Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Simfoniya
Simfoniya [yun. symphonia – ahəngdar] - Orkestr üçün yazılmış bir-birindən sürət və ahənginə görə fərqlənən, adətən 3-4 hissəli böyük musiqi əsəri.
Sionist
Sionizm (İvrit: צִיּוֹנוּת, romanize: Tsiyyonut), tarixi İsrail əraziləri olaraq təyin edilən ərazilərdə bir Yəhudi dövlətinin əsirlər sonra yenidən qurulmasını dəstəkləyən, müdafiə edən və Yəhudi milliyətçiliyini əsas götürən ideoloji fikir hərakatıdır. Sionizm ilk dəfə 1890-cı ildə Nathan Birnbaum tərəfindən təqdim edilib. Ümumi təsvir yəhudi xalqının vətəni hesab etdiyi torpaqlara qayıtmaq məqsədilə milli bir hərəkat kimi qəbul edilə bilər. Hərəkat həmçinin yəhudi vətənində müstəqil İsrail dövlətinin qurulmasına və yaşamasına yönəlib. 1948-ci ildə İsrail Dövləti yaranandan bəri Sionizm, İsrail Dövlətini inkişaf etdirmək və İsraildə yaşayan yəhudi millətini İsrail Müdafiə Qüvvələrinə dəstəkləmək yolu ilə qorumağı da məqsədləri arasında aldı. Sionizm əvvəlində konkret və mənəvi məqsədlər qoymuşdur. Bütün siyasi və dini duruşlardan Yəhudilər, solçu, sağçı, dindar və ya dünyəvi, Sionist hərəkatını meydana gətirdilər və bu hərəkatın hədəflərinə çatmaq üçün birlikdə çalışdılar. Sionist fəlsəfədə bəzi fikir ayrılıqları Sionist hərəkatında zamanla bəzi bölünmələrə səbəb olub. Aşağıda bu bölünmələri ortaya çıxara biləcək bəzi mühüm Sionist hərəkatlar var. Sionizm ideologiyasına və onun tarixi inkişafına müxtəlif tərəflərdən yanaşmaq olar.
Beşinci simfoniya
Beşinci simfoniya (Bethoven)
Birinci simfoniya
Birinci simfoniya (Qara Qarayev)
Doqquzuncu simfoniya
Doqquzuncu simfoniya (Motsart)
Dördüncü simfoniya
Dördüncü simfoniya (Part)
Nizami (simfoniya)
Nizami simfoniyası — azərbaycanlı bəstəkar Fikrət Əmirovun 1947-ci ildə Nizami Gəncəviyə həsr etdiyi simli orkestr üçün simfoniya. Dahi şair Nizami Gəncəvinin xatirəsinə həsr edilmiş simfoniya şairin anadan olmasının 800 illiyi münasibətlə yazılmışdır. Bəstəkar simfoniya üzərində dəfələrlə işləmiş, onun ikinci və üçüncü redaksiyalarını yaratmışdır. Simfoniyada Nizaminin ümumiləşmiş obrazı yaradılmışdır. Bəstəkar şairin obrazına ehtiramla yanaşır və ona xüsusi münasibət bəsləyir ki, bu da əsərə səmimilik, incəlik, gənclik təravəti, lirik hərarət və romantik ruh verir. Eyni zamanda simfoniya özunün fəlsəfi mənası və lakonik ifadə tərzi ilə diqqəti cəlb edir. Bu cəhət son illərdə yazılmış bir çox əsərlərin musiqisinə xas kameralıq tendensiyasını qabaqlamışdır. Buna görə də musiqidə ifadə olunan gizli hisslər, düşüncələr, əhvalatlar da təbii qavranılır. Simfoniya dörd hissədən ibarətdir. Ayrı-ayrı hissələrin formaları, bir çox inkişaf üsulları, şübhəsiz, klassik simfoniya ilə əlaqənin olduğunu göstərir.
