Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Skayp
Skype (azərb. Skayp‎) — Estoniyada yaranan səsli və görüntülü danışmağa imkan verən kompüter proqramı. Bu proqram IP-telefoniyada geniş istifadə olunur. Skype istifadəçiləri bir-birləri ilə səsli, görüntülü və mətn danışıqlarına görə heç bir ödəniş etmirlər, amma Skype-dan mobil və stansionar telefonlara zəng etmək ödənişlidir. Bu proqramın köməyi ilə demək olar ki, dünyanın əksər telefon operatorlarına zəng etmək olar. Daim Skype-da anonimliyin təmin olunması məsələsi istifadəçilər müzakirə olunur. Buna görə də Skype-dan istifadə zamanı anonimliyi qorumaq üçün GPass-dan istifadə olunur.
Daliya Skay
Dahliya Skay (10 avqust 1989 – 30 iyun 2021, Los-Anceles, Kaliforniya) — amerikalı pornoqrafiya aktrisasıdır. == Həyatı == Dahliya Skay 10 avqust 1989-cu ildə dünyaya gəldi. 2010-cu ildə Bailey Blue ləqəbini götürərək pornoqrafiya sənayesinə başladı. 2014-cü ildə səhnə adının müəllif hüquqlarının əlində olan institusional geyim firmasının xəbərdarlıq göndərdiyinə görə adını dəyişdirdi. 30 iyun 2021-ci ildə Los-Anceles, Kaliforniya-da bir avtomobilin içində silahla vurulmuş halda ölü olaraq görüldü. Ölümündən sonra New York Daily News-da yer alan bir xəbərə görə səlahiyyətlilər hadisənin intihar olduğu qərarını verdi.
Skay adası
Skay adası (ing. Isle o Skye; şot.kelt An t-Eilean Sgitheanach və ya Eilean a' Cheò; ş.german Isle o Skye) — Şotlandiyanın şimal-qərbində yerləşən ada. Bu, Daxili Hebridlərin ən böyük arxipelaqıdır. İnzibati cəhətdən Haylend rayonuna aiddir. Murray, W.H. The Hebrides. London: Heinemann. 1966. Adomnán of Iona. Sharpe, Richard (redaktor). Life of St Columba.
Eskarp
Eskarp - (frans. eskarpe - kəskin eniş, dik) 1) 20-ci əsrə qədər şturm əleyhinə istifadə olunan, uzunmüddətli yaxud səhra istehkamının(bürc, fort)daxili kəskin enişli xəndəyi. 2) düşmənə tərəf çevrilmiş və 14%-dən 45% qədər kəskinliyi olan, hündürlüyün (çay qırağı) dik enişinin (2-3 metr) hündürlükdə pilləvari formada qazılması ilə torpaqdan tank-əleyhinə müdafiə xəndəyi. İkinci dünya müharibəsi ərəfəsində sərhəd möhkəmləndirilmiş istehkamları sistemində, İkinci Dünya müharibəsində isə müdafiə hüdudlarının yaradılmasında istifadə edilib. Eskarpların fasları pulemyot və artilleriya atəşi ilə qorunurdu, civarları minalanırdı. == Mənbə == Советская военная энциклопедия Москва 1980 Военное издательство министерства обороны СССР T.8 səh.
Saypl
Saypl adası (ing. Siple Island) — Cənub okeanında Amundsen dənizi və Ross dənizi arasında yerləşir. Ada Meri Berd Torpağından şimalda qərar tutur. Adanın ərazisi Antarktida haqqında konvensiyaya əsasən heç bir dövlətə məxsus deyil. Saypl adasını səthi bütünlüklə qar və buzla örtülüdür. Uzunluğu 110 km, ən hündür nöqtəsi Mont-Sipl sonmüş vulkanıdır (3110 m). Ada ABŞ Antarktida araşdırmaçısı, coğrafiyaçı Pol Sayplın şərəfinə adlandırılmışdır.
Skype
Skype (azərb. Skayp‎) — Estoniyada yaranan səsli və görüntülü danışmağa imkan verən kompüter proqramı. Bu proqram IP-telefoniyada geniş istifadə olunur. Skype istifadəçiləri bir-birləri ilə səsli, görüntülü və mətn danışıqlarına görə heç bir ödəniş etmirlər, amma Skype-dan mobil və stansionar telefonlara zəng etmək ödənişlidir. Bu proqramın köməyi ilə demək olar ki, dünyanın əksər telefon operatorlarına zəng etmək olar. Daim Skype-da anonimliyin təmin olunması məsələsi istifadəçilər müzakirə olunur. Buna görə də Skype-dan istifadə zamanı anonimliyi qorumaq üçün GPass-dan istifadə olunur.
