edilmiş və Excel Entertainment (Akhtar və Sidhwaninin həmtəsisçiləri olduğu şirkət) distrubityorluğu altında buraxılmış və onların Hindistan kinomatoqrafiyasındakı debütlərini işarə edən ilk filmdir. Film üç kollec məzunu olan dostun (Aamir Khan, Saif Ali Khan və Akshaye Khanna) romantik həyatlarındakı əhəmiyyətli bir keçid dövrünə diqqət yetirir. Filmdə həmçinin, həmçinin Preity Zinta, Sonali Kulkarni və Dimple Kapadia da rol almışdır.
Kinonu sevən adam (film, 2015)
Kinonu sevən adam — rejissor Elvin Vəlimətovun 2015-ci ildə Azərbaycan Televiziyasında çəkdiyi sənədli film. == Məzmun == Film yazıçı, ssenari müəllifi, görkəmli rejissor, Azərbaycanın xalq artisti Həsən Seyidbəylinin 95 illik yubileyinə həsr olunur. == Film haqqında == Filmdə, "Doğma xalqıma", "Qızmar günəş altında", "Uzaq sahillərdə", "Telefonçu qız", "Möcüzələr adası", "Sən niyə susursan?", "Litfçi qız", "Bizim Cəbiş müəllim", "Nəsimi", "Xoşbəxtlik qayğıları", "Onun bəlalı sevgisi" filmlərinin, "Toral və Zəri" animasiya, "Sovet Azərbaycanı" sənədli televiziya, "Kamillik" sənədli filmləri, eləcə də "Ömrün səhifələri" kinoalmanaxın kadrlarından istifadə edilmişdir.