Üçüncü simfoniya
Üçüncü simfoniya (film, 1968)
İkinci simfoniya
İkinci simfoniya (Qara Qarayev)
Əbədiyyət (simfoniya)
"Əbədiyyət" — bəstəkar Arif Məlikovun ümummilli lider Heydər Əliyevə ithaf etdiyi 8-ci simfoniyasıdır. İlk dəfə 2004-cü ildə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında, xalq artisti Rauf Abdullayevin dirijorluğu ilə, Ü.Hacıbəyov adına Azərbaycan Simfonik orkestrinin və solist Rəşidə Behbudovanın ifası ilə səslənmişdir. Simfoniyada yeni musiqi ilə yanaşı Arif Məlikovun vokal musiqisindən də istifadə olunub. “Əbədiyyat” simfoniyası şərti olaraq üç bölümdən ibarətdir. Əsər Nazim Hikmətin sözlərinə yazılmış altı romansla başlayır və Almas Yıldırımın sözlərinə yazılmış “Azərbaycan” balladası ilə bitir. Orta bölmədə yeni, lakin simfoniyanın ümumi dramaturgiyasına xələl gətirməyən musiqi materialı səslənir. Bəstəkar əsərdə xalq musiqisindən, xüsusilə Heydər Əliyevin çox sevdiyi “Sarı gəlin” Azərbaycan xalq mahnısının intonasiyalarından bəhrələnib. Arif Məlikovun Ədəbiyyat qəzetinə müsahibəsindən: "Heydər Əliyev üzünü mənə tutub: "Arif, yaxşı olar ki, sən buranın (Məkkənin) əzəmətinə layiq böyük bir simfonik əsər yazasan" - dedi. Geri döndükdən sonra "Əbədiyyət simfoniyası"nı yazdım. Mən o əsəri Heydər Əliyevə həsr etdim.
Simfonik metal
Simfonik metal (ing. Symphonic metal) — metal və simfonik orkestr musiqi janrlarını birləşdirən musiqi üslubu. Bu janra aid musiqilərdə əsasən qadın vokalı, xor, simfonik musiqi alətləri və ya onların sintezatorda imitasiyası istifadə olunur. Bəzən bu janra aid musiqilərin yazılışı zamanı canlı simfonik orkestrlərin köməyindən də istifadə olunur. Bu janr 1990-cı illərin ortalarında Avropada yaranmağa başlamışdır. Bu janrın yaradıcıları The Gathering və Theatre of Tragedy kimi qotik-metal qrupları sayılır. Məhz onlar ilk dəfə olaraq, öz musiqilərində simfonik xordan və qadın vokalından istifadı etmişlər. Bu janr həmçinin bir neçə subjanra da bölünür.
Simfonik muğam
Simfonik muğam — Azərbaycan musiqisinin bir janrı. 1948-ci ildə bəstəkar Fikrət Əmirov tərəfindən yaradılmışdır. Janrın əsası Üzeyir Hacıbəyovun ilk muğam operalarında qoyulmuşdur. Bu operalarda muğam ilk dəfə olaraq Avropa opera janrı ilə birləşdirilmişdi. "Leyli və Məcnun" operasında Heyratı (Nofəlin partiyası) və Arazbarı zərbi muğamlarından istifadə buna misaldır. Ü. Hacıbəyovun "Aşıqsayağı" kamera-instrumental əsəri də muğam-improvizasiya üslubunda yazılmışdır. Ü. Hacıbəyovun, Müslüm Maqomayevin öz əsərlərində simfonizmi fəal surətdə Azərbaycan musiqisinə gətirmələri, həmçinin simfonik janrda yazan yeni bəstəkar nəslinin (Qara Qarayev, Cövdət Hacıyev, Soltan Hacıbəyov və b.) yetişməsi simfonik muğamın yaranmasına rəvac verdi. İlk simfonik muğamlar 1948-ci ildə Fikrət Əmirov tərəfindən yazılmış "Şur" və "Kürd ovşarı" idi. F. Əmirov bu əsərlərində muğamlardan geniş istifadə etmiş, onlara öz müəllif konsepsiyasını verərək yeni emosional məzmuna nail olmuşdur. O, əsl muğamın kompozisiya strukturunu saxlamış, bəzi hallarda xalq mahnılarından da istifadə etmişdir.