Kalp
Kalpe (isp. Calp) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Marina-Alta ərazisinin 23,51 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 29909 nəfərə çatmışdır.
Karp
Çəki və ya karp (lat. Cyprinus carpio) Yarımkeçici balıqdır. Dənizə tökülən çaylarda çoxalır. Aralıq dənizində, Xəzər, Qara və Aral dənizlərində, həmçinin İssıkkulda yayılmışdır. Uzunluğu 17 sm-dən 79 sm-ə qədər ola bilər, kütləsi 1,6-2,8 kq təşkil edir. Uzunluğu 1 m, çəkisi 20 kq-dan çox olan balıqlara nadir də olsa rastlanılır. == Yayılması == Yarımkeçici balıqdır. Dənizə tökülən çaylarda çoxalır. Aralıq dənizində, Xəzər, Qara və Aral dənizlərində, həmçinin İssıkkulda yayılmışdır. Uzunluğu 17 sm-dən 79 sm-ə qədər ola bilər, kütləsi 1,6-2,8 kq təşkil edir.
Kaup
İohann Yakob Kaup (alm. Johann Jakob Kaup‎; 20 aprel 1803, Darmştat – 4 iyul 1873, Darmştat) — Almaniya zooloqu.
Okay
Okay xan — türk və altay mifologiyasında sehrbaz ilahı. Su altında yaşayır. Su altında yaşayan, kənar dünya ilə əlaqəli bir cadugərdir. İnsan qanından meydana gələn dənizlər ilə əhatə olunmuş bir evi olduğu düşünülər. Yaşadığı qalanın ətrafındakı dənizlər insan qanından və qırmızıdır. Qalanın həyəti heyvan kılığındaki insanlarla doludur. Onları bu qılığa Okay soxmuşdur. Bazası dənizdə tavanı səmada olan bu qala tamamilə insan çənəsindən hörülmüşdür. Bəzən su içənləri saqqallarından tutaraq suya çəkər. (Oğ/Og/Ok) kökündən törəmişdir.
Saya
Saya (və ya Sayaqan) - türk və altay xalq mədəniyyətində bərəkət mərasimi. Qoruyucu ruhu olan Saya xan adına təşkil edilər. Heyvandarlıqla məşğul olan cəmiyyətlərin bərəkəti artırmaq üçün təşkil etdikləri bir mərasimdir. Oyunu aparan adama "Sayacı" deyilir. Qoyunlar doğmağa başlayanda çobanlar kənd kənd ev ev gəzib saya toplayırlar. Sayacılar keçi dərisinə bürünərlər. Saya adı verilən qoşalar (maniler) oxuyarlar. Saya Xan ilə əlaqəli bir mərasimdir. Bundan başqa otlaq, mera kimi mənaları da vardır. Qoça, Saya, Payna, Paqta dördlü bir mərasim silsiləsi meydana gətirərlər.
Harel Skaat
Harel Skaat (yəhudicə:הראל סקעת) — İsrail müğənnisi. İsraili 2010 Avroviziya Mahnı Müsabiqəsində təmsil edib. Harel Skaatın ifa etdiyi mahnı "Milim" adlanırdı. O bu mahnı ilə 2010 Avroviziya Mahnı Müsabiqəsində 14-cü oldu. Harel Skaat İsraildəki televiziya müsabiqələrindən birində iştirakı ilə tanınıb. 2006-cı ildə onun ilk solo albomu işıq üzü görüb.
Hideo Sakay
Hideo Sakay (10 iyun 1909 - ?) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 3 oyun keçirib.
Hiroki Sakay
Hiroki Sakay (d. 12 aprel 1990) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 25 oyun keçirib.
Kyakuk syaye
Kyakuk syaye-(Ququşka çay; başq. Кәкүк сәйе, tatar. Кәкүк чәе, кәкүк—"ququşka",сәй, чәй—"çay") Yazın gəlişinə həsr olunmuş, Başqırd mərasim bayramıdır. == Tarixi == Kyakuk siyaye adının başlanğıcı islamdan öncəki inanclara əsaslanır. Belə ki, ölənlərin ruhlarının quşlara çevrilməsi inancının mövcud olması. == Ənənələri == Kyakuk siyaye yaz və yay mövsümündə keçirilir, belə ki, aprel ayından iyul ayına kimi. Bayramın təşkilatçısı bayramın qaydalarını bilən yaşlı qadın olur. Bəzi rayonlarda onu yulbars adlandırırlar. Yulbarslar qısa qollu, qırmızı üstü sikkələrlə bəzədilmiş paltar geyinirlər. Onların başına 2 dəsmal atılır, onlardan birinin ucunda mis dəyirmi lövhələr olur və o kürəyə qədər düşür, digəri isə şal ilə bağlanır.
