Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sintaksis
Sintaksis (yun. syntaxis) — qrammatikanın bir şöbəsidir. Sintaksis söz birləşmələri, cümlə və mətni öyrənir. == Etimologiyası == Sintaksis sözü Qədim Yunan dilində σῠ́ντᾰξῐς (súntaxis) birləşmə, tərtibat deməkdir. Sintaksis sözü dilin sintaktik quruluşu və dilin sintaktik quruluşundan bəhs edən elm mənalarında işlənir. == Tarixi == Dilçilik tarixində Sintaksisə aid ilk məlumatlara Qədim Hind dilçiliyində rast gəlmək olar. Hind qrammatikalarında sintaksisə müəyyən yer verilmişdir. Bu bölmədə hal, zaman və şəkil formalarının işlənmə qaydaları göstərilmişdir. Antik dilçiliyin ikinci qolunu təşkil edən İskəndəriyyə qrammatikası məktəbinin nümayəndələri sintaksis məsələləri ilə məşğul olmuşlar. Frakiyalı Dionisinin cümləyə verdiyi tərif 2000 ildən artıqdır ki, kiçik dəyişikliklərlə normativ qrammatikalarda yaşamaqdadır.
Sintaktik diaqram
Sintaktik diaqram(syntax diagram,синтаксическая диаграмма,sözdizimi diyagramı)-ər hansı dilin elementlərinin necə düzüldüyünü göstərən diaqram.Hər diagramın bir giriş nöqtəsi və son nöqtəsi var.Diaqram digər nonterminals və terminallar vasitəsilə gedən bu iki xal arasında mümkün yolları təsvir edir. Nonterminals kvadrat qutuları ilə təmsil olunur,Terminals isə dəyirmi qutuları ilə təmsil olunur. Bu qrammatikada EBNF ifadə edilə bilər:: == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 831 s.
Sintaktik əlaqələr
Sintaktik əlaqələr — sintaktik (yun. sintaksisə aid olan), əlaqə (ərəb. qarşılıqlı münasibət, bir-biri ilə bağlılıq‎) deməkdir. == Haqqında == Söz birləşməsi və cümlədəki sözlər bir-birilə iki cəhətdən bağlı və əlaqəli olurlar: Məna(semantik) cəhətdən; Qrammatik (morfoloji və sintaktik) cəhətdən. === Sözlər arasında məna əlaqəsi === Obyektiv aləmdəki əşyalarla, onların müxtəlif xüsusiyyətləri arasındakı əlaqə nəzərdə tutulur. Onları dörd növə ayırmaq olar: Subyekt əlaqəsi: Əşya ilə onun hərəkəti arasındakı əlaqədir. Buna predikativ əlaqə də deyilir: O gəlir. Tələbə yazır. Obyekt əlaqəsi: Obyektlə hərəkət arasındakı əlaqə nəzərdə tutulur: kitabı oxumaq, yeri şumlamaq, məqaləni yazmaq.Cibindən dəsmalını çıxartdı, eynəyini götürdü, gözlərini sildi. Atributiv əlaqə: Əşya ilə onun müxtəlif əlaməti, keyfiyyət və xasiyyəti arasında olan əlaqə nəzərdə tutulur: ağ divar; həmin adam; Həyatın əzəli, əbədi qanunları var.