Simfonik şeir
Simfonik poema - mövzusu müəyyən bir hadisə ilə bağlı olan və əsasən orkestr tərəfindən ifa edilən musiqili bəstə növü. İlk dəfə 19-cu yüzillikdə yaranıb, banisi Ferens List olmuşdur. Bu janr həmin dönəmlərdə dahi bəstəkar Bethovenin uverturaları ilə tərəqqisinin ən pik nöqtəsinə çatmışdır. Avropada romantizm cərəyanın ən yüksək inkişaf mərhələsində formalaşmışdır. Əsasən, 10-20 dəqiqə aralığında ifa edilir.
Simfonik poema
Simfonik poema - mövzusu müəyyən bir hadisə ilə bağlı olan və əsasən orkestr tərəfindən ifa edilən musiqili bəstə növü. İlk dəfə 19-cu yüzillikdə yaranıb, banisi Ferens List olmuşdur. Bu janr həmin dönəmlərdə dahi bəstəkar Bethovenin uverturaları ilə tərəqqisinin ən pik nöqtəsinə çatmışdır. Avropada romantizm cərəyanın ən yüksək inkişaf mərhələsində formalaşmışdır. Əsasən, 10-20 dəqiqə aralığında ifa edilir.
Altıncı simfoniya (Motsart)
Motsartin altınci simfoniyası Volfqanq Amadey Motsart tərəfindən 1767-ci ildə (müəlifin 11 yaşı var idi) yazılmışdır. Müəlifin avtoqrafı olan əlyazma hazırda Polşanın Krakov şəhərində yerləşən Yagellon universitetinin Kitabxanasında saxlanılır.. == Tarixi və ilk ifası == 11 yaşlı Motsart simfoniyanı Vyanada yazmağa başlamış, lakin 1767-ci ilin payızında şəhərdə çişək epidemiyası tüğyan etdiyinə görə onlar ailəliklə Moraviya şəhəri olan Olomoutsa köçməyə məcbur olmuşlar. Ailə xəstəlikdən qaçsa da, balaca Motsart çiçək xəstəliyinə tutulmuşdur. Olomouts universitetinin rektoru qraf Podstatski onun müalicəsini təşkil etmiş və 2 ay sonra Motsart sağalmışdır. 30 dekabr 1767-ci ildə Brno şəhərində Zalsburq arxiyepiskopunun qardaşı qraf Şrattenbaxın təşkil etdiyi konsertdə ilk dəfə olaraq Motsartın altıncı simfoniyası səsləndirilmişdir. Bu konsertdə Motsartın bacısı, 15 yaşlı Mariya Motsart da ifaçı kimi iştirak edirdi. Yerli din xadimi öz qeydlərində yazırdı ki, şəhərin "Taverna" adı ilə məlum olan binasında Brno sakinləri üçün təşkil olunmuş musiqili konsertdə Zalsburqdan olan 11 yaşlı oğlanın və onun 15 yaşlı bacısının müxtəlif musiqi alətlərindəki ifaları ilə iştirakçıları necə heyran etdiklərinin şahidi oldum. Bu hadisə münasibətilə hazırda da hər il Brno şəhərində 11 yaşlı gənc pianoçuların müsabiqəsi təşkil olunur.. == Quruluşu == Simfoniya 4 hissədən ibarətdir.