La Skala
La Skala (it. Teatro alla Scala yaxud La Scala) — Milanda dünyanın ən tanınmış və ən məşhur opera teatrı. Milanın Della Skala(it. Piazza della Scala) meydanında yerləşmişdir. Opera Santa Maria della Skala kilsəsinin yerində tikildiyinə görə La Skala adlandırılmışdır. == Tarixi == La Skala 1776-cı ildə yanmış Reqio Dukale teatrının (it. Teatro Regio Ducale) əvəzinə Santa maria della Skala kilsəsinin yerində memar Cüzeppe Piyermarininin layihəsi əsasında 23 ay müddətində tikilmişdir. 3 avqust 1778-ci ildə La Skala öz qapılarını Antonio Saliyerinin (it. L’Europa riconosciuta operasının primyerası ilə açmışdır. Teatrın tikintisinə o vaxtki qiymətlə 1 millyon lirə xərclənmiıdir.
Look Sharp!
Look Sharp! – İsveçin Roxette pop-qrupunun ikinci albomudur. Stokholmun EMI Studiosda 1988-ci ilin mart-avqust aylarında və Londonun Trident II Studiosda 1988-ci ilin iiyun ayında yazılıb. Dünyada albomun 9 millyon nüsxəsi satılıb.
Memorial skamya
Memorial skamya və ya memorial oturacaq — vəfat etmiş şəxsin xatirəsinə ithaf olunan oturacaq. Memorial skamyalar əsasən ağacdan hazırlansa da, metal, daş və ya sintetik materialdan hazırlanan skamyalara da rast gəlinir. Əsasən ictimai yerlərdə qurulur, şəxsi bağ ərazilərində də yerləşdirilə bilir. Memorial skamyalar ABŞ və Böyük Britaniyada geniş yayılmışdır və demək olar ki, bütün ictimai parklarda, tələbə kampuslarında və digər ictimai yerlərdə mövcuddur. Bəzi skamyalar çox məşhur insanlara həsr olunur, məsələn, ABŞ-də Kurt Kobeynin, Estoniyada isə Pyotr Çaykovskinin xatirəsinə həsr olunmuş memorial skamya var.
Naoki Sakay
Naoki Sakay (d. 2 avqust 1975) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Qotoku Sakay
Qotoku Sakay (d. 14 mart 1991) — Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 25 oyun keçirib.
Sakıp Sabançı
Sakıp Sabançı — Türkiyə sahibkarı Sabançı 1933-cü il aprelin 7-də doğulub. Hacı Ömər və Sadiqə Sabançıların 6 oğul övladından ikincisidir. 1948-ci ildə aylıq 25 lirə maaşla "Akbank""da stajor məmur kimi fəaliyyətə başlamışdır. Xəstəliyi səbəbiylə heç liseydə təhsilini də tamamlaya bilməyən Sabançı bir qədər sonra BOSSA un fabrikində işə başlayıb. Fitri istedadı və qabiliyyəti sayəsində 24 yaşında fabrikdə baş direktor müavinliyinə qədər yüksəlib. Atası vəfat etdikdən bir il sonra - 1967-ci ildə qardaşları İhsan, Hacı, Şövkət, Erol və Özdəmirlə birlikdə sonradan bütün dünyaya səs salacaq "Hacı Ömər Sabançı Holdinq""i quraraq onun başçısı olub. Hazırda holdinqin tərkibində 30 min işçinin çalışdığı 73 şirkət var. Bank sektorundan sement istehsalına, avtomobil şinləri istehsalından qida sektoruna, pərakəndə ticarətə qədər 21 müxtəlif biznes sahəsində fəaliyyət göstərən holdinqin illik gəliri 10 milyard dollardan çoxdur. 1981-ci ildə xaricdə (Londonda) türk sərmayəsi ilə ilk bank quruldu – "Akinternational bank". Bu proyektin arxasında məhz Sabançı imzası vardı.
