Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ssientizm
Ssientizm (lat. scientia – elm sözündən) — təbiət elmlərinin elmin bütün sahələrində tətbiqini, bilik və dünyəvi təsəvvürün mənbəyi kimi təsvir edən bir cərəyan. Ssientizm bu üsulların positivlik anlamından irəli gəlir və ona görə də çox zaman pozitivizmin ekstrem vəziyyəti ilə eyniləşdirilir. Ssientizmin yaranması XIX əsrin sonuna təsadüf edir. Bu baxışa görə elm həyatın bütün sahələrinə daxil olaraq insanın bütün həyatını təşkil etməli idi. Məsələn, siyasət yerini sosial problemlərin həllinin elmi yanaşma üsuluna verir. Ssientizm mədəniyyətin inkişafında böyük rol oynayaraq böyük miqdarda metafiziki və teoloji fikirlərə son qoymuşdur. Daha radikal ssientistlər deyirlər ki, bütün siyasi hökumət bürokrat alimlərə həvalə eilməlidir. Bu üsulun əleyhidarları isə qeyd edirlər ki, göstərilən konsepsiya demokratiyanın əzilməsinə gətirib çıxarar: çünki, kompitent ekspertlər tərəfindən işlənmiş, elmi əsaslandırlmış qərar tənqidə yaramır. Ssientizm üç əsas vəziyyətə əsaslanır: 1-ci.
Sçientizm
Ssientizm (lat. scientia – elm sözündən) — təbiət elmlərinin elmin bütün sahələrində tətbiqini, bilik və dünyəvi təsəvvürün mənbəyi kimi təsvir edən bir cərəyan. Ssientizm bu üsulların positivlik anlamından irəli gəlir və ona görə də çox zaman pozitivizmin ekstrem vəziyyəti ilə eyniləşdirilir. Ssientizmin yaranması XIX əsrin sonuna təsadüf edir. Bu baxışa görə elm həyatın bütün sahələrinə daxil olaraq insanın bütün həyatını təşkil etməli idi. Məsələn, siyasət yerini sosial problemlərin həllinin elmi yanaşma üsuluna verir. Ssientizm mədəniyyətin inkişafında böyük rol oynayaraq böyük miqdarda metafiziki və teoloji fikirlərə son qoymuşdur. Daha radikal ssientistlər deyirlər ki, bütün siyasi hökumət bürokrat alimlərə həvalə eilməlidir. Bu üsulun əleyhidarları isə qeyd edirlər ki, göstərilən konsepsiya demokratiyanın əzilməsinə gətirib çıxarar: çünki, kompitent ekspertlər tərəfindən işlənmiş, elmi əsaslandırlmış qərar tənqidə yaramır. Ssientizm üç əsas vəziyyətə əsaslanır: 1-ci.
Askentizm
Askentizm (yun. άσκητής; azərb. təmrin, məşq edən, təcrübə keçən‎) — Dini, yaxud mənəvi məqsədlər naminə ehtiyacların ödənilməsinin könüllü surətdə məhdudlaşdırılması, həzzdən imtina olunması, əziyyətlərə dözümlülük göstərilməsi. Askentizm təcrübəsi müxtəlif mədəniyyətlər də eyni məqamları – özünü qidada məhdudlaşdırmanı (oruc), seksual münasibətlərdən qorunmanı (nikahsızlıq, yaxud selibat), tənhalığa çəkilməyi, susmağı, daha ifrat formalarda isə səfilliyi (sərgərdanlıq, dərvişlik), özünə əzab verməyi və s. ehtiva edir. == Tarixi == Askentizmin motivləri də müxtəlif ola bilər: onların bəziləri bir-birini tamamlayır, digərləri bir-birini istisna edir. Fövqəltəbii qüvvələrin mənbəyi olan askentizm təsəvvürü şamanların aclıq, yuxu suzluq və s. vasitəsilə ruhlarla ünsiyyətə hazırlığın ibtidai praktikasına dayaqlanır. Bu motiv hind tantrizmi ənənəsi üçün xüsusilə səciyyəvidir. Lakin teist dinlər də askentizm motivi möcüzəyaratma yolu kimi ya dəyişilmiş şəkildə, ya da dini şüurun məişət periferiyasında üzə çıxır.