Beşinci simfoniya (Bethoven)
Simfoniya No. 5 °C minorda — Lüdviq van Bethoven tərəfindən 1804–1808-ci illərdə bəstələnmiş Op. 67 simfoniya. Bu simfoniya tez–tez ifa edilən və ən məşhur klassik musiqi əsərlərindən biridir. Əsər dörd hissədən ibarətdir: açılış sonatası, andante, attakkanın da daxil olduğu sürətli scherzo və final. Əsər ilk dəfə 1808-ci ildə Vyanada "Theater an der Wien"də ifa edilmiş və ilk ifadan sonra tezliklə məşhurlaşmışdır. E. T. A. Hoffmann simfoniyanı "tarixin ən mühüm əsərlərindən biri" adlandırmışdır. Simfoniya əsərin motivi olan dörd "qısa-qısa-qısa-uzun" notun iki dəfə təkrarı ilə başlayır: Simfoniya və xüsusilə onun motivi olan dörd açılış notu, bütün dünyada məşhurdur və tez–tez populyar mədəniyyətdə — diskodan roknrola, televiziya verilişlərindən filmlərə kimi müxtəlif sahələrdə dəfələrlə istifadə edilmişdir. == Tarixi == === İnkişaf === Beşinci simfoniyanın yazılması uzun müddət çəkmişdir. Üçüncü simfoniyanın tamamlanması zamanı bəstəkar artıq beşinci simfoniyanın ilk qeydlərini etməyə başlamışdır.
Onuncu simfoniya (Motsart)
Onuncu simfoniya Volfqanq Amadey Motsart tərəfindən İtaliyaya ilk səfəri zamanı, 1770-ci ildə bəstələnmişdir. Motsart bu simfoniyanı Milanda karnaval zamanı bəstələməyə başladı və bir neçə ay sonra Boloniyada başa çatdırdı. Simfoniyanın əlyazmasında birinci cümlənin sonunda Motsart ("Finis Laus Deo") Tanrıdan təriflər yazmışdı, lakin əlyazmada əsərin yazılma tarixi barədə heç bir qeyd yoxdur. Buna görə konkret dövr müəyyən deyil: Köxel kataloqunun altıncı nəşrində (1964) simfoniyanın tarixi ilə bağlı yalnız bir qey vardır: "ehtimal ki, 1770". Simfoniya bir italyan uvertürası şəklindədir və 2 hissədən ibarətdir. Simfoniyanın ifa müddəti təxminən 9 dəqiqədir. Allegro, 3/4 Andante, 3/8 Allegro, 2/4 G-Dur, 2/4-Takt, 129 Takte Jean Massin və Brigitte Massin , Motsart , Fayard, coll. "Musiqinin əsasları",1 st Sentyabr 1990, 1270 səh. ( ISBN 978-2-213-00309-2 ) , səh. 642 (en) Neal Zaslaw və William Cowdery , Mozart'ın mükəmməlliyi : Wolfgang Amadeus Mozartın musiqi əsərlərinə bələdçi , New York, WW Norton & Company ,1990, 350 səh.
Otuzuncu simfoniya (Motsart)
Otuzuncu simfoniya Volfqanq Amadey Motsart tərəfindən 5 may 1774-cü ildə Zalsburqda tamamlanmışdır. 1773-1774-cü illərdə Zalsburqda yazılmış digər simfoniyalarda olduğu kimi, Motsart 30-cu simfoniyanın əlyazmasında yazılma tarixini tanınmaz bir hala salmışdır. Tədqiqatçıların fikrincə, Volfqanq Amadey Motsartın bu əsəri plagiat müəlliflərdən qorumaq üçün onun daha əvvəllər yazılmış bir əsər olması təsəvvürünü yaratmaq idi. Simfoniya 4 hissədən ibarətdir.
