Sçientizm

Ssientizm (lat. scientiaelm sözündən) — təbiət elmlərinin elmin bütün sahələrində tətbiqini, bilik və dünyəvi təsəvvürün mənbəyi kimi təsvir edən bir cərəyan. Ssientizm bu üsulların positivlik anlamından irəli gəlir və ona görə də çox zaman pozitivizmin ekstrem vəziyyəti ilə eyniləşdirilir.

Ssientizmin yaranması XIX əsrin sonuna təsadüf edir. Bu baxışa görə elm həyatın bütün sahələrinə daxil olaraq insanın bütün həyatını təşkil etməli idi. Məsələn, siyasət yerini sosial problemlərin həllinin elmi yanaşma üsuluna verir. Ssientizm mədəniyyətin inkişafında böyük rol oynayaraq böyük miqdarda metafiziki və teoloji fikirlərə son qoymuşdur. Daha radikal ssientistlər deyirlər ki, bütün siyasi hökumət bürokrat alimlərə həvalə eilməlidir. Bu üsulun əleyhidarları isə qeyd edirlər ki, göstərilən konsepsiya demokratiyanın əzilməsinə gətirib çıxarar: çünki, kompitent ekspertlər tərəfindən işlənmiş, elmi əsaslandırlmış qərar tənqidə yaramır.

Ssientizm üç əsas vəziyyətə əsaslanır:

  • 1-ci. mənəvi və etnik problemlərin həllində elm fəlsəfəni və metafizikanı əvəz edə bilər;
  • 2-ci. elmə insaniyyətin bütün problemləri daxildir;
  • 3-cü. dəqiq elmlər yeganə düzgün elmi üsuldur və bu üsul humanitar və sosial elmlərə də daxil edilməlidir.

Bir sözlə, ssientizmin interpretasiyasını "yalnız elmi əsaslandırılmış bilik düzgün sayılır" ideyası və ya "elmə həddindən çox etibar edən, doqmatzmlə sərhəd olan" ideyaları ilə əlaqələndirmək olar.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]