Sintaşta mədəniyyəti (İngilis dilində: Sintashta culture), Sintasta-Petrovka mədəniyyəti[1] və ya Sintashta-Arkaim mədəniyyəti[2], Şərqi Avropa və Mərkəzi Asiyada eramızdan əvvəl 2100-1800-cü illər arasında mövcud olan Tunc dövrünün arxeoloji mədəniyyətidir[3]. Mədəniyyətin adı Rusiyanın Çelyabinsk vilayətindəki Sintaşta arxeoloji sahəsindən gəlir.
Sintaşta mədəniyyəti Hind-İran dillərinin mənşəyi hesab olunur. Bilinən ən qədim döyüş arabaları Sintaşta məzarlarında tapılıb və Köhnə dünyadan dünyaya yayılan və müharibələrdə mühüm rol oynayan bu texnologiyanın yaranması üçün Sintaşta mədəniyyəti güclü namizəd hesab olunur[4]. Sintaşta yaşayış məskənləri həm də çöl mədəniyyəti üçün qeyri-adi olan mis mədənçıxarmaçılığı| və tunc metallurgiyasının cəmləşməsi ilə də diqqət çəkir[5].
Sintaşta mədəniyyəti sələfi olan Poltavka mədəniyyəti ilə Abaşevo mədəniyyətinin qarşılıqlı təsiri nəticəsində yaranmışdır. Sintaşta məhəllələrinin qalıqlarının sonrakı yaşayış məskənlərinin qalıqlarının altından aşkar etməyin çətinliklərinə görə, mədəniyyət yalnız bu yaxınlarda Andronovo mədəniyyətindən fərqli mədəniyyət kimi qəbul edilmişdir[2].
Ural-Tobol çöllərində mövcud olmuş bu mədəniyyətin sələfi hesab edilən mədəniyyət Yamnaya mədəniyyətinin bir hissəsi sayılan Poltavka mədəniyyətidir. Sintavka kəndləri köhnə Poltavka yaşayış məskənlərinin üstündə və ya Poltavka qəbiristanlıqlarının yaxınlığında salınmışdır və Poltavka motivlərinə Sintaşta saxsı qablarında çox rast gəlinir[6].
Sintaşta maddi mədəniyyəti Sintaşta regionunun şimalında meşə-çöl zonasında mövcud olmuş Corded Ware mədəniyyəti mənşəli ilkin Abaşevo mədəniyyətinin də təsiri altındadır. Bu mədəniyyətə mənsub şəxslər daha çox köçəri və yaxud da pastoralist həyatı yaşamışdırlar[6].
Sintaşta mədəniyyətinin insanlarının Hind-İran dil ailəsinin əcdadı olan proto-hind-iran dilində danışdıqları düşünülür. Bu tərif əsasən Vedik Sanskrit dilində qeydə alınmış qədim Hind-İran ilahilərinin yer aldığı Hindistan dini mətni olan Riqvedanın hissələri ilə arxeologiyanın aşkar etdiyi Sintaşta mədəniyyətinin dəfn mərasimləri arasındakı oxşarlıqlara əsaslanır[7].
Sintaşta mədəniyyəti sayəsində Hind-İran dilləri Hind-İranlılarla birlikdə Anadolu, Hindistan və İrana yayılmışdır. Eramızdan əvvəl IX əsrdən başlayaraq İran dilləri skiflərlə birlikdə qərbə, proto-hind-avropalıların gəldiyi Pont çöllərinə qədər yayılmışdır.
Sintaştanın iqtisadiyyatı mis metallurgiyasına əsaslanırdı. Yaxınlıqdakı mədənlərdən mis filizləri (məsələn, Vorovskaya Yama) mis və arsen bürüncünün emalı üçün Sintaşta yaşayış məntəqələrinə aparılırdı. Bu, sənaye miqyasında baş vermişdir: mədəniyyət zonalarında aparılan qazıntılar zamanı bütün binalarda əritmə sobaları və şlak qalıqları aşkar edilmişdir[8].
Bu metalın böyük hissəsi Mərkəzi Asiyanın Baktria-Margiyana Arxeoloji Kompleksinin (BMAC) şəhərlərinə ixrac üçün istehsal olunurdu. Sintaşta və BMAC arasındakı bu ticarət çöl zonasını Yaxın Şərqin qədim şəhər sivilizasiyaları ilə birləşdirirdi. İran və Mesopotamiya imperiyaları və şəhər dövlətləri bu metallar üçün demək olar ki, qeyri-məhdud bazar təmin edirdi.
Bu ticarət yolları daha sonra atların, arabaların və nəhayət hind-irandilli xalqların çöl zonasından Yaxın Şərqə daxil olduğu nəqliyyat vasitəsinə çevrilmişdir[7][9].