Qırxıncı simfoniya (Motsart)
Simfoniya No.40 Sol minor, K.550 — bəstəkar Volfqanq Amadey Motsartın ən məşhur əsərlərindən biri. Əsər 39-cu simfoniyadan üç həftəö sonra, 1788-cü ilin 31 iyulunda tamamlanmışdır. Simfonik orkestrə fleyta, iki qoboy, iki klarnet, iki faqot, iki valtorna, birinci və ikinci skripka, alt, violonçel və kontrabas daxildir. Simfoniya klassik sonata-simfonik dövrdür. Dörd hissədən ibarətdir: Allegro Andante Menuetto ― Trio Allegro assai Birinci, ikinci və dördüncü hissələr sonata şəklində, üçüncü - üçlü bir kompleks üç hissəli formada yazılmışdır. Birinci hissə, 4/4 miqdarında, bənövşələrin harmonik rəqəmləri ilə başlayır, alt və kontrabas tərəfindən dəstəklənir, sonra skripkaların əsas hissəsi: Birinci hissənin musiqisi folklorun təsiri ilə qeyd olunur. Xüsusilə, Serbiya xalqı arasında məşhur olan kiçik rəqsdə əsas partiyaya çox yaxın bir mövzu səslənir. Y.A.Kremlev, "Slavyan folkloru Vyana intonasiyalarının musiqi fondunda ciddi rol oynadığı üçün bu faktın özü, ümumiyyətlə, təəccüblü heç nə yoxdur" deyə yazır " Mi-bemol major və 6/8 nisbətində yavaş ikinci hissə. Üçüncü hissə (minuet), G minor açarında, 3/4 ölçüsü var. Mürəkkəb ritmik yazı ilə hərəkətli bir sürətlə, orta hissədən (trio) fərqli olaraq, G Major-da eyni düymədə yazılmış, daha rahat bir templə, sətir və külək qrupları (klarnet olmadan) mübadilə olunur.
Səkkizinci simfoniya (Motsart)
Səkkizinci simfoniya — simfoniya Volfqanq Amadey Motsart tərəfindən 1768-ci ildə ailə Vyanadan Zalsburqa qayıtmamışdan bir az əvvəl yazılmışdır. Simfoniyanın əlyazması hazırda Berlində Preusischer Kulturbesitz kitabxanasında saxlanılır. Simfoniya 4 hissədən ibarətdir. Simfoniyanın ifa müddəti təxminən 15 dəqiqədir. Allegro, 3/4 Andante, 2/4 Menuetto və Trio, 3/4 Molto allegro, 12/8 Ноти на IMSLP Kenyon, Nicholas: The Pocket Guide to Mozart Pegasus Books, New York 2006 ISBN 1-933648-23-6 Zaslaw, Neal: Mozart's Symphonies: Context, Performance Practice, Reception OUP, Oxford 1991 ISBN 0-19-816286-3 Jean Massin və Brigitte Massin , Motsart , Fayard, coll. "Musiqinin əsasları",1 st Sentyabr 1990, 1270 səh. ( ISBN 2-213-00309-2 ) , səh. 613 (en) Neal Zaslaw və William Cowdery , Mozart'ın mükəmməlliyi : Wolfgang Amadeus Motsartın musiqi əsərlərinə bələdçi , New York, WW Norton & Company ,1990, 350 səh. ( ISBN 0-393-02886-0 ) , səh. 172 (en) Neal Zaslaw , Motsartın simfoniyaları: Məzmun, Performans Tətbiqi, Qəbul , Oksford, Clarendon Press,1991 ( ISBN 0-19-816286-3 ) , səh.
Yeddinci simfoniya (Motsart)
Yeddinçi simfoniya Volfqanq Amadey Motsartın ailəsi Moraviyanın Olomouts və Brno şəhərlərindən qayıtdıqdan sonra yazılmış və 1768-ci ildə Vyanada tamamlanmışdır. Ehtimal olunur ki, bu simfoniyanın ilk premyerası özəl konsertlərin birində baş tutmuşdur. Simfoniyanın əlyazması hazırda Berlində Preusischer Kulturbesitz kitabxanasında saxlanılır. 1768-ci ilin iyul ayında Volfqanq Amadey Motsart bu simfoniyanı yenidən işləmişdir, bu zaman karnizlərin və timpanilərin silinməsi. fleyta və bassonların əlavə edilməsi heyrətamizdir; bu Motsartın bu əsəri komik bir musiqi əsəri üçün zəruri hesab etməməsi ilə əlaqəli ola bilər.. Simfoniyanın ifa müddəti 11 dəqiqədir. Simfoniya 4 hissədən ibarətdir. Allegro, 4/4. Andante, 2/2. Menetto və Trio, 3/4 Molto allegro, 2/4.