Sionizm
Sionizm (İvrit: צִיּוֹנוּת, romanize: Tsiyyonut), tarixi İsrail əraziləri olaraq təyin edilən ərazilərdə bir Yəhudi dövlətinin əsirlər sonra yenidən qurulmasını dəstəkləyən, müdafiə edən və Yəhudi milliyətçiliyini əsas götürən ideoloji fikir hərakatıdır. Sionizm ilk dəfə 1890-cı ildə Nathan Birnbaum tərəfindən təqdim edilib. Ümumi təsvir yəhudi xalqının vətəni hesab etdiyi torpaqlara qayıtmaq məqsədilə milli bir hərəkat kimi qəbul edilə bilər. Hərəkat həmçinin yəhudi vətənində müstəqil İsrail dövlətinin qurulmasına və yaşamasına yönəlib. 1948-ci ildə İsrail Dövləti yaranandan bəri Sionizm, İsrail Dövlətini inkişaf etdirmək və İsraildə yaşayan yəhudi millətini İsrail Müdafiə Qüvvələrinə dəstəkləmək yolu ilə qorumağı da məqsədləri arasında aldı. Sionizm əvvəlində konkret və mənəvi məqsədlər qoymuşdur. Bütün siyasi və dini duruşlardan Yəhudilər, solçu, sağçı, dindar və ya dünyəvi, Sionist hərəkatını meydana gətirdilər və bu hərəkatın hədəflərinə çatmaq üçün birlikdə çalışdılar. Sionist fəlsəfədə bəzi fikir ayrılıqları Sionist hərəkatında zamanla bəzi bölünmələrə səbəb olub. Aşağıda bu bölünmələri ortaya çıxara biləcək bəzi mühüm Sionist hərəkatlar var. Sionizm ideologiyasına və onun tarixi inkişafına müxtəlif tərəflərdən yanaşmaq olar.
Sinizm
Sinizm və ya kinizm (lat. Cynismus; q.yun. Kυνισμός) — əxlaq normalarına, mədəni dəyərlərə və ədəb ideyalarına açıq olan, onları qətiyyətlə rədd edən və nifrət edən münasibət, ümumi qəbul edilmiş əxlaq normalarına mənfi, nihilist münasibət, hakim ideologiyanın rəsmi doqmaları. Sinizm müəyyən mənəvi dəyərlərə şüurlu və nümayişkaranə etinasızlığı ifadə edən davranışdır. Etik ritualları praktiki problemlərin həllinə müdaxilə edən və ya lazımsız hesab edən, mərhəmət, yazığı gəlmə, utanma, empatiya və s. kimi davranış motivlərini şəxsi maraqlara uyğun olmayan kimi qəbul edən dünyagörüşü . İnanclarda və davranışlarda sinizm şəxsi məqsədlərinə çatmaq üçün hər cür vasitəyə əl atmağa hazır olan insanlara (kiniklərə) xasdır. Başqaları tərəfindən kinik kimi qəbul edilən davranış bəzən cəmiyyətin qınağına səbəb olur və münaqişəyə səbəb olan amildir. Sinizm əxlaqi relyativizmdən fərqli olaraq (əxlaqi prinsiplərin nisbiliyinə, onların subyekt və şəraitdən asılılığına münasibət verir) qəsdən aşağılamaya, həm öz motivlərinin, həm də davranış normalarının təfsirində qəsdən sadələşdirməyə münasibət müəyyən edir və digər insanların motivləri, prinsiplərin devalvasiyasına münasibət, “yüksək”, “transpersonal” kimi qəbul edilən bütün sahədir. Vulqar sinizm sosial və mədəni proseslərdən kənar şəxslərə, sosial və mədəni cəhətdən zəif qruplara ən çox xas olan “yüksək”, “prinsipial” kimi çıxış edənlərə istehzalı və ironik münasibətdir .
Yaşıl sionizm
Yaşıl sionizm — Sionizmin ilk növbədə İsrailin ətraf mühit problemləri ilə maraqlanan növü. Yaşıl sionizm İsrailə məxsus ətraf mühit problemləri ilə İsrailin yəhudi dövləti olaraq mövcud olmasını dəstəkləyir. Termin Dünya Sionist Konqresində, Dünya Sionist Təşkilatında və onun tərkibində olan təşkilatlarda iştirak etmiş ilk ekoloji qurum olan Aytsim partiyası üçün ticarət nişanıdır.
Şintoizm
Şintoizm və ya Şinto (yap.神道, şinto, "tanrıların yolu") — Yaponiyanın ənənəvi dini. Qədim yaponların animist inanclarına əsaslanır və ibadət obyektləri çoxsaylı tanrılar və ölülülərin ruhudur. Etimoloji cəhətdən yaponca iki sözün birləşimindən yaranmışdır. Şin tanrılar və ya ruhlar, to isə yol deməkdir. Tarix boyu şintoizm daha çox buddizm və konfutsiçiliyin təsirlərinə məruz qalmışdır. Qədim yaponlar onları əhatə edən təbiət hadisələrinin, bitki və heyvanların, ölmüş əcdadlarının ruhları olduğunu deyir, onlara sitayiş edirdilər. Şintoizmdə həmçinin totemizm, animizm və digər ibtidai dinlərin də təsiri aşkar şəkildə əks olunmuşdur. Hazırda Yaponiyada şintoistlərin 80 minə qədər məbədi, 119 milyondan artıq bu inananı var. Yaponiyadan başqa şintoizm ancaq Havayda və Braziliyada yayılmışdır ki, bu həmin ərazilərdə yapon imiqrantlarının çox olması ilə əlaqəlidir. Şintoizmdə əsas yerlərdən birini də, Kami inancı tutur.