Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Meril Strip
Meril Strip (ing. Mary Louise "Meryl" Streep, 22 iyun 1949) — ABŞ aktrisası. Meryl Streep 22 iyun, 1949-cu ildə ABŞ-nin Nyu-Cersi ştatında dünyaya göz açmışdır. Atası Harry Streep dərman şirkəti direktoru, anası Mary Streep isə isveç, irland və ingilis qarışığı reklam ulduzu idi. Meryl atasının əcdadlarının Hollandiyadan gəldiyini demişdir, hətta ailəsinin əsl soyadı Messerschnitz olub, sonradan Strip-ə çevrilib. Aktrisanın uşaqlığı elə doğulduğu ştatda- Nyu-Cersidə keçib. Vassar kollecində teatr dərsləri alıb və bu kollecdən məzun olduqdan sonra Yale Universitetinin Teatr fakutləsində təhsilini davam etdirir. Rol aldığı ilk film 1977-ci ildə çəkilən "Julia" filmi oldu. Kiçik, lakin vacib bir rola yiyələnmişdi. İkinci rol aldığı film isə 1978-ci il istehsalı olan "Maral ovçusu" (The Deer Hunter) filmi oldu.
İbrahim Sarim Paşa
İbrahim Sarim Paşa (1801, Konstantinopol – 30 avqust 1854, Konstantinopol) — Sultan Əbdülməcid səltənətində 3 ay 13 gün sədrəzəm olmuş Osmanlı dövlət adamı. Ahmed Rifat, Verdü’l-hadâik, Freiburg 1970, s. 40–41, 43. Mehmed Süreyyâ, Nuhbetü’l-vekāyi‘, İstanbul 1290, tür.yer. Lutfî, Târih, II, 403, 426; III, 649; IV, 819; V, 910, 914, 937–938; VI, 1023; VII, 1065, 1100, 1113, 1139, 1156; VIII, 1200, 1215, 1240, 1257, 1259. Mehmet Zeki Pakalın, Tanzimat Maliye Nazırları, İstanbul, ts. (Kanaat Kitabevi), I, 80–94. Faik Reşit Unat, Osmanlı Sefirleri ve Sefâretnâmeleri (Ankara 1968), Ankara 1992, s. 237. Mahmut Goloğlu, Trabzon Tarihi: Fetihten Kurtuluşa Kadar, Ankara 1975, s.
Bell X-9 Shrike
Bell Aviasiya Şirkətinin yer-hava tipli prototipidir. X-9 Shrike maye yanacaqdan istifadə edirdi. Nüvə silahı ilə sınaqdan keçirilmiş başlıqlı döyüş raketidir. GAM-63 Rascal proqramı əsasında layihə həyata keçirilmişdir. Test məqsədilə 31 ədəd X-9 raketi istehsal edilmişdi. Test uçuşları 1949-cu ilin aprelindən 1953-cü ilin yanvar ayına kimi davam etmişdi. Bu test proqramı sayəsində aerodinamika, təlimat sistemləri, ötürücü sistemlər və balans testləri haqqında daha çox məlumat əldə edildi. Testlərin sonunda heç bir salamat raket qalmadı. Şaquli qaldırmanı tarazlayan X-9-un qalan hissələrindən biri də Larry Bell muzeyində nümayiş olunur. Mentone, İndiana.
Las-Veqas Strip gülləbaranı (2017)
Las-Veqas Strip gülləbaranı , Paradays, Nevadadakı Las-Veqas Stripdə təşkil olunan dördüncü "Route 91 Harvest" Kantri musiqi festivalında baş vermiş silahlı hücum. Müğənni Ceyson Oldinin bitməkdə olan performansı sırasında Mandalay Bay hotelinin 32-ci mərtəbəsindəki bir nişançı, Las-Veqas bulvarında toplaşan musiqi festivalı iştirakçılarına atəş açıb. Hadisəni törədən şəxsin Meskit, Nevadada yaşayan 64 yaşındakı Stiven Kreyq Peddok olduğu aydın olub və qatil, hadisə yerində intihar etmiş şəkildə tapılıb. Ən azı 60 nəfərin ölümü və 527 nəfərin yaralanması ilə ABŞ tarixinin ən ölümcül hücumu oldu.
