Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Swallow the Sun
Swallow the Sun — Death/doom metal qrupu, 2000-ci ildə Finlandiyada Juha Raivio və Pasi Pasanen tərəfindən yaradılmışdır. "Plutonium Orange" qrupunda əvvələr birlikdə çıxış etmişlər, daha sonra Swallow the Sun proyektini yaratmışlar. Dahan sonra qrupa Markus Jämsen gitara, Mikko Kotamäki vokal , Aleksi Munter sintezatora və Matti Honkonen bas gitara üçün qrupa daxil oldular. Bununla belə qrup formalaşmağa başladı. Daha sonra qrup 2003-cü ildə "Out of This Gloomy Light" adlı ilk debüt demo albomunu çıxartdılar. Bu demodan sonra qrup Finlandiyalı Firebox Records albom şirkəti ilə müqavilə imzalayaraq, 2003-cü ildə ilk debüt studio "The Morning Never Came" adlı albomlarını çıxartdılar. 2005-ci ilin fevralında Swallow the Sun, "Ghosts of Loss" adlı özünün ikinci studio albomunu buraxdı. Bu albomdan əlavə həmin ildə "Forgive Her..." adlı sinqlda buraxıldı. Bu sinql Finlandiyada "20 singles chart Top Finnish" siyahısın da 6 həftə boyunca 4-ci yerdə olmuşdur. 2006-ci ildə Spinefarm Records albom şirkəti müqavilə imzalandı.
The Last Shadow Puppets
The Last Shadow Puppets — Aleks Törner (Arctic Monkeys), Mayls Keyn (The Rascals), Ceyms Ford (Simian Mobile Disco) və Zak Dauesdən (Mini Mansions) ibarət ingilis superqrupu. Qrup 2008-ci ildə "The Age of the Understatement" adlı debüt albomunu buraxıb. Onlar 2016-cı ildə uzun bir fasilədən sonra geri qayıdaraq ikinci albomları olan "Everything You've Come to Expect"-i yayımlayıblar. == Tarixi == === Yaranması === 2007-ci ilin avqustunda NME jurnalı, Arctic Monkeys-in müğənnisi Aleks Törner və o zamanlar yeni yaradılmış The Rascals qrupunun müğənnisi Mayls Keynin, Simian Mobile Disco qrupunun keçmiş üzvü Ceyms Fordla albom yazdıqlarını bildirdi. Keyn əvvəlki qrupu Little Flames ilə Arctic Monkeys-in canlı çıxışlarına dəstək olarkən Aleks Törner ilə tanış olmuşdu. Onların əməkdaşlığı Arctic Monkeys layihəsində genişlənmişdir, qrupun ikinci albomu Favorite Worst Nightmare-dəki "505" və b-tərəfləri "Fluorescent Adolescent" "The Bakery" və "Plastic Tramp" Keynin gitara dəstəyi ilə ərsəyə gəlib. Keyn həmçinin 2007-ci ildə Arctic Monkeys-in bir neçə konsertində Lancashire County Cricket Club, yay mini-festivallarında o cümlədən Arctic Monkeys-in 2007 və 2013-cü illərdə Qlastonberidə çıxışlarında "505" və "Plastic Tramp" çıxışlarında qonaq olub. Debüt albomunu təşkil edəcək mahnıların ilkin qeydi 2007-ci ilin avqust ayının sonunda Fransada baş tutdu və həmin ilin avqust və dekabr ayları arasında əlavə material əlavə edildi. Dekabr ayında Ouen Pallett 22 nəfərlik London Metropolitan Orkestri ilə albom üçün simlər, mis və zərb alətlərinin aranjemanına təyin edildi. Albomun hazırlanması zamanı Törner və Keyn layihənin hekayəsini çəkmək üçün, sənədli film çəkiliş qrupu Lyuk Seomore və Cozef Bull-u işə götürdülər.
Shadow of the Tomb Raider
Shadow of the Tomb Raider — Eidos Montréal tərəfindən hazırlanan və Square Enix tərəfindən nəşr olunan bir döyüş-macəra videooyunudur. Bu 2015-ci il istehsalı olan Rise of Tomb Raiderin hekayəsini davam etdirir və Tomb Raider seriyasındakı on ikinci əsas oyundur.
Prince of Persia 2: The Shadow and The Flame
Prince of Persia 2: The Shadow and The Flame (azərb. Fars şahzadəsi 2: Kölgə və Alov‎) — Cordan Mexner tərəfindən hazırlanılan və "Broderbund Software, Inc." oyun şirkəti tərəfindən 1993-cü ildə yaradılan sinematik platforma janrında videooyundur. "Prince of Persia 2: The Shadow and The Flame" oyunu əvvəl məşhur olsa da, hal-hazırda satışa qoyulmadığından "Abandonware" statusuna malikdir. Videooyun əvvəlki seriya kimi 2D formatındadır. 1996-cı ildə videooyun "SNES" platforması üçün istehsal edilmişdir. "Prince of Persia 2: The Shadow and The Flame" videooyununun rejissor və ssenari müəllifi Cordan Mexnerdir. Oyunun hekayəsində Şahzadə ilk dəfə olaraq həyatı haqqında öyrənəcək, Sultanın qızını xilas etmək üçün yenidən Vəzirlə döyüşəcəkdir. Bu videooyuna hal-hazırda "Abandonware" (ing. Tərk etmək), yəni, istehsalda olmayan videooyun statusu verilmişdir. == Məzmun == Qəhrəmanın şahzadəni qurtarmasından düz 11 gün sonra qəddar vəzir yenidən peyda olur.
S.T.A.L.K.E.R.: Shadow of Chernobyl
S.T.A.L.K.E.R.: Shadow of Chernobyl (azərb. S.T.A.L.K.E.R.: Çernobılın kölgəsi‎) - Ukrayna istehsalçısının, GSC Game World kampaniyasının videooyunu, birinci üzdən şuter. == Təsvir == Oyunun hərəkəti Çernobıl zonasında olur. Oyunda müxtəlif qruplaşmalar, bədheybətlər və anomaliyalar var. Həmçinin oyunda artefaktları yığmaq, ticarət etmək, və müxtəlif stalkerlərlə ünsiyyət saxlamaq imkanı nəzərdə tutulmuşdur.
Prince of Persia 2: The Shadow and The Flame (video oyun, 1994)