Üçüncü simfoniya (Motsart)
Simfoniya No. 13E Majorda — Volfqanq Amadey Motsarta aid edilən və K. 18 nömrəsi ilə qeyd edilən simfoniyadır. Hazırda əsər Erkən klassik dövrün aparıcı alman bəstəkarlarından olan Karl Fridrix Abelə aid edilir. Əsərin ilkin olaraq Motsart tərəfindən yazılması fikrinin yayılmasına səbəb not əlyazmasının azyaşlı Motsart tərəfindən köçürülməsi və Motsartın ilk külliyyatını nəşr edən Breitkopf & Härtel nəşriyyat evinin əsəri "Simfoniya No. 3 in E♭, K. 18" kimi kataloqlaşdırması olmuşdur. Sonradan məlum olmuşdur ki, bu əsər Abelə məxsusdur və 1764-cü ildə Londona səfər edərkən Motsart onun notlarını köçürmüşdür (ehtimal ki, tədris məqsədilə). Bu simfoniya ilk dəfə Abelin "Altı Simfoniya, Op. 7" toplusunda nəşr edilmişdir. Lakin, Motsartın əlyazma nüsxəsi Abelin nəşr edilmiş nümunəsindən fərqlənir, belə ki, Motsart klarnetlərin partiyasını qoboylarla əvəz etmişdir. Əsər aşağıdakı hissələrdən ibarətdir: Molto allegro Andante Presto Üçüncü simfoniya notları International Music Score Library Project saytında.
İkinci simfoniya (Motsart)
Simfoniya No. 5 B Majorda — KV 17 sıralaması ilə bilinən və zun müddət Volfqanq Amadey Motsart tərəfindən yazıldığı güman edilən simfoniya. Hazırda əsərin Volfqanqın atası Leopold Motsart tərəfindən yazıldığı düşünülür.[1] Lüdviq fon Köxel tərəfindən hazırlanmış Motsart əsərləri kataloqunun altıncı nəşrində simfoniya "Anhang C 11.02" nömrəsi ilə qeyd edilmişdir.[2] Sonradan Kliff Eysen tərəfindən nəşr edilmiş kataloqda əsər "Eisen B ♭ 6" kimi qeyd olunub. Ənənəvi dörd hissəli quruluşa malik olan əsər sürəti-yavaş-minuet-sürətli pattern hissələrə malikdir: Allegro Andante[3] Menuetto I & II Presto Motsart musiqilərinin ilk toplu nəşri olan Alte Mozart-Ausgabe antologiyasında verilmiş bir neçə qısa qeyd əsərin yarımçıq olduğunu göstərir. Məsələn "Menuetto I" hissəsində yalnız birinci skripka və violonçel/kontrabas partiyaları tamamlanmışdır; ikinci skripka və alt partiyaları isə tamamilə redaktorun əlavələridir.[4] Hazırda əsərin Motsarta aidliyi tamamilə inkar edilir və o, Neue Mozart-Ausgabe antologiyasına daxil edilməmişdir. ^ Stanley Sadie, The New Grove Mozart (NY: Norton, 1983), p. 197. ISBN 0-393-30084-6. ^ Sadie, p. 197.
İyirminci simfoniya (Motsart)
İyirminci simfoniya Volfqanq Amadey Motsart tərəfindən 1772-ci ilin iyulunda yazılmışdır. O zaman gənc bəstəkarın 16 yaşı var idi. Həmin dövrdə yazılan digər Zalsburq simfoniyaları ilə (KV 128 , KV 129 , KV 130 , KV 132 , KV 134) ilə müqayisədə iyirminci simfoniya (KV 133) möhtəşəm və pafoslu bir xarakteri ilə səciyyələnir. Simfoniyanın ifa müddəti təxminən 25 dəqiqədir. Simfoniya 4 hissədən ibarətdir. Allegro, 4/4 Andante, 2/4 Menuetto, 3/4 Allegro, 12/8 Symphony No.20 in D major, K.133 (Mozart, Wolfgang Amadeus) στο IMSLP.org (alm.) Partition, discographie et un enregistrement et appareil critique dans la Neue Mozart-Ausgabe.
Otuz ikinci simfoniya
Otuz ikinci simfoniya bu mənaları ifadə edə bilər: