Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bedrix Smetana
Bedrix Smetana (çex. Bedřich Smetana [ˈbɛdr̝ɪx ˈsmɛtana], xaç suyuna salınarkən Fridrix adını alıb (alm. Friedrich‎); 2 mart 1824[…], Litomişl[d], Bohemiya krallığı, Avstriya imperiyası[…] – 12 may 1884[…], Praqa, Bohemiya krallığı, Avstriya-Macarıstan[…]) — çex bəstəkarı, pianoçusu və dirijoru, Çex milli bəstəkarlıq məktəbinin yaradıcısı.
Bedrjix Smetana

Yaralı şəfaçı
Yaralı şəfaçı — psixoloq Karl Yunq tərəfindən irəli sürülən termin. Terminin mahiyyəti odur ki, psixoanalist özü "yaralı" olduğu üçün özünü pasiyentləri sağaltmağa məcbur hiss edir. Bu ideyanın kökünün yunan mifologiyasından gəldiyi ehtimal olunur. Araşdırmalar göstərir ki, konsulerlərin ve psixoterapevtlərin 73,9%-i onların məhz bu peşəni seçmələrinə səbəb olan bir və ya daha çox yaralanma təcrübəsi yaşayıb.Psixoanalistlə pasiyent arasındakı münasibət fərqli ola bilər: Psixoanalist öz yaralarından xəbərdardır. Bu yaralar müəyyən vəziyyətlərdə, xüsusilə də pasiyentin yaraları özününkünə bənzəyirsə, aktivləşə bilər. Analiz olunan yaralar psixoanalistin öz yaralarına təsir edir. O, şüurlu və ya şüursuz şəkildə bunu pasiyentə ötürür, bu da öz növbəsində psixoanalist ilə pasiyent arasında şüursuz bir əlaqənin yaranmasına səbəb olur.
Məhəmməd peyğəmbərin meracı
Məhəmməd peyğəmbərin meracı - I Şah Təhmasibin sifarişi ilə 1539-1543-cü illərdə hazırlanmış və Təbriz miniatür məktəbinin sənətkarları tərəfindən çəkilmiş rəsmlərlə bəzədilmiş Nizami Gəncəvinin "Xəmsə" əlyazmasına çəkilmiş rəsm əsəridir. Əsərdə müəllifin imzası olmasa da, sənətşünas tədqiqatçılar L. Binyon, İ. Şukin və başqaları onu Sultan Məhəmmədin fırçasına aid edirlər. Miniatürün daxil olduğu əlyazma hazırda Britaniya Milli Kitabxanasında (MS Or. 2265) saxlanılır. == Mövzu == Miniatürün məzmunu Nizami Gəncəvinin "Yeddi gözəl" poemasının giriş hissəsinə aiddir.Orta əsr divan ənənəsinə uyğun olaraq, başqa şairlər kimi Nizami poemalarını dini məzmunlu girişlə başlamışdır. Həmin girişə əsasən Məhəmməd peyğəmbərin göyə qalxması təsvi olunur: Ulduzlu bir gecdə peyğəmbər dünya tamahı ilə vidalaşıb çəhrayı rəngli insan başlı, qanadlı əfsanəvi atın - Buraqın belində göyün yeddinci qatına qalxır. Miniatür üzərində, mövzu üçün əsas götürülmüş mətndən aşağıdak beytlər yazılmışdır: == Təsviri == Əsərdə süjet yüksək sənətkarlıqla təfsir edilmişdir. Bütün personajlar, Məhəmmədin özü, onun mindiyi qadın başlı əfsanəvi at, peyğəmbəri müşayət edən Cəbrayıl və 18 mələk təsviri zərif və ifadəlidir. Qanadlı mələklər havada mürəkkəb fiqurlar cızaraq aşağı yuxarı süzürlər. Onlar, bununla peyğəmbərin sakit uçuşunu təntənə ilə müşayiət edir, onun səfərini zəfər yürüşünə döndərirlər.Əsərdə mavi səmanın zərif koloriti, peyğəmbərin başı ətrafında zərif şəfəq saçan alov, rəngarəng geyimlər, səmada ahəngdarlıqla naxışlanan buludlar bu təntənəyə xüsusi dəbdəbə və maraq təlqin edir, miniatürdə hökm sürən ümumi emosionallığı gücləndirir.
Şri Mataci Nirmala Devi
Şri Mataci Nirmala Devi (21 mart 1923, Çxindvara[d], Britaniya Hindistanı – 23 fevral 2011, Genuya) — Sahaca-Yoqa nın yaradıcısı. == Həyatı == Şri Mataci Nirmala Devi 21 mart 1923-cü ildə Hindistanın Maharaştra şəhərində xristian ailəsində anadan olub. Atası və anası Prasad və Cornelia Salve, Şalivahana Kral Sülaləsi nəslindən idi. Bu son dərəcə parlaq uşağın gözəlliyini görüb ona "Təmiz, qüsursuz" mənasını verən Nirmala adını verdilər. Daha sonra Şri Mataji Nirmala Devi kimi çoxluq arasında tanınmağa başladı; yəni doğulduğu gündən aydınlaşan və çox gənc yaşlarında bütün bəşəriyyət üçün mümkün olması lazım olan misilsiz bir qabiliyyətə sahib olduğunu anlayan əziz Anne. Ailəsi İngiltərənin hakimiyyəti altında Hindistanın Müstəqilliyi uğrunda mübarizədə mühüm rol oynadı. Mahatma Qandinin yaxın dostu olan atası Hindistanın Seçki Cəmiyyətinin üzvü idi. Məşhur bir alim idi, 14 dildə danışırdı və Quranı marati dilinə ilk çevirən idi. Anası Hindistanda Riyaziyyat üzrə Fəxri qazanan ilk qadın idi.
Məhəmməd peyğəmbərin meracı (miniatür, XVI əsr)