Saypl dağı
Saypl dağı (ing. Mount Siple) — Antarktida ərazisində yerləşən eyni adlı adada sönmüş vulkan. Vulkan adanın şimal-qərbində qərarlaşır. Vuknanın hündürlüyü 3110 metr təşkil edir. Bu göstərici ilə adalar adalar arasında 15-ci yerdədir. Vulkanın yaşı Erebus vulkanı ilə eyni olması düşünülür. Kalderanın ölçüsü 4*5 km-dir Hazırda vulkan bütünlüklə buzla örtülüdür. Vulkan ada kimi öz adınl amerikalı antarktika araşdırmaçısı Pol Sayplın şərəfinə adlandırılmışdır. 2016-cı il məlumatına görə dağa rəsmi olaraq heç kəs çıxmamışdır. Bu zirvə dünyanın fəth olunmanış ən hündür dağıdır.
Severus Sneyp
Severus Sneyp (9 yanvar 1960 – 2 may 1998) — Harri Potter romanlar seriyasının qəhrəmanı. Severus Sneyp ilk dəfə "Harri Potter və Fəlsəfə Daşı" romanında Harrinin Hoqvartsa gəlməsindən sonra görünür. O, məktəbdə İksir elmini tədris etsə də, əslində Qara qüvvələrdən müdafiə dərsini tədris etmək istəyir. Sneyp özü də "Simurq Ordeni" romanında bunu təsdiqləyir. Sneyp qəddar və tərs müəllimdir, o, öz fakultəsini önə çəkmək üçün hər imkanda Harrini və dostlarını cəzalandırır. Əsərin sonuna kimi oxucu Sneypin əsas antoqonist obraz olduğunu düşünür. Çünki Harri və dostları əvvəlcə Sneypin Fəlsəfə Daşını oğurlamaq istədiyini düşünürlər. Daha sonra isə Harri Sneypin Lord Voldemorta işlədiyini düşünür. Həmçinin uşaqlar Qviddiç oyunu zamanı Sneypin Harrini öldürməyə cəhd etdiyini fikirləşirlər. Lakin sonda məlum olur ki, Harrinin atası Ceyms Sneypin həyatını xilas etdiyinə görə, Sneyp də onun oğlunu qorumağa çalışırmış.
Skane (bölgə)
Skane — İsveçin ən cənubunda yerləşən inzibati ərazi vahidi.
Sayt
Veb-sayt (ing. website, web – hörümçək toru, site — "yer") – HTTP/HTTPS protokolları vasitəsilə İnternetdə müraciət etmək mümkün olan, vahid mövzulu veb-səhifələrin sistemidir. Veb saytların ümumi yığımı Ümumdünya hörümçək torunu yaradır. Dövlət qurumları, müxtəlif idarə, təşkilat, müəssisə və şirkətlər öz xidmətləri və imkanları haqqında məlumatları yaymaq üçün veb-saytlardan istifadə edirlər. Veb-saytlar konkret məzmuu olan informasiya platforması kimi, ya da gəlir qazanmaq üçün yaradılır. Ölü sayt — (ing.gravesite, ru. мертвый узел) – 1. Fəaliyyət göstərən, ancaq heç bir dəstəyi olmayan veb-sayt. 2. İstifadəçilər arasında qabaqcadan nəzərdə tutulmuş populyarlığı olmayan veb-sayt.
Skraup reaksiyası
Skraup reaksiyası — Zdenko Hans Skraup adını daşıyır. Reaksiya tipi — tsiklin əmələ gəlməsi ilə gedən reaksiya. Skraup sintezi xinolinləri sintez etmək üçün istifadə edilən kimyəvi reaksiyadır. Çexiyalı kimyaçısı Zdenko Hans Skraupun (1850–1910) şərəfinə adlandırılmışdır. Skraup reaksiyasında anilin sulfat turşusu, qliserin və nitrobenzol ilə qızdırılır və xinolin sintez edilir. Bu nümunədə nitrobenzol həm həlledici, həm də oksidləşdirici agent kimi iştirak edir. Əks halda şiddətli reaksiya olduğu üçün əsasən dəmir(II)sulfatın iştirakı ilə aparılır.[5] Nitrobenzol əvəzinə arsen turşusu istifadə edilə bilər və birincisi daha yaxşıdır, çünki reaksiya daha az şiddətlə gedir.[6] Bisçler-Napieralski reaksiyası Doebner-Miller reaksiyası ^ Skraup, Z. H. (1880). "Eine Synthese des Chinolins". Berichte. 13: 2086.