Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Gintama
Gin Tama (銀魂, Gintama, azərb. Gümüş ruh‎) və ya Gintama — Hideaki Soraçi tərəfindən istehsal olunmuş və 8 dekabr 2003-cü ildən Shueisha nəşriyyatının "Weekly Shōnen Jump" jurnalında nəşr olunan manqa seriyası. Hadisələr Amanto adlı yadplanetlilər tərəfindən işğal edilmiş Edo dövrü Yaponiyasından bəhs edir. Hekayə samuray Qintoki Sakata və onun dostları Şinpaçi Şimura və Kaquranın baxış bucağından nəql olunur. Onlar pul qazanmaq üçün "Yorozuya" adlı "hər şeylə məşğul olan" müəssisə açıblar. Manqa seriyası əsasında əvvəlcə Sunrise studiyası tərəfindən OVA seriyası çəkilmiş və 2005-ci ildə Jump Festa 2006 Anime Tour tədbirində nümayiş etdirilmişdir. Daha sonra 201 seriyalıq anime serialı adaptasiyası çəkilmiş və 4 fevral 2006-cı ildən 25 mart 2010-cu ilə kimi TV Tokyo vasitəsilə yayımlanmışdır. "Gintama '​" adlı sikvel anime serialı Yaponiyada 4 aprel 2011-ci ildən 26 mart 2012-ci ilə kimi nümayiş etdirilmiş, 4 oktyabr 2012-ci ildən 28 mart 2013-cü ilə kimi isə "Gintama': Enchousen" adlı başqa bir anime serialı yayımlanmışdır. Növbəti anime serialı "Gintama°" 8 aprel 2015-ci ildən 30 mart 2016-cı ilə kimi göstərilmişdir. İki anime filmi çəkilmişdir.
Sintaşta mədəniyyəti
Sintaşta mədəniyyəti (İngilis dilində: Sintashta culture), Sintasta-Petrovka mədəniyyəti və ya Sintashta-Arkaim mədəniyyəti, Şərqi Avropa və Mərkəzi Asiyada eramızdan əvvəl 2100-1800-cü illər arasında mövcud olan Tunc dövrünün arxeoloji mədəniyyətidir. Mədəniyyətin adı Rusiyanın Çelyabinsk vilayətindəki Sintaşta arxeoloji sahəsindən gəlir. Sintaşta mədəniyyəti Hind-İran dillərinin mənşəyi hesab olunur. Bilinən ən qədim döyüş arabaları Sintaşta məzarlarında tapılıb və Köhnə dünyadan dünyaya yayılan və müharibələrdə mühüm rol oynayan bu texnologiyanın yaranması üçün Sintaşta mədəniyyəti güclü namizəd hesab olunur. Sintaşta yaşayış məskənləri həm də çöl mədəniyyəti üçün qeyri-adi olan mis mədənçıxarmaçılığı| və tunc metallurgiyasının cəmləşməsi ilə də diqqət çəkir. Sintaşta mədəniyyəti sələfi olan Poltavka mədəniyyəti ilə Abaşevo mədəniyyətinin qarşılıqlı təsiri nəticəsində yaranmışdır. Sintaşta məhəllələrinin qalıqlarının sonrakı yaşayış məskənlərinin qalıqlarının altından aşkar etməyin çətinliklərinə görə, mədəniyyət yalnız bu yaxınlarda Andronovo mədəniyyətindən fərqli mədəniyyət kimi qəbul edilmişdir. Ural-Tobol çöllərində mövcud olmuş bu mədəniyyətin sələfi hesab edilən mədəniyyət Yamnaya mədəniyyətinin bir hissəsi sayılan Poltavka mədəniyyətidir. Sintavka kəndləri köhnə Poltavka yaşayış məskənlərinin üstündə və ya Poltavka qəbiristanlıqlarının yaxınlığında salınmışdır və Poltavka motivlərinə Sintaşta saxsı qablarında çox rast gəlinir. Sintaşta maddi mədəniyyəti Sintaşta regionunun şimalında meşə-çöl zonasında mövcud olmuş Corded Ware mədəniyyəti mənşəli ilkin Abaşevo mədəniyyətinin də təsiri altındadır.