Hrim-2 (raket sistemi)
Ukraynada "Qrom-2" operativ-taktiki raketi sınaqdan keçirilib. Raket sınaqlarının videogörüntüləri Ukraynanın milli sənaye portalında yerləşdirilib. Görüntülərdən də aydın olur ki, raketin mühərriki xüsusi sınaq poliqonunda sınaqdan keçirilir. Həmçinin bir neçə il öncə Ukrayna hərbi sənayesi bu raket üzrə işlərə başladı, lakin maddi-texniki problemlərə görə, işlər təxirə salındı. Raket üzərində Belarusdan olan mütəxəssislər çalışır və raketlər Belarus istehsalı olan mobil platformanın üzərində yerləşdirilib. "Qrom-2" raketlərinin sifarişçisi, investoru və təbii ki, hüquqi sahibi Səudiyyə Ərəbistanıdır. Ukrayna tərəfi sadəcə olaraq bu raketlərin hazırlayıcısıdır. Bununla belə, kompleksin tam hazırlığı halında Səudiyyə Ərəbistanının icazəsi ilə Ukrayna tərəfi onları satış hüququ ilə birgə ala bilər. Qeyd etmək lazımdır ki, Səudiyyə Ərəbistanı ilk "Qrom-2"ləri 2019-cu ildə əldə etməyi planlaşdırır". "Belə operativ-taktiki raketlər demək olar ki, hər ölkədə var.
Sırım Datov
Sırım Datov (qaz. Сырым Датұлы; 1753, Sırım rayonu[d], Qərbi Qazaxıstan əyaləti – 1802, Xivə) — Baybaqtı tayfasının yüzbaşısı, Kiçik Jüzdə ruslara qarşı müqavimətin başçısı. Qazax xanlığı dövründə ölkədə əmin-amanlıq vardı. XVIII əsrin sonunda bu vəziyyət tamamilə dəyişdi. Qazax jüzlərinin xarici vəziyyətinin mürəkkəbliyi, həmçinin daxili çətinlik qonşuların onların torpaqlarını zəbt etməsini asanlaşdırdı. Ona görə də çar hökumətinə və feodal agalığınaa qarşı xalq kütlələrinin azadlıq hərəkati başlandı. XVIII əsrin 70-90-ci illərində qazax-rus münasibətləri kəskinləşmişdi. 1773-1775-ci illərdə Y.Puqaçovun başçılığı altinda olmuş kəndli müharibəsində Kiçik va Orta jüz qazaxları fəal iştirak etmişdilər , Bu hərəkatın iştirakçısı Sırım Datovun başçılığı altında 1783-1797-ci illərda Kiçik jüz qazaxlarının üsyanı olmuşdu. Üsyanın əsas səbəbi qazaxların torpaqlannm zəbt olunmasi, aqrar məsələlərn kəskinləşməsi, köçərilərin həmişə istifadə etdikləri otlaqlara qadaga qoyulmasi, inzibati orqanların, kazak qoşunlanmn soyğunçuluğu və yerli feodalların özbaşınalığı idi . Abılay xanın ölümündən sonra iqtidar zəifləməsi ilə Kiçik Jüzün qazaxları öz xanlığını qurmuş, başına Qayıp sultanın oglu Batır xanı gətirmişdilər.
Şərip (Uçalı)
Şərip (başq. Шәрип, rus. Шарипово) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd Tunqatar kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Uçalı): 72 km, ən yaxın dəmiryol stansiyasından (Kuramino stansiyası): 24 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (100 %) üstünlük təşkil edir.
Şərip (Əbyəlil)
Şərip kəndi (başq. Шәрип) - Rusiyanın Başqırdıstan Respublikası Əbyəlil rayonu Xəmit kənd sovetliyinə daxil olan kənd. 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Şərip kəndinin milli tərkibi: başqırdlar 100%. Məsafələr: rayon mərkəzindən (Askar): 63 km., kənd sovetliyindən (Xəmit): 17 km. ən yaxın dəmiryol stansiyasından (Maqnitaqorsk stansiyası): 110 km. Совет муниципальных образований Республики Башкортостан.