Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sindibad
Sindibad, (fars سندباد‎ — Sandbəd,ərəb السندباد البحري‎‎ — əs-Sindibəd əl-Bəḥri) — Afrika ilə Asiya arasında səyahəti vaxtı bir çox fantastik macəralara düşən əfsanəvi dənizçi, Min bir gecə nağıllar toplusunun əsas personajlarından birinin adı. Min bir gecə nağıllar toplusunda onun sərgüzəştləri Dənizçi Sindibadın yeddi səyahəti hissəsini təşkil edir, və qismən ərəb və müsəlman dənizçilərinin gerçək təcrübəsi, qismən əntiq poeziya, qismən də hind və fars möcüzəli hekayələrinə - mirabiliyalara əsaslanır. Hesab olunur ki, Sindibadın prototipi kimi, buddist versiyasında Sanbao -"Üç Cəvahir" ya da "Üç Xəzinə" ləğəbli, Min sülaləsi çağı çinli dənizçisi Çjen Xe çıxış edir. Nidemə görə mübahisəsiz müsəlman mənşəyinə baxmayaraq, bu ayama üç cəvahirə işarə edir. Sanbao Qərb okeanına 7 səyahət edib. Bu nağıllar əsasında bir çox bədii və cizgi filmi çəkilib.
Casa Sindical
Casa Sindical — (azərb. Həmkarlar İttifaqı evi‎ İspaniyanın Madrid şəhərində bir bina. Hal hazırda İspaniya Səhiyyə Nazirliyinin qərargahına ev sahibliyi edir. == Tarixi == FET, CONS həmkarlar ittifaqlarının o zamankı milli nümayəndəsi Fermin Sanz Oriyo tərəfindən dəvət edilən layihə üçün müsabiqə qaydaları 1949-cu ilin aprel ayında dərc edildi. o layihə, nəhayət, Francisco de Asis Cabrero və Rafael de Aburtoya keçmiş aequo-ya tapşırıldı. 1951-ci ildə bitən, III Milli Fəhlə Konqresinin qeyd edilməsindən yararlanaraq bəzi asılılıqlar 1955-ci ilin iyulunda açılmışdır. 27 oktyabr 1955-ci ildə Fransisko Franco tərəfindən rəsmi olaraq açılışı edildi. == Təsviri == Prado Muzeyinin qarşısında, 60 metr hündürlüyə çatan mərkəzi prizmatik 16 mərtəbəli kərpic qülləsi var. Landmark, ənənəvi estetikadan uzaqlaşaraq, memarlıq dili baxımından frankist rejimi tərəfindən müasir memarlığı qəbul etməsini simvolik olaraq qeyd etdi. Bu, tez-tez italyan faşist memarı Cüzeppe Terragninin əsərləri ilə əlaqələndirilmişdir.
Força Sindical
Força Sindical (port. Força Sindical) və ya qısaca FS — Braziliyanın ən irimiqyaslı və aparıcı həmkarlar ittifaqı təşkilatlarından biri. Qurumun baş qərargahı San-Pauloda yerləşir. == Tarixi == Força Sindical 1991-ci ildə Latın Amerikası Əməkçiləri Birliyinin 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə keçirdiyi konqresdə təsis olunub. Həmin konqresdə qitənin aparıcı həmkarlar ittifaqlarının 2 500 nəfərə yaxın lideri və fəalı iştirak edirdi. FS qısa müddətdə ətrafına böyük sayda üzv toplayır. == Fəaliyyəti == Qurumun əhali arasında qazandığı nüfuz onun bütün aktual məsələləri hər zaman gündəmdə saxlaması ilə bağlıdır. İşçilərin bütün yaş qruplarının gündəlik həyatında baş verən sosial məsələlərə böyük diqqət göstərir; baş qaldıran problemlərin həlli istiqamətində bacardığını edir. Son zamanlar təşkilat öz siyasətində hüquqi resursların qorunması sahəsində fəaliyyyətini gücləndirib. Bununla yanaşı, iş yerlərində diskriminasiyanı aradan qaldırmaq məsələsi də təşkilatın gündəmindədir.
Silikat turşusu
Metasilikat və ya Silikat turşusu H2SiO3. == Alınması == Silisium 4-oksid suda həll olmur və onunla reaksiyaya girmir. Ona görə də silikat turşusu H2SiO3 dolayı yolla- onun həll olan duzlarının məhlullarına turşu ilə təsir etməklə alınır: Na2SiO3 + 2HCl = 2NaCl + H2SiO3 ↓ == Quruluşu == Silikat turşusunun tərkibini göstərən H2SiO3 formulu şərtidir. Əslində x SiO2 . y H2O və ya (H2SiO3)n tərkibli silikat turşuları qarışığı - polisilikat turşusu əmələ gəlir. qızdırıldıqda polisilikat turşusu suyunu tədriclə itirib bərk silisium 4-oksidə çevrilir. H2SiO3 = SiO2 + H2O == Fiziki xassələri == Silikat turşusu H2SiO3 zəif, ikiəsaslı turşudur. Suda həll olmur və indikatorun rəngini dəyişdirmir. qismən susuzlaşdırılmış H2SiO3 - bərk, ağ, məsaməli, yüksək adsorbsiya xassəli kütlə - silikagel adlanır. == Kimyəvi xassələri == Silikat turşusunun duzlarına silikatlar deyilir.
Panthera pardus sindica
İran bəbiri (lat. Panthera pardus saxicolor) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin bəbir növünə aid heyvan yarımnövü. == Arealı == İran, Zaqafqaziya (Azərbaycan, Gürcüstan, Ermənistan), Türkiyə, Türkmənistan, Özbəkistan, Pakistan, Tacikistan və Əfqanıstan.
Syndicat national de l'édition phonographique
The Syndicat national de l'édition phonographique (SNEP) — Fransada musiqi industriyası ilə məşğul olan şirkət. Şirkət 1922-ci ildə yaradılmışdır.